Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-179/2022 06.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.3 və 332.4-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.3 və 332.4-cü maddələri üzrə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1, 332.3 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması haqqında material natamam olduğundan protokol onu tərtib etmiş orqana (vəzifəli şəxsə) geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Arayışdan görünür ki, Şəxs adına Azərbaycan Respublikası Baş X1 İdarəsinin Mərkəzi Məlumat Bazasında AE453378 saylı sürücülük vəsiqəsi qeydiyyata alınmışdır, lakin 31.05.2018-ci il tarixdən 6 ay müddətinə sürücülük hüququndan məhrum olunmuşdur. İşdə olan Qəbələ Rayon Məhkəməsinin 3(025)-301/2018 saylı, 30 may 2018-ci il tarixli qərarından görünür ki, inzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 02 iyul 2018-ci il tarixli 1229 saylı məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 3(025)-301/2018 saylı, 30 may 2018-ci il tarixli qərarının surəti alınaraq icraata yönəldilməsi təsdiq edilmiş, lakin vətəndaş Şəxs sürücülük vəsiqəsi sürücülük hüququnun məhdudlaşdırılması barədə qərarla birlikdə şöbəyə daxil olmadığından, sürücülük vəsiqəsinin vətəndaş Şəxs alınaraq onlara göndərilməsi üçün Qəbələ Rayon Polis Şöbəsinə müraciət edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən sonra bir il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırarsa, bu Məcəllənin 146.1-ci maddəsində müəyyən edilmiş müddətin axımı dayanır. Belə halda icra müddəti həmin şəxsin tutulduğu vaxtdan hesablanır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən təmin edilir. İş materiallarından Qəbələ Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Qəbələ Rayon Məhkəməsinin 3(025)-301/2018 saylı, 30 may 2018-ci il tarixli qərarının icrası ilə bağlı hər hansı bir tədbirin görülməsini (sürücülük vəsiqəsinin alınmasını, alınmamışdırsa hansı səbəblərə görə alınmamasını, inzibati məsuliyyətə cəlb edilmiş şəxs inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasından boyun qaçırıb-qaçırmamasını, boyun qaçırmışdırsa qərarın icra müddətin hansı tarixdən dayandırılmasını) müəyyən etmək mümkün olmamışdır. Bir sözlə təqdim olunmuş sənədlərdən görünür ki, inzibati materialla bağlı qanunun tələblərinə riayət edilmədiyi üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin hüquqi tövsifi dəqiq müəyyən etmək mümkün deyildir. Həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğuna görə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.3 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 332.1, 332.3 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-179/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-179/2022
06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver