Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-173/2021 02.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri X3 və X4, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1988-ci il iyunun 30-da Qəbələ şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru R.S.İbadovun tərtib etdiyi xx xxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-100/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-100/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 31.221 (otuz bir min iki yüz iyirmi bir) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borclunun ünvanına göndərilmişdir. İcra sənədinin icrası barədə borcluya bildiriş göndərilməsinə baxmayaraq, icra sənədi üzrə tələb təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borclunun əmlak vəziyyəti araşdırılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədi üzrə tələbi icra etməsi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, onun yekun olaraq protokol tərtib edilərkən 31.221 manat borcu qalmışdır. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X11 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya göndərilmişdir. Həmçinin “Elektron sistem” vasitəsilə axtarış edilmiş və adına hər hansı əmlak aşkar edilməmişdir. Vüsal Məhərrəmov borcunun hissə-hissə ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 8(025)-141/2020 nörməli qərardadı ilə qətnamənin hissə-hissə icra edilməsinə dair borclu Şəxs ərizəsi təmin edilməmişdir. Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə də Qəbələ Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Hal-hazırda isə Şəxs 31.221 manat məbləğində borcu vardır. Şəxs halhazırda 5000 manat ödəniş etməyə hazır olduğunu bildirir. Lakin tələbkar Zərərçəkmiş şəxs MMC həmin məbləği qəbul etməkdən imtina edir. Vüsal Məhərrəmovun 5.000 manat ödəməyi ilə bağlı Zərərçəkmiş şəxs MMC-nin rekvizitləri olmadığından ona rekvizitlər verilməmişdir. O cümlədən İcra və probasiya şöbəsi tərəfindən də həmin məbləğin şöbənin depozit hesabına qoyulmasına icazə verilməmişdir. Vüsal Məhərrəmov bu günə qədər heç bir ödəniş etməmiş, lakin protokol tərtib ediləndən sonra 5000 manat ödəniş etməyə hazır olduğunu bildirmişdir. Bu da onun qərəzli olmasını göstərir. Zərər çəkmiş Zərərçəkmiş şəxs MMC isə Şəxs borcunu ödəməsini təkidlə tələb edir. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, onun 31.221 manat məbləğində borcunun olmasını qəbul edir. Həmin borcun hissə-hissə ödənilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmiş, lakin ərizəsi təmin olunmamışdır. Hissə-hissə ərizə ilə məhkəməyə müraciət etməyi onun qərəzli olaraq borcu ödəməyindən yayınması mənasına gəlməməlidir. Belə ki, bu onun qanunda nəzərdə tutulmuş hüququdur. O, hissə-hissə məhkəməyə o səbəbdən müraciət etmişdir ki, 31.221 manat borc məbləği həqiqətən onun gəlirinə uyğun deyil. O, dəfələrlə Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyi ilə danışıqlar aparmış və ona bir müddət möhlət verilməsini xahiş etmiş, lakin nəticəsi olmamışdır. O, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Adına heç bir əmlak yoxdur. Zərərçəkmiş şəxs MMC-nə orada ona iş verilməsini və işləyərək borcunu ödəməsini də xahiş etmişdir. Lakin tələbkar MMC buna razılıq verməmişdir. Hal-hazırda məhkəmə tərəfindən verilən vaxt ərzində 5000 manat əldə edə bilmiş və həmin məbləği ödəməyə hazırdır. Lakin Zərərçəkmiş şəxs MMC həmin məbləği qəbul etməkdən imtina edir. Həmçinin 5000 manatın ödənilməsi ilə bağlı Qəbələ rayon İcra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs MMC-nin rekvizitini və yaxud icra və probasiya şöbəsinin depozit hesabının verilməsini xahiş etmiş, lakin qərəzli olaraq şöbənin depozit hesabı da ona verilməmişdir. 5.000 manat məbləği ödəməyə hazırdır. Həmin 5000 manat məbləğin bir hissəsini həyat yoldaşına məxsus qızıl əşyalarını satmaqla əldə etmişdir. Bir hissəsini isə atasına məxsus avtomobili borc müqabilində başqa şəxsin adına keçirərək əldə etmişdir. Başqa satılaraq gəlir əldə ediləsi əmlakı yoxdur. Ailə üzvlərinin, yəni atasının, anasının, həyat yoldaşının və azyaşlı uşağının birgə yaşadığı, atasının mülkiyyətində olan evi satışa çıxarmışdır. Həmin evin satəşa çaxarılmasından icra məmuruda məlumatlıdır. O, həmin evdə də olmuşdur. Həmin ev atasının mülkiyyətində olsa da, ailə üzvləri evin tezliklə satılaraq borcun ödənilməsinə razıdırlar. Həmin yaşayış evləri Qəbələ şəhərində mərkəz hissədə yerləşir və fikirləşir ki, tez bir zamanda evi sataraq borcunu ödəyəcəkdir. Hesab edir ki, onun əməlində qərəzlilik yoxdur. Ondan tələb olunaq məbləğ, yəni 31.221 manat olduqca yüksəkdir və bu səbəbdən bu günə qədər az-az ödəniş etməmişdir. Fikirləşirmiş ki, fərdi yaşayış evlərini tezliklə satılar və tələbkara olan borcunu birdəfəlik ödəyər. Həmçinin o, icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlmişdir. Heç bir əmlakını icra və probasiya şöbəsindən gizlətməmişdir. Əksinə borcunun ödənilməsi üçün atasının adına olan və hal-hazırda yaşadıqları fərdi yaşayış evini satışa çıxarmışdır. Göstərilənlərin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil izahatında bildirdi ki, icra məmurunun və Şəxs izahatından müəyyən olundu ki, sonuncunun rəsmi iş yeri və gəliri yoxdur. Həmçinin tələbin yönəldilə biləcəyi heç bir əmlak yoxdur. Borc məbləği isə 31.221 manatdır və icra məmuru da izahatında həmin məbləğin qərəzli olaraq Şəxs tərəfindən sübut edə bilməmişdir. Əksinə olaraq Şəxs ailə üzvlərinin birgə yaşadığı və atasının mülkiyyətində olan evi satışa çıxararaq borcunu ödəmək niyyətindədir. Bu gün isə həyat yoldaşına məxsus qızıl əşyalarını sataraq və atasını məxsus avtomobili sataraq 5000 manat ödəməyə hazırdır. Bu isə onun əməlində qərəzlilik olmamasını göstərir. Həmçinin həm icra məmuru, həm də Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri Şəxs həmin məbləği bir dəfəyə ödəmək gücündə olmasını sübuta yetirə bilməmişlər. Əksinə olaraq icra məmuru izahatında Şəxs rəsmi iş yerinin olmadığını, adına hər hansı əmlak olmadığını qeyd etmişdir. Qafarovun Vüsalın həmin məbləği ödəmək imkanında olub ödəməməsi sübuta yetirilməmişdir. Hesab edir ki, Şəxs əməlində qərəzlilik sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi X8 bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-100/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 31.221 (otuz bir min iki yüz iyirmi bir) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qət edilmişdir. Borclu tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin Qəbələ Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə icraya yönəldikdən sonra borcu Şəxs borcun hissə-hissə ödənilməsi barədə məhkəməyə ərizə ilə müraciət etmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(025)-141/2020 nömrəli qərardadı ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-100/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu Şəxs ərizəsi rədd edilmişdir. Daha sonra borclu tərəfindən həmin qərardan da apellyasiya şikayəti verilmiş və qərar dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda Şəxs 5.000 manat ödəniş edə bildiyini qeyd etsə də, MMC-nin rəhbərliyi 31.221 manat borcun bütövlükdə ödənilməsini tələb edir. Bu səbəbdən 5.000 manatı qəbul etməkdən imtina edirlər. Odur ki, inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs MMC-nin nümayəndələri X1 Vüsal Məhərrəm oğlundan borcun hamısının ödənilməsini tələb etdiklərini bildirdi və inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Beləliklə, məhkəmə icra məmurunu, zərərçəkmiş şəxsinin nümayəndələrini və barəsində İXH protokol tərtib olunan şəxsi dinləyib, işin faktiki hallarını nəzərdən keçirib belə hesab edir ki, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzürsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş icra işindən görünür ki: - Qəbələ Rayon Məhkəməsinin 2(025)-100/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 31.221 (otuz bir min iki yüz iyirmi bir) manat məbləğində pul tutularaq iddiaçı Zərərçəkmiş şəxs MMC-yə ödənilməsi qət edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin İbadovun xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 2(025)- 100/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - xx.xx.2020-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu X5 təqdim edilmişdir. - Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(025)-141/2020 nömrəli qərardadı ilə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-100/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair borclu Şəxs ərizəsi rədd edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(107)-10/2021 nömrəli qərardadı ilə borclu Şəxs şikayəti təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(025)-141/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmamışdır. - “Elektron icra sistem”indən Çıxarışlardan görünür ki, Şəxs və onun həyat yoldaşı X2 adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında vurğulanır: «Məhkəmənin qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının, qərarının və ya əmrinin icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarını qərəzli icra etməmə, bir qayda olaraq, hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər.» «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, «məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə qərarlarının icrası məsələsinin daim xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, səlahiyyətli dövlət orqanları məhkəmə qərarlarının icrası ilə bağlı bütün lazımi tədbirləri vaxtında görməlidirlər.» Beləliklə, yuxarıda qeyd olunan müddəalardan aydın olduğu kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək vəzifəsi, borclu ilə yanaşı səlahiyyətli dövlət orqanlarının, bu halda icra qurumunun və bu sənədin icrasına nəzarət edən məhkəmənin vəzifəsidir. Borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarında sadalanmışdır. Hazırki işdə borclu Şəxs bu cür hərəkətləri etməsi məhkəmə iclasında tədqiq edilən sübutlarla təsdiq edilmir və eyni zamanda icra işindədə buna dair sənədlər mövcud deyildir. Belə ki, birincisi, borclu Şəxs icra məmurunun çağırışlarına vaxt-vaxtında gəlmiş və izahat vermişdir. İkincisi, borcunun əmlak vəziyyəti yoxlunılmış, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Göründüyü kimi, borclu tərəfindən, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi kimi qərəzli hərəkətlərə yol verilməmişdir. Əksinə olaraq borclu tərəfindən atasının mülkiyyətində olan avtomobil və ev satışa çıxarılmışdır. Nəhayət, məhkəməsinin qənaətincə, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)- 100/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədi üzrə olan borcunu ödənilməsindən qərəzli şəkildə yayınmır, belə ki, məhkəməsi araşdırması zamanı 31.221 borcundan 5000 (beş min) manat ödəməyə hazır olması özü-özülüyündə sübut edir ki, Şəxs öhdəliklərinin icrasından yayınmır. Eyni zamanda məhkəmə onu da nəzərə alır ki, Şəxs ödəmək istədiyi 5.000 manat 31.221 manat pul məbləğinə mütənasib olmasa da, Şəxs rəsmi olaraq heç bir yerdə işləməməsi, onun adına tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməməsi həmin 5.000 manat məbləğ hal-hazırda Şəxs əmlak vəziyyətinə uyğundur. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, Şəxs tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən və onunəməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində olan izibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Qəbələ Rayon Məhkəməsinin 2(025)-100/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-173/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-173/2021
02.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver