Məhkəmə qərarları › İş №3(025)-173/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-173/2024

15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-173/2024 15.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytanantı X4, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1994-cü il mayın 09-da Qəbələ rayonu Ziring kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu, Ziring kəndində qeydiyyatda və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 15 aprel 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytanantı X6 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Ziring kəndində həmkəndlisi Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli 15 aprel 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytanantı X6 göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Ziring kəndində həmkəndlisi Zərərçəkmiş şəxs döymüşdür. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxslər barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 25 fevral 2024-cü il tarixdə günün ikinci yarısında pay torpaq sahəsində əkdiyi fındıq topalarına baxmaq üçün sahəsinə getdiyi zaman həmkəndliləri Eşqinlə Daşqının özlərinə məxsus xırdabuynuzlu heyvanlarını onun pay torpaq sahəsinə salaraq otardıqlarına şahidlik etmişdir. Bu səbəbdən həmin şəxslərə öz iradını bildirmiş, lakin qarşı tərəfin isə ona heyvanlarının fındıq ağaclarına ziyanlıq vurmadıqlarını, sadəcə olaraq otladıqlarını bildirmişlər. Buna baxmayaraq təkrarən Eşqinlə Daşqından heyvanlarını sahəsindən çıxarmalarını tələb etmiş və həmin an həmkəndlilərinin yenə də özlərini haqlı saymışlar, bu səbəbdən aralarında sözlü mübahisələr yaranmış və mübahisə zəmnində Zərərçəkmiş şəxs əlində ov silahı, Daşqın Abdullayevin əlində isə çomaq olmuşdur. Aralarında yaranan mübahisə zamanı Daşqın Abdullayev onun iki əlindən tutaraq müqavimət göstərməsinə maneə olmuş, Eşqin isə yumruqla burun, çomaqla isə başının tərəfinə zərbə ilə vurmuş, daha sonra isə onu ov tüfəngi ilə öldürəcəyi ilə sözlə hədələmiş, lakin atəş açmamışdır. Daşqınla Eşqin o yerdə uzanılı vəziyyətdə olduğu zaman burun nahiyyəsindən qan açıldığını görüb həmin yeri tərk etmişlər. Hal-hazırda Zərərçəkmiş şəxs ondan şikayəti yoxdur və onlar barışmışlar. Ona görə də barəsində tərtib olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili X5 tərəflərin barışması səbəbindən işin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 25 fevral 2024-cü il tarixdə günün ikinci yarısında qardaşı Daşqın Abdullayevə mal tövləsini təmizləyərək qoyun-quzunu otarmağa köməklik üçün sahəyə gəlməsini tapşıraraq xırdabuynuzlu heyvanlarını öz taxıl sahəsinin yerləşdiyi əraziyə sürmüş və oraya çatdığı zaman heyvanları hürkərək həmkəndlisi Şəxs məxsus pay torpaq sahəsinə keçmişlər. Qoyunların Şəxs pay torpaq sahəsinə keçdiklərini görüb heyvanları çıxarmağa çalışdığı zaman ilk əvvəl qardaşı Daşqın Abdullayevin gəlib çatmış, daha sonra isə həmkəndlisi Şəxs gələrək heyvanlarının onun torpaq sahəsinə keçdiklərini görüb əvvəlcə qarğış etmiş, daha sonra isə nalayiq ifadələr işlətmişdir. Heyvanlarının Şəxs torpaq sahələrinə keçdiklərinə görə sonuncu tərəfindən edilən qarğışları qəbul etməsinə baxmayaraq söyülən söyüşləri qəbul etməyərək qarşılıqlı formada Vüqarı təhqir edərək heyvanlarının onun fındıq ağaclarına ziyanlıq vurmadıqlarını, sadəcə olaraq ot yediklərini bildirmiş və sonra isə söyüldüyünə görə əsəbləşərək Vüqarın üzərinə hücum çəkərək ondan nə üçün söyüş söydüyünü soruşub yumruqla sonuncunun sifət nahiyyəsinə bir dəfə vurmuşdur. Vüqar da öz növbəsində yumruqla onun ağız nahiyyəsinə və başının sol tərəfinə bir dəfə vurmuş, bundan sonra Vüqarla qarşılıqlı formada dartışmağa başlamış və aralarındakı davaya şahidlik edən qardaşı Daşqın onlara tərəf yaxınlaşaraq onları bir-birilərindən ayırmışdır. Şəxs ilə barışmışlar. Sonda Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərmişdir ki, 25 fevral 2024-cü il tarixdə günün ikinci yarısında qardaşı Zərərçəkmiş şəxs ona mal tövləsini təmizləməyi tapşıraraq xırdabuynuzlu heyvanlarını otlaq sahəsinə sürmüş və işlərini yekunlaşdırdıqdan sonra qardaşına köməklik etmək üçün onun ardınca getmişdir. Qardaşının olduğu yerə çatdığı zaman heyvanlarının hürkərək həmkəndlisi Şəxs məxsus torpaq sahəsinə keçdiklərinə şahidlik etmişdir. Belə ki, Şəxs torpaq sahəsinin həmin hissədə kənarlarının açıq vəziyyətdə olmuş, dərhal qaçaraq qardaşının əlindən çomağı götürərək Şəxs torpaq sahəsinə keçən qoyun-quzunu çıxarmağa başlamış və bu məqsədlə qoyun- quzunun keçdiyi yerə çatdığı zaman həmkəndlisi Vüqar onların olduqları yerə gəlmişdir. Vüqar onların yanına çatmasından sonra "bu qoyunların bərəkətinə, ətinə…" cümləsini işlədərək qardaşı Eşqinin ünvanına ağır nalayiq ifadələr işlətmiş və qardaşı da Vüqarın söydüyü söyüşləri geri qaytararaq ondan nə üçün söyüş söydüyünü soruşub üzərinə hücum çəkərək yumruqla Vüqarın sifət nahiyyəsinə vurmuşdur. Vüqar da öz növbəsində qardaşının sifətinə yumruqla vurmuş, nəticədə qardaşının burun və ağız nahiyyələrindən qan axmağa başlamış, bu səbəbdən araya daxil olaraq qardaşı ilə Vüqarı bir-birilərindən ayırmağa çalışmışdır. Lakin Vüqar həmin arada təkrarən iki dəfə yumruqla qardaşının ağız nahiyyəsindən vurmuş və bu səbəbdən Vüqarı əli ilə kənarlaşdıraraq ondan davanı yekunlaşdırmasını tələb etdiyi zaman sonuncu yumruqla sol qulaq nahiyyəsinə bir dəfə vurmuş, lakin çox çətinliklə də olsa ondan uzaqlaşmağa müvəffəq olmuşdur. Şəxs uzaqlaşdıqdan sonra qardaşı ilə birgə həmin yeri tərk etmişlər və bununla da davaları sona çatmış, özü həmin tarixdə Şəxs qarşı fiziki zor tətbiq etməmiş, sadəcə olaraq davanı ayırmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının xx.xx.2024-cü il tarixli 126 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 26 mart 2024-cü il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/229, 230 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Zərərçəkmiş şəxs və Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs zor tətbiq edərək sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı barəsində inzibati icraat aparılan və zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etmələri nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu tətbiq edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilsin. Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar