Məhkəmə qərarları › İş №3(025)-163/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-163/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-163/2023 23.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X8 direktoru Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 ******* nömrəli, 04 aprel 2023-cü il tarixli qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X6 direktoru Nümayəndə1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X2 tərəfindən "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X8 direktoru Nümayəndə1 barəsində tərtib edilmiş MN ******* nömrəli X7 Protokola və həmin protokola əsasən yazılmış xx.xx.2023-cü il tarixli MN №1292407 saylı qərarın ləğv edilməsi barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 3(025)-163/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X2 tərəfindən "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X8 direktoru Nümayəndə1 barəsində İXM-in 192.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN №1292407 nömrəli X7 protokol üzrə X7 iş üzrə icraata Nümayəndə1 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-139/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X2 tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli 3(025)-163/2023 nömrəli qərarı ləğv edilmiş, X7 iş yenidən baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 3(025)-163/2023 nömrəli qərarı ilə "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X6 direktoru Nümayəndə1 şikayətinin təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X8 direktoru Nümayəndə1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli X7 protokol üzrə X7 iş üzrə icraata Nümayəndə1 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən xitam verilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-210/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən X7 qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin X2 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 3(025)-163/2023 nömrəli qərarının ləğv edilməsi, X7 iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X8 direktoru Nümayəndə1 xx.xx.2023-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ilə müraciət edərək, məhkəmə işi üzrə mübahisələndirlən məsələnin öz həllini tapdığını, məhkəmə işinin icraatına xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti barədə tərəflərə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, şikayət vermiş şəxs və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, işə baxılmasının təxirə salmaq haqqında vəsatətləri daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala şikayət vermiş şəxsin və qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və şikayət vermiş şəxsin ərizəsini nəzərdən keçirib hesab edir ki, şikayət onu verən şəxsə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 noyabr 2021-ci il tarixli qərarına əsasən X7 iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayət-prosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 122.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.7.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri şikayəti verən şəxsin özü (şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər) geri götürməyə hüququ vardır. Göründüyü kimi cinayət-prosessual qanunvericiliyi şəxsin cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququ ilə yanaşı, həmin şikayəti geri götürmək hüququnu da təsbit edir. Buna görə hazırki iş üzrə şikayətin geri götürülməsi barədə şikayətçi "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X8 direktoru Nümayəndə1 ərizəsi təmin edilməli, şikayət onu verən şəxsə qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 noyabr 2021-ci il tarixli qərarı və Azərbaycan Respublikası CPM-in 449-452-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "Qəbələ Rayon Mərkəzi Xəstəxanası" X8 direktoru Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 ******* nömrəli, 04 aprel 2023-cü il tarixli qərarından verdiyi şikayət onu vermiş şəxsə qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar