Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-185/2022 28.07.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə EP ******* nömrəli, 10 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankından təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC 48000.00 ABŞ dolları məbləğində vəsaiti 13 aprel 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 48000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaiti geri qaytarmamışdır. Xəta 14 aprel 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirdi ki, Şəxs ilə “HUAİAN CİTY HENGCHUN MEDİCAL PRODUCT CO LTD” şirkəti arasında müvafiq müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən “HUAİAN CİTY HENGCHUN MEDİCAL PRODUCT CO LTD” şirkətinin hesabına malların alınması üçün 13 aprel 2020-ci il tarixdə 67200.00 ABŞ dolları məbləğində pul köçürülmüşdür. “HUAİAN CİTY HENGCHUN MEDİCAL PRODUCT CO LTD” şirkətinin hesabına köçürülmüş 67200.00 ABŞ dolları məbləğinin 18000 ABŞ dollarının əvəzində mallar ölkəyə xx.xx.2021-ci il tarixdə daxil olmuş və bununla bağlı sənədlər Azərbaycan Respublikasının Mərkəzi Bankı təqdim edilmişdir. (**********4676 saylı gömrük bəyannaməsi). Qalan məbləğ - 49200 ABŞ dollarının müqabilində mallar Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilmiş 2 il müddətində, başqa sözlə xx.xx.2021-ci il tarixdə ölkəyə idxal olunmuş, müvafiq gömrük rəsmiləşdirilmələri (**********5002 və **********5008 saylı gömrük bəyannamələri) həyata keçirilmişdir. Şəxstərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş protokolda göstərilmişdir ki, xəta 14 aprel 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Göründüyü kimi həmin müddətdən də 3 ay keçmiş, nəticədə inzibati məsuliyyətə cəlb etmə müddətə keçmişdir. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Belə olan halda məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli ödəniş tapşırından görünür ki,ŞəxsMMC tərəfindən xx.xx.2020-ci il tarixdə“HUANİAN CİTY HENGCHUN MEDİCAL PRODUCT CO LTD”şirkətinin hesabına 48000 ABŞ dolları köçürülmüşdür. İş materiallarında olan "xxxx" ASC-nin 14aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarına əsasən qabaqcadan ödənişin 2 (iki) ili tamam olmuş, lakin mal və xidmətlərin ölkəyə tam şəkildə idxalı ilə bağlı təsdiqedici sənədləri banka təqdim olunmayan Şəxs MMC barədə məlumat verilmişdir. Qəbələ Rayon Məhkəməsinin 27may 2022-ci il tarixli 3(025)-185/2022-ci il tarixli qərarı ilə ŞəxsMMC-ninhərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankıtərəfindən tərtib olunmuş EP ******* nömrəli, 10 may 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam veril məsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin 28iyun 2022-ci il tarixli 3(107)-194/2022 nömrəli qərarı ilə Qəbələ Rayon Məhkəməsinin 27 may 2022-ci il tarixli, 3(025)-185/2022 nömrəli qərarının ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 20 fevral 2020-ci il tarixli, № 06/1 qərarı ilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə edilmiş dəyişikliklərə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Həmin məsələni tənzimləyən «Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması» Qaydaları avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin 2 (iki) il ərzində müvafiq banka təqdim edilməsini tələb edir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğukimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 (iki)ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanıyaranır. Həmin məsələni tənzimləyən «Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması» Qaydaları 2 (iki) il günərzində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində görülmüş əməliyyatları təsdiq edən sənədlərin müvafiq banka təqdim edilməsini tələb edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə (2 il) müvafiq malların idxal edilməməsi, işlər görülməməsi və ödənilmiş valyuta vasaitinin xaricdən geri qaytarılmamasına görə nəzərdə tutulduğundan inzibati xəta tərkibi 2ilmüddətində müvafiq malların (işlərin, xidmətlərin) idxal edilməməsinə, valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə yaranır. İnzibati xətanın törənməsi və müddət axımı valyuta növbəti vəsaitinin köçürüldüyü gündən riyazi hesablama ilə 2 ilin tamam olduğu günün ertəsi günündən başlamış olur. Hazır ki halda inzibati xətanın törədilməsixx.xx.2022-ci il tarixə düşür. Göründüyü kimi, Şəxs MMC tərəfindən inzibati xətanın törədildiyi gündən (xx.xx.2022-ci il) üç aydan artıq müddət keçmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasənbu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən inzibati xətanın törədildiyi gündən üç aydan artıq müddət keçməsi səbəbindən onun barəsində inzibati tənbeh verilə bilməz. Bu səbəbdən də, barəsində tərtib olunmuş EP ******* nömrəli, 10 may 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: ŞəxsMMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankıtərəfindən tərtib olunmuş EP ******* nömrəli, 10 may 2022-ci il tarixliinzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-185/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-185/2022
28.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver