Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-164/2024 08.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş serjantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qəbələ rayon Polis şöbəsi tərəfindən 14 mart 2024-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kənd ərazisində özünə məxsus iri buynuzlu 1 baş heyvanı asfalt örtüklü beton yola ötürmüş və nəticədə “Opel Astra” minik markalı, **-OM- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “Opel Astra” minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs Qəbələ RPŞ DYPB YPXİ-nin polis baş serjantı X3 göstərdi ki, 14 mart 2024-cü il tarixdə ona Qəbələ rayonu, Mıxlıqovaq kəndində nəqliyyat vasitəsinin 1 baş iribuynuzlu heyvanı vurması ilə bağlı məlumat daxil olmuşdur. Təxminən 15 dəqiqə sonra hadisə yerində olmuşlar. Hadisə yerinə çatanda həm “Opel Astra” minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin, həm də vurulmuş heyvanın sahibinin orada olduğunu görmüşdür. Daha sonra heyvanın sağ olduğunu bilmişdir. Heyvanın sahibi inəyin tələf olmaması üçün kənd sakinlərindən onu kəsməsini xahiş etmiş və heyvanı kəsmişlər. Daha sonra müəyyən etmişlər ki, Şəxs Qəbələ rayonu Mıxlıqovaq kənd ərazisində özünə məxsus iri buynuzlu heyvanı asfalt örtüklü beton yola ötürmüş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “Opel Astra” minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Tərəfindən Şəxs və Zərərçəkmiş şəxs rayon polis şöbəsinə dəvət edilərək izahatları alınmışdır. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş baxılması üçün aidiyyəti üzrə Qəbələ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 14 radələrində o evdə olmuş, erkək cinsli inək balası hürkərək yola çıxmışdır. Heyvanın yola çıxmasından onun xəbəri olmamışdır. Daha sonra heyvanın vurulduğunu öyrənmiş və hadisə yerinə gəlmiş, 1 baş iribuynuzlu heyvanının “Opel Astra” minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulduğunu görmüşdür. Heyvanın işgəncə görməməsi üçün kənd sakinlərindən onu kəsmələrini xahiş etmiş və heyvanı kəsmişlər. Avtomobil sahibi ilə aralarında dəymiş ziyanın ödənilməsi ilə bağlı anlaşılmazlıq olmuşdur. Heç cür razılığa gələ bilmədiklərindən avtomobilin sahibi polisə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 14 radələrində Qəbələ rayonu Mıxlıqovaq yolunda özünə məxsus “Opel Astra” minik markalı, **-OM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olan zaman qəflətən qarşısına 1 baş sahibsiz mal çıxmışdır. O əyləcə bassa da, heç bir nəticəsi olmamış, məsafə yaxın olduğundan həmin mallı vurmuşdur. Mal yolun kənarına düşmüşdür. Bir müddət sonra Şəxs ona yaxınlaşaraq malın sahibi olmasını bildirmiş və ona vurulmuş ziyanı ödəməsini tələb etmişdir. Mal əziyyət çəkməsin deyə kəsilmiş, kənd sakinlərinə satılmışdır. Nəticədə onun avtomobilinə külli ziyan dəymişdir. Hadisə zamanı avtomobildə avtomobildə tək olmuş və heç bir bədən xəsarəti almamışdır. Ona dəymiş zərərin ödənilməsini və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. - İş materiallarında olan 14 mart 2024-cü il tarixli ziyan aktından görünür ki, hadisə nəticəsində “Opel Astra” minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 865 manat məbləğində maddi zərər dəymişdir. - İş materiallarında olan BD293231 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Opel Astra” minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iri buynuzlu heyvanı asvalt-beton örtüklü yolda nəzarətsiz buraxması, nəticədə “Opel Astra” minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması, nəticədə “Opel Astra” minik markalı, **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobilə olan 865 (səkkiz yüz altmış beş) manat maddi ziyan dəyməsi, iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in : 338.4. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə; 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla, o cümlədən proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxsn özünə məxsus mal-qaranı asfalt yol örtüyündən keçirmiş və bu zaman həmin yolda hərəkətdə olan avtonəqliyyat vasitəsi tərəfindən vurulmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırkı halda, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan X1 inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, o cümlədən İXM-nin 338.7-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (bir yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətdiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-164/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-164/2024
08.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver