Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-161/2024 05.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs – xx xxxxxx 1987-ciildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ şəhəri, X4 küçəsi, ev 85 ünvanındaqeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 27 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə DİN-dən xüsusi icazə almadan babasından yadigar qalmış 1 ədəd Bum markalı, 1960-cı il istehsalı, 16 kalibrli, cütlülə, qundaq və lülə nömrəsi 17793, bala qundaq nömrəsi X8959 olan yivsiz ov tüfəngini qanunsuz olaraq saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXMnin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 16 mart 2024-cü il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, o, həqiqətən yuxarıda göstərilən ünvanda yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı evdə babasından yadigar qalmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən xüsusi icazə almadan 1 ədəd "Bum" markalı, 1960-cı il istehsallı, 16 kalibrli, qoşalülə, qundaq və lülə nömrəsi 17793, bala qundaq nömrəsi isə X 8959 olan yivsiz ov tüfəngini qanunsuz saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində o, qanunsuz saxladığı sözügedən ov tüfəngini götürüb ov etmək niyyəti ilə yaşadığı evin yaxınlığında olan meşəlik əraziyə tək getmişdir. Saat təxminən 17:00 radələrinədək meşə sahəsində gəzərkən palçıqda ayağının sürüşməsi səbəbindən öz ehtiyatsızlığından arxası üstə yıxılmış, həmin vaxt çiynində daşıdığı sözügedən ov tüfəngindən atəş açılması səsini eşitmiş, ayağa qalxdıqdan sonra sağ əlinə baxdıqda tüfəngdən atılmış içərisində 16 kalibrli qırmalar olan patronun sağ əlinin baş barmağına və sağ əlinin üst nahiyyəsinə dəyərək xəsarət yetirməsini aşkar etmişdir. Həmin xəsarəti almağında kiminsə təqsiri yoxdur. Sağ əlindəki qanaxmanın qarşısını almaq üçün o, dərhal əynindəki maykanı çıxarıb sağ əlini mayka ilə bağlamışdır. İçərisində qalmış gilizi tüfəngdən çıxardıb meşəlik sahəyə atmışdır. Tüfənglə birlikdə piyada yaşadığı evə qayıtmış, tüfəngi sökülü vəziyyətdə özünə məxsus VAZ 2106 minik markalı **-DS-*** dövlət qeydiyyat nömrəli avtomobilin baqajına qoyaraq gizlətmişdir. Daha sonra onun xahişi əsasında qonşusu Nazim İsaqov öz avtomobili ilə onu Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Şəxs sonda isə əməlindən peşman olduğunu, bir daha özündə qanunsuz silah saxlamayacağına söz verib, barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Qəbələ rayon Polis Şöbəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə Qəbələ rayon Polis Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 16 mart 2024-cü il tarixliinzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün izahatı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan“mülki ov silahının götürülməsi və Növbətçi hissəyə təhvil verilməsi” barədə aktlardan görünür ki, Şəxs1 (bir) ədəd “BUM” markalı, qoşalülə, 16 kalibrli, 1960-cı il istehsalı, qundaq və lülə nömrəsi 17793 olan, bala qundaq nömrəsi X 8959 olan 1 ədəd yivsiz ov tüfəngi götürülmüş və növbətçi hissəyə verilmişdir. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 07 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Qəbələ RPŞ-nin TB-də araşdırması aparılmış HK-1/171 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-in 590.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməsi məqsədilə qərarın surəti şöbənin ictimai təhlükəsizlik bölməsinə verilməsi qərar alınmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuşov tüfəngi müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 (bir) ədəd “BUM” markalı, qoşalülə, 16 kalibrli, 1960-cı il istehsalı, qundaq və lülə nömrəsi 17793 olan, bala qundaq nömrəsi X 8959 olan 1 ədəd yivsiz ov tüfəngi müsadirə edilməklə, 100 (bir yüz) manat məbləğdə cərimə edilsin. 1 (bir) ədəd “BUM” markalı, qoşalülə, 16 kalibrli, 1960-cı il istehsalı, qundaq və lülə nömrəsi 17793 olan, bala qundaq nömrəsi X 8959 olan 1 ədəd yivsiz ov tüfəngi müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin MTTBİ-nin Mərkəzi Bazasına (anbarına) təhvil verilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-161/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-161/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver