Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-182/2022 12.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X2, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1966-cı ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 10.05.2022-ci il tarixdə, saat 17:40 radələrində Qəbələ şəhəri, H.Əliyev prospekti ərazisində idarəetmə hüququ olmadan VAZ-21061 markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi KİA Cerato markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilə və Zərərçəkmiş şəxs2 etibarnamə ilə idarə etdiyi gələn VAZ 2101 markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X1 Nazim Məmmədyar oğlunun Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Azərbaycan Respublikası Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X4 izahatında bildirmişdir ki, Şəxs 10.05.2022-ci il tarixdə, saat 17:40 radələrində Qəbələ şəhəri, H.Əliyev prospekti ərazisində idarəetmə hüququ olmadan VAZ 21061 markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərini pozmuş, yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs1 etibarnamə ilə idarə etdiyi KİA Cerato markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilə və Zərərçəkmiş şəxs2 etibarnamə ilə idarə etdiyi gələn VAZ 2101 markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, 10 may 2022-ci il tarixdə Qəbələ rayon H.Əliyev prospektində oğluna məxsus VAZ 21061 markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Qəbələ şəhər H.Əliyev prospektində yerləşən mağazanın qabağından hərəkətə başlayan zaman sol tərəfdə VAZ 21015 markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdı. O avtomaçını sola manevr elətdirən zaman qəfildən KİA Cerato markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşdu. Həmin avtomobil idarəetməni itirərək qarşıdan gələn VAZ 2101 markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə toqquşdu. Hadisə zamanı maşında yoldaşı da var idi. Onlar heç bir bədən xəsarəti almayıblar. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, 10.05.2022-ci il tarixdə Qəbələ şəhər H.Əliyev prospektində etibarnamə ilə idarə etdiiyi gələn VAZ 2101 markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman qəfildən KİA Cerato markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil onun qarşısına çıxdı və onun maşınına sol tərəfdən dəydi. Hadisə zamanı avtomaşında o tək idi, heç bir bədən xəsarəti almayıb. Hal-hazırda Şəxs dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, 10.05.2022-ci il tarixdə Qəbələ şəhər H.Əliyev prospektində etibarnamə ilə idarə etdiiyi gələn KİA Cerato markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Lider mağazasının qarşısından yolun sağından hərəkətə başlayan VAZ 21061 markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən onun qarşısına çıxdı və bu zaman o həmin avtomaşınla toqquşdu. Qarşı hərəkət zolağına çıxaraq qarşıdan gələn VAZ 2101 markalı ** PP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdu. Hadisə zamanı avtomaşında o tək idi, heç bir bədən xəsarəti almayıb. Hal-hazırda Şəxs dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 332.1 və 332.2-ci -ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.1, 332.1 və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXM-nin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin barəsində inzibati qaydada icraat aparılan şəxsin şəxsi işi ilə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 06 manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına 12 manat əmək haqqı ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-182/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-182/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver