Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-186/2025 08.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X2 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və AR SN AEM PHŞ-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə,Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində AR İXM-nin 452.3-cü maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2156657) tərtib edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:10 radələrində cəmiyyətə məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində fəaliyyət göstərən əczaçılıq təşkilatında aptek təşkilatına dair tələblərin pozulması aşkar edilmişdir. “X1” PHŞ-nin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, AR SN AEM–nin xx.xx.2025-ci il tarixli 3-28-1/3-2-260/2025 saylı qərarına əsasən xx.xx.2025-ci il tarixdə saat 17:10 radələrində cəmiyyətə məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində fəaliyyət göstərən əczaçılıq təşkilatında AEM–nin Tibbi Nəzarət şöbəsinin müfəttişləri tərəfindən yoxlama keçirilərkən dərman vasitələrinin saxlanması qaydalarına riayət olunmayaraq səkkiz dərəcədən artıq temperatur şəraitində saxlandığlı aşkar edilmiş və Şəxs MMC barəsində AR İXM-nin 452.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün göndərilmişdir. İşdə olan KY ********* nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışın surətinə əsasən Şəxs MMC-yə (VÖEN: **********) məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində fəaliyyət göstərən aptekdə xx.xx.2025-xx.xx.2025-ci il tarixdə plan üzrə yoxlama keçirilməsi nəzərdə tutulmuşdur. İşdə olan AR SN AEM-nin planlı (növbəti ) yoxlamanın keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli 3-28-1/3-2-260 saylı qərarının surətinə əsasən Şəxs MMC-yə (VÖEN: **********) məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində fəaliyyət göstərən əczaçılıq təşkilatının fəaliyyətinin KY ********* nömrəli çıxarışa əsasən AEM-nin Tibbi Nəzarət şöbəsinin əməkdaşlarının iştirakı ilə xx.xx.2025-xx.xx.2025-ci il tarixdə yoxlanılması nəzərdə tutulmuşdur. İşdə olan AR SN AEM PHŞ–nin xx.xx.2025-ci il tarixli Ə-68 nömrəli “Əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktı”da göstərilmişdir ki, AR SN AEM–nin xx.xx.2025-ci il tarixli 3-28- 1/3-2-260/2025 saylı qərarına əsasən yoxlama aparılarkən Şəxs MMC-ə məxsus olan Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsində fəaliyyət göstərən əczaçılıq təşkilatında aptek təşkilatına dair tələblərin pozulması, dərman vasitələrinin saxlanması qaydalarına riayət olunmadığı aşkar edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən AR İXMnin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Ona görə də, cəmiyyətin barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətlar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: **********; Ünvan: Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi) Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə 1000 (bir min) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-186/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-186/2025
08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver