Məhkəmə qərarları › İş №3(025)-161/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-161/2023

17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-161/2023 17.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlunun və müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1987-ci ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlunun barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Qəbələ rayonu, Aydınqışlaq kənd sakini Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlu xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Qəbələ rayonu, Aydınqışlaq kəndində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, baş leytenantı X3 Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlunun Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, baş leytenantı X3 izahatında bildirmişdir ki, Qəbələ rayonu, Aydınqışlaq kənd sakini Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlu xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Qəbələ rayonu, Aydınqışlaq kəndində xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlu törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində kəndin sahə rəisi və köməkçisi qardaşın işlətdiyi Aydınqışlaq kəndində yerləşən çayxanaya gəlmişlər. Həmin vaxt qapalı məkanda tütün məmulatlarından istifadəyə görə içəridə əyləşən şəxslər barədə protokol tərtib edəcəklərini bildiriləndə kəndin sahə rəisinə və köməkçisinə yaxınlaşaraq dilə dutub həmin şəxslərə protokol tərtib olunmamasını barədə söhbət edən zaman onu düzgün başa düşmədilər. Əməkdaşlara fikrini tam izah edə bilmədiyi üçün aralarında sözlü mübahisə yarandı. Həmin vaxt polis əməkdaşıları ilə aqresiv danışmamış, bu zaman ondan özünü təqdim etməyini istəmişlər. Onlarla mübahisə etdiyi üçün onlara cavab verməmiş, bir azda əsəbi olduğu üçün özünə məxsus “Ford tranzit” markalı ** MC *** markalı dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ Rayon Polis şöbəsinə gəlmişdir. Məhkəmə iclasında şahid Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyən X8 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidməti ərazisi olan Qəbələ rayonu, Aydınqışlaq kəndində Qəbələ RPŞ-nin İTB-nin polis sahə nəfəri, polis baş serjantı Fəxrəddin Rasimli ilə xidmətdə olduqları zaman saat 12:40 radələrində həmin kənddə yerləşən “Lider” çay evində qapalı məkanda tütün məmulatından istifadə edən şəxslərə qarşı inzibati protokol tərtib edərkən adı sonradan onlara məlum olan Qəbələ rayonu, Aydınqışlaq kənd sakini Şəxs İslaməddin oğlu heç bir səbəb olmadan onlara yaxınlaşaraq xidməti işilərinə qəsdən mane olmağa çalışdı, aşkar etdikləri inzibati xəta pozuntusuna qarşı tədbir görmələrinə iradlar bildirdi. Şəxs qapalı yerlərdə tütün məmulatlarından istifadəyə görə inzibati xətalar məcəlləsində müvafiq maddə nəzərdə tutulduğunu, bu cür halların inzibati xəta olduğunu izah edib onu nizamintizama dəvət edərək xidməti fəailiyyətlərinə maneçilik törətməməsini xahiş etmişdir. Lakin Şəxs kənardakı şəxslərin diqqətini özünə cəlb edən hərəkətlər edərək nümayişkaranə hərəkətlərini davam etdirib “polis kimdir ki, mən olan yerdə protokol tərtib etsin, lazım gələrsə mən polisə və digər orqanlara qanun talkavat edərəm” sözlərini deyərək polisin qanuni tələblərinə qəsdən tabe olmurdu. Həmin şəxsin hərəkətlərini qərəzli şəkildə davam etdiyini görüb müvafiq qaydada onu rayon polis şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid X4 şahid X5 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid X9 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu, Aydınqışlaq kəndində yerləşən çay evində qohumu X7 ilə çay içib nərd oynayarkən həmin ərazidə xidmət aparan polis əməkdaşları içəri daxil oldu. Onlar bu zaman qapalı məkanda qohumu ilə tütün məmulatları istifadə edirdilər. Həmin zaman polis sahə rəisi yaxınlaşaraq etdikləri əməl inzibati hüquq pozuntusu olduğunu onlara izah etdi və növbəli şəkilədə onun barəsində protokol tərtib etməyə başladı. Bu zamn çay evində olan Sadiq adlı şəxs sahə rəisinə yaxınlaşaraq ona protokolu yazmamasını xahiş etdi. Sahə rəisi Sadiqə onun bu işə aidiyyəti olmadığını söylədikdə sözlü mübahisə oldu, bu zaman Sadiq çayçıdan çölə çıxıb getmişdir. Məhkəmə iclasında müdafiəçi X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin əlamətləri olmadığından işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak etdiyi şəxslərin izahatlarını dinləyərək belə nəticəyə gəlir ki, Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları ilə müəyyən edilmişdir ki, Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlu Qəbələ rayonu, Aydınqışaq kəndində çay evində polis əməkdaşları ilə sözlü mübahisə etmiş, polis əməkdaşlara qarşı qanuna zid heç bir hərəkət etməyərək həmin yerdən uzaqlaşıb çıxıb getmişdir. Lakin, nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə şahidlərin izahatları ilə Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlunun polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmama qaydanı pozan hərəkətlərin törədilməsi öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmama inzibati xətanın dispozisiyasının əlamətlərini tam müəyyən etməmiş, bu hərəkətlərinin nədən ibarət olmasını hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, polis işçilərinin və ya hərbi qulluqçularının qanuni tələblərinə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilir. Qeyd edilən maddənin məzmununda göstərilmişdir ki, polis işçilərinin və ya hərbi qulluqçularının qanuni tələblərinə qəsdən tabe olmama ilə müşayiət edilən hərəkətlərdir. Başqa sözlə, əməlin polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmama kimi tövsif olunması üçün həmin əməldə Məcəllənin qeyd edilən maddəsində göstərilmiş bütün məqamlar öz əksini tapmalıdır. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilən tələblərdən hər hansı birinin olmaması və ya onun mövcudluğunun şübhə altında olması hərəkətin bu maddə ilə tövsif edilməsinə yol vermir. İnzibati orqan isə həmin maddənin dispozisiyasında göstərilən halların həcminə qiymət verməli olmasına baxmayaraq, bunları müəyyən etmədən baş vermiş hərəkətlərin onun təqsirli bilindiyi xətanın əlamətlərinə uyğun olub-olmamasını araşdırmadan, onları nəzərdən keçirmədən, nəticədə isə onlara hüquqi qiymət vermədən, sadəcə inzibati xəta haqqında protokolda Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2 və 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə məhkəmə göstərilənləri nəzərədən keçirərək hesab edir ki, Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlu tərəfindən polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmaması ilə müşayiət edilən hərəkətlərin törətməsi faktı öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Əfəndı̇ yev Sadı̇ q İsmaləddı̇ n oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar