Məhkəmə qərarları › İş №3(025)-178/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-178/2022

19.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-178/2022 19.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X1 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Qəbələ rayonu, Nohurqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Nohurqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27.04.2022-ci il tarixdə saat 01:25 radələrində Qəbələ şəhəri H.Əliyev prospektində idarə etdiyi “Vaz 22108” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sürücünun nəqliyyat vasitəsini spirtli içki qəbul edib sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X2 izahatında bildirmişdir ki, Şəxs 27.04.2022-ci il tarixdə saat 01:25 radələrində Qəbələ şəhəri H.Əliyev prospektində idarə etdiyi “Vaz 22108” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən sürücünun nəqliyyat vasitəsini spirtli içki qəbul edib sərxoş vəziyyətdə olması müəyyən edilmişdir. Bu səbəbdən Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 27 aprel 2022-ci il tarixdə saat təxminən 01:25 radələrində yeznəsinə məxsus “Vaz 22108” markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nohurqışlaq kəndinə sürürdü. Maşını idarə etməzdən əvvəl 1 bakal sipirtli işki qəbul etmişdi. Maşında özü tək idi. Qəbələ şəhəri H.Əliyev prospektində hərəkətin qadağan olunduğu hissədə yolun əks istiqamətində hərəkət etdi. Nəticədə yol hərəkət nişanlarının tələblərini pozmuşdur. Polis əməkdaşı onu saxlayanda müayinə zamanı sipirtli içki qəbul etməyi aşkar olundu. Törətdiyi əməldən səmimi peşimandır. Sonda isə məhkəmədən barəsində daha yüngül tənbehin tədbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X2 tərəfindən tərtib edilmiş 27 aprel 2022-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXMnin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar