Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-17/2021 05.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Qəbələ şəhərində anadan olmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5419/18 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh Şəxs 3000 (üç min) manat məbləğində əsas borc və ödənişin gecikməsinə görə 450 (dörd yüz əlli) manat, cəmi 3450 (üç min dörd yüz əlli) manat məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 93,55 %-i, yəni 28 (iyirmi səkkiz) manat 05 (beş) qəpiyinin iddiaçıya aid edilməsi, qalan 6,45 %-i, yəni 1 (bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaitinin cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının tam icrasını təmin etməmişdir. Hal-hazıradək borclunun 1572 manat ödənilməmiş borcu vardır. Sonuncu dəfə borclu 2020-ci ilin dakabr ayında müxtəlif günlərdə cəmi 300 manat məbləğində ödənişlər etmişdir. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən icra vərəqəsi üzrə qismən ödənişlər etmiş, bu iş materiallarında olan qəbzlərdən öz təsdiqini tapır. Lakin hal-hazırda imkanı olduqca ağır olduğundan, borcunu tam olararaq və bir dəfəyə ödəməyə gücü çatmır. Sözügedən borcunu ödəməkdən yayınmır. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının fikrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, xx.xx.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5419/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 3000 (üç min) manat məbləğində əsas borc və ödənişin gecikməsinə görə 450 (dörd yüz əlli) manat, cəmi 3450 (üç min dörd yüz əlli) manat məbləğində pulun tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 93,55 %-i, yəni 28 (iyirmi səkkiz) manat 05 (beş) qəpiyinin iddiaçıya aid edilməsi, qalan 6,45 %-i, yəni 1 (bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul vəsaitinin cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli 175312/18 saylı arayışdan və mədaxil qəbzlərindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5419/18 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə Şəxs tələbkara 1880 manat məbləğində pul ödəmiş, xx.xx.2021-ci il tarixə isə 1572 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs borcun bir hissəsini 1880 manatı tələbkar Zərərçəkmiş şəxs ödəmiş, lakin, buna baxmayaraq, 1572 manat ödənilməmiş borcu qalmışdır. Bununla da borclu Şəxs icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-17/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-17/2021
05.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver