Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-174/2024 13.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi və barəsində inzibati icraat aparılan şəxs X1 iştirkı ilə, AR DİN Abşeron RPİ DYP səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN Abşeron RPİ DYP səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə X2 xx.xx.2023-cü il tarixdə, saat 15-00-da idarə etdiyi “Mersedes Benz 190 Minik” markalı ** DS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ilə hərəkətdə olarkən yolun əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etdiyinə və yol nəqliyyat hadisəsi yerindən yayındığına görə AR İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə 100,0 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib qeyd olunan qərarların ləğv edilməsini xahiş etmişdir. X2 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 15-00-da o, idarə etdiyi “Mersedes Benz 190 Minik” markalı ** DS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ilə hərəkətdə olmamış, yolun əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etməmiş və heç bir yol nəqliyyat hadisəsi törətməmişdir. AR DİN Abşeron RPİ DYP səlahiyyətli vəzifəli şəxsi tərəfindən çağırılaraq ona xx.xx.2023-cü il tarixdə, saat 15-00-da ondan idarə etdiyi “Mersedes Benz 190 Minik” markalı ** DS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ilə hərəkətdə olarkən maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınması barədə soruşularkən zədələnmiş nəqliyyat vasitəsi sahibinin və hadisədə iştirakına dair sübutların təqdim olunmasını tələb edərək etiraz etmişdir. Buna baxmayaraq barəsində xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilmiş və AR DİN Abşeron RPİ DYP səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə AR İXM-nin 327.1 və 327.6-cı maddəsi ilə 100,0 manat cərimə olunmuşdur. Ona görə də, barəsində olan xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli “inzibati xəta haqqında” protokol qanunsuz hesab edilməli və AR DİN Abşeron RPİ DYP səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı ilə ləğv edilməlidir. İşdə olan «inzibati xəta haqqında» xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolunun surətinə əsasən X1 xx.xx.2023-cü il tarixdə, saat 15-00-da idarə etdiyi “Mersedes Benz 190 Minik” markalı ** DS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ilə hərəkətdə olarkən yolun əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etdiyi və yol nəqliyyat hadisəsi yerindən yayındığı aşkar edilmişdir. AR İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt, yer və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda , şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilməlidir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.1.9-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilməlidir. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd olunur. X1 barəsində tərtib edilmiş «inzibati xəta haqqında» xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolda inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar (GPS; şahid və zərərçəkmiş şəxslə; hadisə yerinin sxemi, zədələnən nəqliyyat vasitəsi və s.) göstərilməmiş, aşkar edilən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar barədə qeyd olunmamışdır. AR İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın ( vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X1 xx.xx.2023-cü il tarixdə, saat 15- 00-da idarə etdiyi “Mersedes Benz 190 Minik” markalı ** DS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi ilə hərəkətdə olarkən yolun əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etdiyi və yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayındığı müəyyən olunmadığından onun barəsində AR İXM-nin 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta haqqında iş üzrə icrratın başlanması qanunsuz olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X1 AR İXM-nin 327.1 və 327.6-cı maddələri ilə 100,0 manat cərimə edilməsinə dair AR DİN Abşeron RPİ DYP səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərarı (xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli “inzibati xəta haqqında” protokol) ləğv edilsin. X2 barəsində AR İXM-nin 327.1 və 327.6-cı maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-174/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-174/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver