Məhkəmə qərarları › İş №3(025)-18/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-18/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-18/2025 22.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, şikayət vermiş şəxs X2, qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin nümayəndəsi, Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X5 iştirakları ilə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 25003511 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 25003511 nömrəli qərarından şikayətlə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, ona yazılmış 60 manat cərimənin silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun İ qrup əlil 28 yaşlı oğlu X6 var. Onu 11 dekabr 2024-cü il tarixdə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına həkim müayinəsinə özünün şəxsi maşını ilə aparmışdır. Maşınını əlillər üçün ayrılmış dayanacaqda saxlamışdır. Çünki oğlu İ qrup əlil olduğu üçün hərəkətsizdir. Onun oğlunun İ qrup əlil, onun himayəsində və onun şəxsən fiziki köməyinə ehtiyacı olduğunu nəzərə alaraq ölkənin mövcud qanunvericiliyinə uyğun humanistlik göstərilməyini və ona yazılmış 60 manat cərimənin silinməsini xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, uşağın qəyyumluğu anasına verilmişdir. Həmçinin ona Qəbələ Rayon Mərkəzi Xəstəxanasının mühafizəçiləri avtomobilin orada saxlamağın qanunsuz olmasını bildirməmişlər. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin nümayəndəsi, Qəbələ Rayon Polis Şöbəsinin DYPB YPXBİ-nin polis baş serjantı X8 şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, Qəbələ Rayon Mərkəzi Xəstəxanasından əlillər üçün ayrılmış ərazidə avtomobillərin qanunsuz saxlanması barədə məlumat verirlər. Belə olub əlillər üçün ayrılmış parklanma yerində qanunsuz avtomobillər saxlayan şəxslər barəsində inzibati xəta haqqında protokol tərtib edillər. X2 özünü əlil olması müəyyən edilməmiş, həmçinin avtomobilində bununla bağlı hər hansı işarə olmamışdır. Göstərilən halların nəzərə alınmasını xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 25003511 nömrəli inzibati xəta haqqında qərarda qeyd edilir ki, X3 “VAZ 21074” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində saxladığına görə İXMin 346-1.3-cü maddəsi ilə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. İş materiallarında olan Əlillik vəsiqəsinin surətindən görünür ki, X2 oğlu X6 İ qrup müddətsiz əlildir. Beləliklə, məhkəmə baxışında müəyyən olundu ki, X3 xx.xx.2024-cü il tarixli, EQ 25003511 nömrəli qərarla o, Azərbaycan Respublikası İXM-nin 346-1.3-cü maddəsi ilə təqsirli bilinib 60 manat məbləğində cərimə edilmişdir ona görə ki, idarə etdiyi “VAZ 21074” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklamaqla İXM-nin 346-1.3-cü maddəsinin tələbini pozmuşdur. Göründüyü kimi İXM-nin 346-1.3-cü maddəsi ilə məsuliyyətin yaranmasına üçün əsas Əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasıdır. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, X2 əlilliyi yoxdur. Onun oğlunun İ qrup əlil olması isə İXM-nin 346-1.3-cü maddəsi ilə məsuliyyətdən azad olması üçün əsas deyildir. Həmçinin məhkəmə iclasında İlham Gülməmmədov İ qrup əlil uşağı X4 qəyyumunun anası olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, X1 hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İXM-in 346-1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən səlahiyyətli vəzifəli şəxs tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 25003511 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə iclasında qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Yol hərəkəti haqqında qanunun 81-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər, belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Beləliklə, X2 inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, EQ 25003511 nömrəli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 25003511 nömrəli qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar