Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-165/2023 03.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTÜBİ-nin polis inspektoru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mehdı̇ yev Yusı̇ f Cümşüd oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx.xx.1974-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Mehdı̇ yev Yusı̇ f Cümşüd oğlunun barəsində Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mehdı̇ yev Yusı̇ f Cümşüd oğlu xx.xx.2023-cü il tarixdə saat 16:57 radələrində sürücülük hüququ olmaqla ayıq vəziyyətdə etibarnamə əsasənda idarə etdiyi qardaşı X4 məxsus Mercedes Benz C 180 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə Zarağan-Ağdaş magistral yolunun Qəbələ rayon Savalan kəndindən keçən hissəsində maksimum sürət həddi 90 km/saat olan yolda ASPİ Şərab Zavodunun qarşısında üzü sola ASPİ Şərab Zavodu istiqamətində hərkətdə olarkən, "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni Mercedes Benz C 180 minik markalı avtomobili yolun orta hissəsindən əks istiqamətli hərəkət zolağına çıxarmazdan əvvəl əks istiqamətli yolun hərəkət hissəsi ilə hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməli və bundan sonra etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olaraq manevrə başlamalı olduğu halda, bununla da hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, göstərilən tələblərə riayət etməməklə üzü Ağdaş şəhəri istiqamətində hərəkət edən vətəndaş Zərərçəkmiş şəxs2 idarə etdiyi X14 minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol hissəsi ilə toqquşması nəticəsində ehtiyatsızlığından X14 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2, həmin avtomobildə sərnişin qismində olan Zərərçəkmiş şəxs1, eləcə də Mercedes Benz C 180 minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X1 sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirilməsinə, özünə və X2 zərər vurmayan bədən xəsarətinin yetirilməsinə, eləcə də X14 minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 7144 AZN maddi zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Bununla da, Mehdı̇ yev Yusı̇ f Cümşüd oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qəbələ RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı İlkin Göyçəlinin 30 mart 2023cü il tarixli qərarı ilə, Mehdı̇ yev Yusı̇ f Cümşüd oğlunun əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Mehdı̇ yev Yusı̇ f Cümşüd oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTÜBİ-nin polis inspektoru X8 tərəfindən 14 aprel 2023-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTÜBİ-nin polis inspektoru X8 izahatında bildirmişdir ki, Mehdı̇ yev Yusı̇ f Cümşüd oğlu xx.xx.2023-cü il tarixdə saat 16:57 radələrində Zarağan-Ağdaş magistral yolunun Qəbələ rayon Savalan kəndi ərazisindən keçən hissəsində Zərərçəkmiş şəxs2 idarə etdiyi “X14” minik markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri istiqamətində hərəkətdə olarkən, üzü Qəbələ şəhəri istiqamətində olan yolda dayanaraq sola əks istiqamətli hərəkət zolağına çıxaraq sola dönmək istəyən vətəndaş Şəxs idarə etdiyi “Mercedes Benz C 180” minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi ilə üzü Ağdaş şəhəri istiqamətində olan yolda, yəni “X14” minik markalı avtomobilin hərəkətdə olduğu yolda toqquşmuş, toqquşmanın təsirindən “X14” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 və sərnişin qismində olan Zərərçəkmiş şəxs1 və X9, eləcə də “Mercedes Benz C 180” minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində olan X7 bədən xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş aparılan şəxs Mehdı̇ yev Yusı̇ f Cümşüd oğlu törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:57 radələrində etibarnamə ilə idarə etdiyi qardaşı X4 məxsus “Mercedes Benz C 180” minik markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Agdaş-Zarağan magistral yolunun Qəbələ rayon Savalan kəndindən keçən hissəsində üzü Qəbələ şəhər istiqamətində saatda 30-40 kilometr surətlə hərəkətdə olarkən Qəbələ rayon Savalan kəndi ərazisində üzü Qəbələ şəhəri istiqamətində yolun sol hissəsində yerləşən ASPİ şərab zavodu tərəfə dönmək üçün yolun hərəkət hissəsinin ortasında yerləşən qırıq-qırıq xəttin üzərində avtomobilinin qabaq hissəsinin bir qismi əks istqiamətli yola tərəf olmaqla dayanmışdır. Bu zaman qarşıdan avtomobil gəlmədiyini görərək hərəkətini davam etdirmişdir. Elə bu zaman isə qarşıdan əks istiqamətli hərəkət zolağından üzü Ağdaş şəhəri istiqamətində hərəkət edən “Opel Astra” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə avtomobilinin qabaq sol hissəsi əks istiqamətli hərəkət zolağının ortasında toqquşmuşdur. Toqquşmanın təsirindən “Opel Astra” markalı avtomobil üzü Ağdaş şəhəri istiqamətində olan yolun sağ ehtiyat hissəsinə tərəf çıxaraq təxminən 40-50 metr getdikdən sonra dayanmışdır. Avtomobili də yolun orta hissəsində hərəkətsiz vəziyyətdə dayanmışdır. Hadisə onun dönmə əməliyyatını düzgün həyata keçirməməsi səbəbindən baş vermişdir. Hadisə zamanı avtomobilinin qabaq sərnişin oturacağında həmin şərab zavodunun müdiri Əjdər adlı şəxs oturmuşdur. “Opel Astra” markalı avtomobildə isə sürücü ilə birlikdə 3 nəfər olmuşlar. Hadisə zamanı sərxoş olmamış, hadisə zamanı özü heç bir xəsarət almasa da, Əjdər adlı şəxs isə burun nahiyyəsi sıyrılmışdır. Hadisə vaxtı avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. B kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobili idarə etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16:57 radələrində özünə məxsus “X14” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş-Zarağan magistral yolunun Qəbələ rayon Savalan kəndindən keçən hissəsində üzü Ağdaş şəhər istiqamətində saatda 80-90 kilometr surətlə hərəkətdə olarkən Qəbələ rayon Savalan kəndinə istiqamətdə yolun sağ hissəsində yerləşən ASPİ şərab zavodunun qarşısından keçən zaman əks istiqamətli hərəkət zolağından sola, yəni ASPİ şərab zavodu tərəfə keçib getməsini gözləməyərək çıxıb dönən “Mercedes Benz C 180” minik markalı avtomobilin qabaq sol hissəsi ilə onun hərəkətdə olduğu zolaqda avtomobilinin qabaq sol hissəsi toqquşmuşdur. Həmin avtomobilə çatmasına təxminən 10-15 metr məsafə qalmış “Mercedes Benz C 180” markalı avtomobil onun yoluna çıxmışdır. Toqquşmanın təsirindən idarə etdiyi “X14” markalı avtomobil üzü Ağdaş şəhəri istiqamətində olan yolun sağ ehtiyat hissəsinə tərəf çıxaraq təxminən 40-50 metr getdikdən sonra yolun sol ehtiyat hissəsində dayanmışdır. “Mercedes Benz C 180” markalı avtomobil də yolun orta hissəsində hərəkətsiz vəziyyətdə dayanmışdır. Hadisə “Mercedes Benz C 180” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü dönmə əməliyyatını düzgün həyata keçirməməsi səbəbindən baş vermişdir. Yəni həmin “Mercedes Benz C 180” markalı avtomobilin sürücüsü onun keçib getməyini gözləmədən birbaşa hərəkətdə olduğu yola daxil olmuşdur. Hadisə zamanı avtomobilinin qabaq sərnişin oturacağında X10, arxa sərnişin oturacağında isə Zərərçəkmiş şəxs1 oturmuşdur. Hadisə zamanı sərxoş olmamışdır. Hadisə zamanı alın və baş nahiyyələrindən, Kənan Kərimli boyun nahiyyəsindən, Zərərçəkmiş şəxs1 isə sağ qulaq, eləcə də alın, göz üstü və baş nahiyyələrindən xəsarət almışdır. Hadisənin qarşısını almaq üçün tormozdan istifadə edərək avtomobilin rolunu sağa doğru çəkmişdir. Lakin “Mercedes Benz C 180” markalı avtomobil hərəkətini davam etdirərək onun avtomobilinin qabaq sol hissəsindən vurduğu üçün hadisənin qarşısını ala bilməmişdir. BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında avtomobili idarə etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, ünvan 2 ünvanında qeydiyyatdadır və orada yaşayır, xx.xx.2023-cü il tarixdə saat təxminən 16:57 radələrində sərnişin kimi Zərərçəkmiş şəxs1 məxsus “X14” minik markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ağdaş-Zarağan magistral yolunun Qəbələ rayon Savalan kəndindən keçən hissəsində üzü Ağdaş şəhər istiqamətində saatda 80-90 kilometr surətlə hərəkətdə olarkən Qəbələ rayon Savalan kəndinə istiqamətdə yolun sağ hissəsində yerləşən ASPİ şərab zavodunun qarşısından keçən zaman əks istiqamətli hərəkət zolağından sola, yəni ASPİ şərab zavodu tərəfə keçib getməsini gözləməyərək çıxıb dönən “Mercedes Benz C 180” minik markalı avtomobilin qabaq sol hissəsi ilə onun hərəkətdə olduğu zolaqda avtomobilinin qabaq sol hissəsi toqquşmuşdur. Həmin avtomobilə çatmasına təxminən 10-15 metr məsafə qalmış “Mercedes Benz C 180” markalı avtomobil Zərərçəkmiş şəxs1 oğlunun yoluna çıxmışdır. Toqquşmanın təsirindən idarə etdiyi “X14” markalı avtomobil üzü Ağdaş şəhəri istiqamətində olan yolun sağ ehtiyat hissəsinə tərəf çıxaraq təxminən 40-50 metr getdikdən sonra yolun sol ehtiyat hissəsində dayanmışdır. “Mercedes Benz C 180” markalı avtomobil də yolun orta hissəsində hərəkətsiz vəziyyətdə dayanmışdır. Hadisə “Mercedes Benz C 180” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsü dönmə əməliyyatını düzgün həyata keçirməməsi səbəbindən baş vermişdir. Yəni həmin “Mercedes Benz C 180” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 idarə etdiyi aavtomobilin keçib getməyini gözləmədən birbaşa hərəkətdə olduğu yola daxil olmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs1 avtomobilinin qabaq sərnişin oturacağında X10, arxa sərnişin oturacağında isə özü oturmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs1 sərxoş olmamışdır. Hadisə zamanı Zərərçəkmiş şəxs1 alın və baş nahiyyələrindən, Kənan Kərimli boyun nahiyyəsindən, o isə sağ qulaq, eləcə də alın, göz üstü və baş nahiyyələrindən xəsarət almışdır. Hadisənin qarşısını almaq üçün Zərərçəkmiş şəxs1 tormozdan istifadə edərək avtomobilin rolunu sağa doğru çəkmişdir. Lakin “Mercedes Benz C 180” markalı avtomobil hərəkətini davam etdirərək onun avtomobilinin qabaq sol hissəsindən vurduğu üçün hadisənin qarşısını ala bilməmişdir. Mehdı̇ yev Yusı̇ f Cümşüd oğlunun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsinin DYPB-nin İTÜBİ-nin polis inspektoru X8 tərəfindən tərtib edilən 14 aprel 2023-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokolla və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Mehdı̇ yev Yusı̇ f Cümşüd oğlunun əməlini etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Mehdı̇ yev Yusı̇ f Cümşüd oğluna Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Mehdı̇ yev Yusı̇ f Cümşüd oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-165/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-165/2023
03.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver