Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-181/2022 11.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Zamiq Nadirovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1969-cu ildə Oğuz rayonu, Xaçmaz kəndində anadan olmuş, Oğuz rayonu, Kərimli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10.05.2022-ci il tarixdə, saat 14:20 radələrində Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Emil” yeməkxanasının qarşısında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına ictimai yerdə uca səslə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, Şəxs 10.05.2022-ci il tarixdə, saat 14:20 radələrində Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Emil” yeməkxanasının qarşısında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ünvanına ictimai yerdə uca səslə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 10.05.2022-ci il tarixdə özünə məxsus avtomobillə Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Emil” restoranının yanına gəldi. Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrəsinə zəng edib restoranın qarşısına çağırdı. Raufdan avtomobilə minməsini istədi, o da mindi. Raufu çağırmaqda səbəbi o idi ki, təxminən 3-4 gün əvvəl Zərərçəkmiş şəxs1 onun avtomobilinin qarşısında saxlayıb gözləyirdi. Raufa avtomobilin siqnalını basaraq səsləndi ki, yoldan çəkilsin. Rauf isə “yaxşı eləmişəm” dedi və ona nalayiq söyüşlər deyə-deyə getdi. Həmin vaxt orada heç kim olmayıb. Rauf onun avtomobilində oturandan sonra söhbət etdilər. Bir-birinə qarşı zorgüc tətbiq etməyiblər. Sonradan qardaşı Səxavət gəldi və Raufu avtomobildən düşürdü. Səxavət onun ünvanına nalayiq ifadələr işlədərək oradan uzaqlaşdı. Səxavəti yanına çağırsa da o gəlmədi. Bu səbəbdən oradan uzaqlaşıb getdi. Rauf və Səxavətin ünvanına nalayiq ifadələr işlətməyib, heç bir səs-küy salmayıb. Həmin gün spirtli içki qəpul etməmişdir. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, 10 may 2022-ci il tarixdə işlədiyi kafedə olan vaxt X3 istifadəsində olan mobil nömrəyə zəng edərək restoranın qarşısına gəlməyini istədi. O da restoranın qarşısına çıxdı. Avtomobilə minməsini ona sözünün olduğunu bildirdi. Avtomobildə olan zaman Elçin ona hədə-qorxu gəlirdi. Onun restoranda işləməyinə icazə verməyəcəyini, az müddətdə restoranı əlindən alacağını dedi. Həmin vaxt qardaşı Səxavət də onun yanına gəldi və ondan avtomobildən düşməsini istədi. Avtomobildən düşdükdən sonra Elçin uca səslə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədirdi. Həmin bu səs-küyə restoranda olan müştərilər restorandan çıxaraq həmin hadisəyə şahid olmuşdular. Elçinə qarşı zor tətbiq etməyib. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, 10 may 2022-ci il tarixdə qardaşı Şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək restoranın qarşısına gəlməyini istədi. Qardaşı da restoranın qarşısına çıxdı. O qardaşına getməməsini desə də Rauf getdi. Təxminən 3 dəqiqə sonra özü də ora getdi. Raufu Elçinin maşınından düşürdərək restoranın həyətinə gətirdi. Avtomobildən düşdükdən sonra Elçin uca səslə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədirdi. Həmin bu səs-küyə restoranda olan müştərilər restorandan çıxaraq həmin hadisəyə şahid olmuşdular. Elçinə qarşı zor tətbiq etməyib. Məhkəmə iclasında şahid X1 izahatında göstərmişdir ki, 10 may 2022-ci il tarixdə saat təxminən 14:20-də Qəbələ rayon, Nic qəsəbəsində Emil restoranında olub. Yemək yeyən vaxt söyüş səsləri eşitdi. Səs gələn tərəfə gedən zaman tanımadığı adını sonradan bildiyi Elçin adlı şəxs uca səslə Səxavət və Raufun ünvanına kafedə söyüş söyürdü. Bu hadisə təxminən 5-10 dəqiqə davam etdi. Səxavət və Rauf nalayiq ifadələr işlətməyib Məhkəmə iclasında şahid X2 izahatında göstərmişdir ki, 10 may 2022-ci il tarixdə Qəbələ rayon, Nic qəsəbəsində Emil restoranında Abit adlı şəxslə çay içirdi. Saat təxminən 14:20 radləərində restoranın həyətində söyüş səsləri eşitdi. Tanımadığı adını sonradan bildiyi Elçin adlı şəxs uca səslə nalayiq ifadələr işlədirdi. Həmin şəxs təxminən 5-10 dəqiqə söyüşlər söyməyə davam etdi. Səxavət və Rauf həmin şəxsə qarşı nalayiq ifadələr işlətməyib. Restoranın daxilində olan müştərilər və restorandan kənarda olan şəxslər həmin yerə toplaşdılar. Orada təxminən 10-12 adam var idi. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində işin icraatına xitam verilməsinoi xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-181/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-181/2022
11.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver