Məhkəmə qərarları › İş №3(025)-171/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-171/2024

24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-171/2024 24.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi X4, şikayət vermiş şəxs X3 iştirakları ilə X3 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin İnzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi barədə xx.xx.2024-cü il tarixli, MN-1612597 saylı Qərarı ilə o, (X7) vəzifəli şəxs kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, "ünvan 1 ünvanında yaşayan X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin rəisi X7 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir". Nəticədə mənim barəmdə protokol yazılmış və AR İXM-nin 192-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyim qənaətinə gəlinmişdir. Həmin qərar xx.xx.2024-cü il tarixində rəsmi qaydada mənə çatdırılmışdır. Aşağıdakılara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı Şəhər İdarəsinin İnzibati xətalar haqqında işlər üzrə inzibati tənbehin tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN-1612597 saylı Qərarını qanunsuz hesab edir. O, X7 "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin rəisi vəsifəsində işləyir. X8 Təchizatı və Satışı İdarəsinin "xxxx" ASC-nin tabeciliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərir. İşçinin işə götürülmə və işdən azad edilməsi birbaşa "xxxx" ASC-nin səlahiyyətlərinə aiddir. Bildirir ki, ona verilən məlumata əsasən ünvan 1 ünvanında yaşayan X9 xx.xx.2023-cü il tarixində şəbəkədə nəzarətçi-mühəndis kimi işləmək istədiyi barədə X13 rəhbərliyinə müraciət etmiş, şəbəkədə nəzarətçi-mühəndis vəzifəsi üzrə vakansiya olduğu üçün xx.xx.2023-cü il tarixində sənədləri hazırlanarq "xxxx" ASC-nin imtahan komissiyasına göndərilmişdir. Daha sonra işə qəbul qaydalarına uyğun olaraq X9 imtahan komisiyasına dəvət olunmuş, lakin o imtahan komisiyasından imtina etmişdir. X8 Təchizatı və Satışı İdarəsinin inzibati binası Qəbələ şəhərində yerləşdiyindən işə qəbul üçün Qax rayonunda yaşayan vətəndaşlar həmin rayonda yerləşən X15 müraciət edirlər. Qeyd etməyi zəruri hesab edir ki, şikayətçi X9 işə qəbul edilməsi üçün X8 Təchizatı və Satışı İdarəsinin rəhbərliyinin qəbulunda olmamış, vətəndaşla şəxsi tanışlığı yoxdur. Bunu şikayətçi özü də təsdiq edir. X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət edərək işlə təmin edilmək məqsədilə X15 müraciət etdiyini, lakin müsabiqədən keçmədiyi üçün əsəbləşərək şikayət etdiyini və heç bir işə cəlb olunmadığını bildirmişdir. Yuxarıda qeyd edilənlər bir daha sübut edir ki, onun haqqında Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsinə əsasən inzibati icraatın başlanılması tamamilə absurd məsələdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X7 şikayətin məzmunu ilə eyni izahat verərək, eyni zamanda göstərdi ki, rəhbərliyini etdiyi X8 Təchizti və Satışı idarəsi və onun struktur vahidi olan X20 "xxxx" ASC-nin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərir. İdarənin əmlakı dövlət mülkiyyətindədir və onun üzərində sahiblik, istifadə və sərəncam hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə "xxxx" ASC-nə məxsusdur. İdarə müvafiq qaydada bu əmlaka münasibətdə istifadə hüququnu həyata keçirir. Həmçinin İdarə "xxxx" ASC tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində elektrik enerjisinin çatdırılması, satışın və bu fəaliyyətlə əlaqədar müvafiq xidmətləri həyata keçirən struktur vahididir və maliyyə-təsərrüfat balansı "xxxx" ASC-nin balansına aiddir. "xxxx" ASC hüquqi şəxs statusuna malik olan təşkilat kimi Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmışdır. Qeyd olunanlardan göründüyü kimi vətəndaşların işə qəbul edilməsi və işdən azad olunması səlahiyətləri yalnız "xxxx" ASC-nə məxsusdur. Rəhbərliyini etdiyi X8 Təchiztı və Satışı idarəsinin vətəndaşların işə qəbul və işdən azad edilməsi ilə bağlı hər-hansı bir səllahiyyəti yoxdur. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi X10 izahatında göstərdi ki, "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin rəisi X3 barəsində İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmişdir. X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işləməsi işin mübahisəsiz halıdır və Qax rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşunas X11 30 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə sübuta yetirilir. Lakin hansı əsasla məsuliyyətli şəxsin "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin rəisi X7 hesab edilməsi barədə məlumatlı deyildir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki regional ərazi şöbəsinin "xxxx" ASC-nin X8 Təchizatı və Satış İdarəsinin rəisi, X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair inzibati xəta haqqında 06 mart 2024-cü il tarixli qərarı ləğv edilməli, X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tapşırılmalıdır. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin əməkdaşları tərəfindən X3 barəsində tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yaşayan X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin rəisi X7 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi göstərilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin İnzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli, 06 mart 2024-cü il tarixli qərarından görünür ki, "ünvan 1 ünvanında yaşayan X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin rəisi X7 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyindən X7 tərəfindən pozulduğundan, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Qax rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşunas X11 30 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X5 müraciəti əsasında toplanılan 71C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 52.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak edən şəxslər icraatında həmin işlər olan hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) baxılması məcburi sayılan vəsatət vermək hüququna malikdirlər. 61.1.5-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququ vardır; 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 65.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərmək üçün inzibati xəta haqqında iş üzrə icraata müdafiəçi, zərər çəkmiş şəxsə hüquqi yardım göstərmək üçün isə nümayəndə buraxılır. 65.2-ci maddəsinə əsasən müdafiəçi qismində və nümayəndə kimi inzibati xəta haqqında iş üzrə icraatda vəkil və ya digər şəxslər iştirak edə bilərlər. 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. Göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi öz qərarında "ünvan 1 ünvanında yaşayan X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin rəisi X7 tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin vəzifəli şəxs X7 tərəfindən pozulmasını göstərərək, X6 şəxsi inzibati məsuliyyətə cəlb etsə də, lakin həmin məsələyə səthi yanaşmış, kifayət qədər ətraflı araşdırılma aparılmamışdır. Belə ki, iş materiallarında olan Qax rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşunas X11 30 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, X5 müraciəti əsasında toplanılan 71C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin cinayət işinin rədd edilməsi materiallarında "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin rəisi X3 ümumiyyətlə izahatı alınmamış, həmçinin sözügedən qərarda Nərman Mahmudovun İXM-nin 192.1-ci maddəsi ilə təqsirli olmasına dair hər hansı araşdırma aparılmamış, həmçinin Nərman Mahmudovun inzibati məsuliyyətə cəlb edilməli olması göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi X10 isə hansı əsaslarla X3 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli olunmasını əsaslandıra bilməmiş, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı şikayətçi tərəfindən iş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından, eyni zamanda "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 may 2015-ci il tarixli, 190 nömrəli qərarı ilə müəyyən edilir ki, "xxxx" ASC-də işçilərinin işə götürülməsi "xxxx" ASC-nin səlahiyyətindədir, "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin rəisinin isə belə bir səlahiyyəti yoxdur. Həmçinin iş materiallarından "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin rəisi X3 ünvan 2 ünvanında yaşayan X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək işə cəlb edilməsindən məlumatlı olması barədə hər hansı sübut müəyyən edilməmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan isə görünür ki, X9 izahatında ümumiyyətlə X3 adına çəkməmişdir. Göründüyü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən bəzi hallar kifayət qədər əsaslandırılmadan, həmin pozuntuların baş verməsində "xxxx" ASC-nin X8 Təchizatı və Satışı İdarəsinin rəisi X3 həqiqətəndə təqsirinin olması müəyyən edilmədən qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Həmin Məcəllənin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir: Həmin Məcəllənin 135.1, 135.1.6-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında ******* nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı ləğv edilməli, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında ******* nömrəli, 22 fevral 2024-cü il tarixli qərarı ləğv edilsin. X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında işə yenidən baxılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar