Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-168/2025 17.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X9 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ şəhəri, Həzi Aslanov küçəsi ev 42-də qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 1748973) tərtib olunmuşdur ki, o, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 xeyrinə 08 iyun 2021-ci il tarixdən başlayaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment ödəməsi barədə Salyan Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(057)-1084/2021 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etməyərək 1100,0 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X1 xeyrinə 08 iyun 2021-ci il tarixdən başlayaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment ödəməsi barədə Salyan Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(057)-1084/2021 saylı icra sənədini üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, özünə məxsus olan evi sataraq X2 12000,0 manat birdəfəlik ödəniş etmişdir. X3 buna görə daha aliment tələb etməməli olduğu halda sonradan aliment ödənişlərini tələb etmişdir. X2 aliment ödənişlərini mütəmadi qaydada aparmış, lakin maddi imkanına uyğun olaraq ödənişlər hər dəfə natamam olduğuna görə aliment borcu yaranmışdır. xx.xx.2025-ci il tarixdə 400,0 manat məbləğində birdəfəlik ödəniş etmişdir. Aliment borcunu tam şəkildə ödəmək niyyətindədir və hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(057)-1084/2021 ömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 iyun 2021-ci il tarixdən başlayaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(057)- 1084/2021 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 290388/2023-11-6-004 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(057)-1084/2021 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli 5№13-13-89/2-3884 nömrəli məlumata əsasən xx.xx.1981-ci il təvəllüdlü Şəxs barəsində xx.xx.2025-ci il tarixdə 590052 nömrəli axtarış işi açılmışdır. İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 290388/2023-11-6-009 nömrəli arayışa əsasən, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(057)-1084/2021 saylı icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs 1100 manat aliment borcu var. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(057)-1084/2021 saylı icra sənədi üzrə ödənişlər etmiş və 1100,0 manat borclu qalmışdır. Məcburi icra tədbirləri nəticəsində onun qazancı və digər gəlirləri, o cümlədən tələb yönələ bilən qiymətli əmlakı aşkar edilməmişdir. xx.xx.2025-ci il tarixdə icra sənədi üzrə 400,0 manat ödənilmişdir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(057)-1084/2021 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmadığından əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə (MN 1748973) icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-168/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-168/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver