Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-18/2021 14.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə Şəxs – xx xxxx 1962-ci ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytnantı X1 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan bir ədəd tək lüləli, İj markalı, 28 kalibirli, 1961-ci il buraxılışlı, И-81897 nömrəli mülki öv silahını özündə saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 11:00 radələrində yaşadığı Qəbələ rayonu Uludaş kəndində həyətyanı sahəsinin yaxınlığında “Bum çayı”nın axarının sol istiqamətində kolluq ərazidə Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman sağ çiynində bir ədəd tək lüləli, İj markalı, 28 kalibirli, 1961-ci il buraxılışlı, И-81897 nömrəli mülki ov silahı olmuşdur. Mülki ov tüfəngi mərhum atasından ona miras qalmışdır. İmkanı olmadığı üçün silahı sənədləşdirə bilməmişdir və həmin silahla ov etməmişdir. Sonda isə bir daha özündə qanunsuz silah saxlamayacağına söz verib, barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytnantı X1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis baş leytnantı X1 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantıVüqar Ramazanov tərəfindən Qəbələ RPŞ-nin rəisi, polis polkovniki Nadir Məmmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli Raportdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri, polis sıravisi Əli Ramazanovla birlikdə Qəbələ rayonu, Uludaş kəndi ərazisində xidmət aparan zaman otlaq ərazidə bir nəfər şəxsin çiynində ov tüfəngi ilə hərəkət etdiyini görmüşlər və həmin şəxsə yaxınlaşıb özlərini təqdim edib kim olduğunu və ov tüfənginə aid sənədin olmasını soruşmuşlar. Həmin şəxs özünü təqdim edib ov tüfənginə aid heç bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxsin kimliyinin və ov tüfənginin qeydiyyatda olub-olmamasının yoxlanılması məqsədi ilə onu polis şöbəsinə dəvət etmişlər və Qəbələ RPŞ-də həmin şəxsin Qəbələ rayonu, Uludaş kənd sakini Şəxs olduğu müəyyən edilmiş və ondan götürülmüş bir ədəd tək lüləli, İj markalı, 28 kalibirli, 1961-ci il buraxılışlı, И- 81897 nömrəli mülki ov tüfəngi şöbənin Nöbvətçi Hissəsinə təhvil verilmişdir. İş materiallarında olan 26dekabr 2020-ci il tarixli “götürülmüş mülki ov tüfənglərinin şöbənin NH-nə təhvil verilmsəi barədə” aktdan görünür ki, Qəbələ rayonu Uludaş kənd sakini Şəxs bir ədəd tək lüləli, İj markalı, 28 kalibirli, 1961-ci il buraxılışlı, И-81897 nömrəli mülki ov tüfəngi götürülərək Qəbələ RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuşov tüfəngi müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd tək lüləli, İj markalı, 28 kalibirli, 1961-ci il buraxılışlı, И-81897 nömrəli mülki ov silahı müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-18/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-18/2021
14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver