Məhkəmə qərarları › İş №3(025)-166/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-166/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-166/2024 15.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1980-ci il noyabrın 02-də Qəbələ rayon Nic qəsəbəsində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Şəxs barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən 12 oktyabr 2023-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Ağcabədi rayonu ərazisində 9 saylı RMTM-nin 4 saylı meşəbəyliyin 7 saylı dolayında xx.xx.2023-cü il tarixində ov qaydalarını pozaraq lazımı icazə almadan qadağan olunmuş yerdə ov etmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 272.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan 12 oktyabr 2023-cü il tarixdə MN ******* nömrəli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Nümayəndə göstərdi ki, Şəxs digər şəxslərlə birlikdə qanuni icazə olmadan qrup ov etmək istəmişlər. Ümumiyyətlə 3 nəfər olmuşdur. Onlardan ikisində silah olmuş, birində, yəni Şəxs silah olmamışdır. Ov etmək yalnız silahla deyil, ov aləti qismində istidadə edilə bilən alətlərlə də ola bilər. Şəxs izahatında əlində ağac olduğunu qeyd etmişdir. Bu da onun ov etmək istəyini göstərmişdir. Şəxsla birlikdə ova gedən şəxslərdən biri 2018-ci ildə də qanunsuz ov etməyə görə cərimələnmişdir. Bundan əlavə Şəxs əvvəlki məhkəmə mübahisələrində yalnız avtomobilin yanında olduğunu qeyd etsə də, dedikləri həqiqəti əks etdirməməkdədir. Əlində ağac olduğunu bildirən adamın həmin ağacla avtomobili qoruması məntiqə uyğun deyildir. Bu hal Şəxs da ov etmək istəməyini göstərməkdədir. Protokola əlavə edilmiş sənədlərdən də göründüyü kimi Şəxs digər şəxslərlə birlikdə meşənin ərazisində olmuşdur. Bütün bunlar Şəxs düzgün izahat vermədiyini, ov etmək məqsədilə həmin ərazidə olmasını göstərməkdədir. X4 birlikdə olan digər şəxslər də 1000 manat cərimə olunmuş, lakin həmin şəxslər qərara etiraz etməyərək qərarla razılaşmışlar. Bu da Şəxs dediklərinin həqiqəti əks etdirmədiyini göstərir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilməyərək göstərdi ki, Göyçay rayonundan Araz adlı dostunu və onun tanışını aparmışdır. Onda silah olmamışdır. Onun donuz ovlamaq istəməkləri barədə deyilənlər həqiqəti əks etdirmir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin № 81652 saylı aktına görə Şəxs tərəfindən Ağcəbədi rayonu 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 4 saylı meşəbəyli ərazisində bir qrup şəxslə qanunsuz ov etmişdir. İş materiallarında olan foto-şəkillərdən görünür ki, Şəxs digər şəxslərlə birlikdə meşəlik ərazidə olmuşdur və bununla bağlı şəkillər iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 13 noyabr 2023-cü il tarixli, №1440483 saylı inzibati xəta haqqında qərardan görünür ki, X1 xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonu ərazisində 9 saylı KMTM-ın 4 saylı meşəbəyliyinin 7 saylı dolaylarında icazəsi olmadan ov etməklə ov qaydalarını kobud şəkildə pozmuşdur, bununla da Azərbaycan Respublikası İXMnin 272.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 13 noyabr 2023-cü il tarixli, №1440486 saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonu ərazisində 9 saylı KMTM-ın 4 saylı meşəbəyliyinin 7 saylı dolaylarında icazəsi olmadan ov etməklə ov qaydalarını kobud şəkildə pozmuşdur, bununla da Azərbaycan Respublikası İXMnin 272.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinin 13 noyabr 2023-cü il tarixli, №1440482 saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə Ağcabədi rayonu ərazisində 9 saylı KMTM-ın 4 saylı meşəbəyliyinin 7 saylı dolaylarında icazəsi olmadan ov etməklə ov qaydalarını kobud şəkildə pozmuşdur, bununla da Azərbaycan Respublikası İXMnin 272.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilməməsinə münasibət bildirərək qeyd edir ki, sonuncu özünü müdafiə məqsədilə, inzibati məsuliyyətdən yayınmaq üçün etməkdədir. Belə ki, Şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı regional Ekologiya və Təbii Sərvətlər idarəsinə izahat verərkən əlində ağac olmasını etiraf etmişdir. Həmçinin Şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 13 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmədə baxılan zaman işində sözügedən əraziyə taksi kimi getdiyini, avtomobilin yanında durduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş foto-şəkillərlə dediklərinin həqiqət olmadığı, əslində meşəlik ərazisində olmasını sübut edir. Məhkəmə hesab edir ki, Şəxs digər şəxslərlə birlikdə qanunsuz ov etmək məqsədilə Ağcabədi rayonu ərazisinə getmişdir. Bunun əksini sübut edən halları isə məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngüləşdirən hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsinə əsasən, Ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğdə cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar