Məhkəmə qərarları › İş №3(025)-171/2021

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-171/2021

29.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-171/2021 29.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Mən, Qəbələ Rayon Məhkəməsinin hakimi İsayev X2 rayon İcra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyev xx.xx.2021-ci il tarixdə Şəxsnın Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Qeyd edilən materialları nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından və inzibati xətalar qanunvericiliyin tələblərinin pozulması halları aşkar olduğundan, təqdim olunmuş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən Qəbələ rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli 204 saylı məktubdan görünür ki, Qəbələ şəhəri, H.Aslanov küçəsi ev 54 ünvanında qeydiyyatda olan 1987-ci il təvəllüdlü Şəxs xx.xx.2021-ci il tarixdən Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsinə götürülmüş və xx.xx.2021-ci il tarixdən hal-hazıradək stasionar “Paranoid şizofreniya” diaqnozu ilə müalicədədir. Şəxs müalicə alıb tam sağalması barədə, ümumiyyətlə onun anlaqlı olub olmaması haqqında iş materiallarında hər-hansı bir sənəd mövcud deyildir. Həmin istiqamətdə inzibati orqan tərəfindən tam araşdırma aparılmamışdır. Lakin, buna baxmayaraq, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyev Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi nəticəsinə gəlmiş, xx xxxx 2021-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib etmiş və baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Təbiyyət Həsənquliyev tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın diqqəti İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinin tələblərinə əməl olunmasına cəlb edilsin. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar