Məhkəmə qərarları › İş №3(025)-187/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-187/2022

17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-187/2022 17.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis serjantı X4, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Vəliyyədin oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1998-ci il martın 30-da Qəbələ rayonu, Zərgərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Qəbələ rayonu Zərgərli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 332.4-cü maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Loğman Abdulxalıqovun 02 aprel 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Qəbələ RPŞ-nin DYPB-nin inspektoru İbrahim Seyidov tərəfindən 03 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında AP ******* nömrəli protokolun nəzərə alınması qərara alınmışdır. Beləliklə, Şəxs barəsində Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis serjantı X7 tərəfindən 03 mart 2022-ci il tarixdə tərtib edilmiş AP ******* nömrəli inzibati xəta haqqında protokol 17.05.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, 03 mart 2022-ci il tarixdə saat 13:00 radələrində X1 hüququ olmaqla idarə etdiyi özünə məxsus Opel Astra minik markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman manevr etmə qaydalarını pozaraq avtomobilini qəflətən Zərərçəkmiş şəxs idarəetmə hüququ olmaqla idarə etdiyi Vaz 21074 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxarmış, nəticədə sonuncu avtomobilini qəflətən əyləci basmaqla saxlamış, onun arxası ilə eyni istiqamətdə hərəkətdə olan Şəxs sonuncu avtomobillə araməsafəsi gözləmədən etibarnamə və nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan idarəetdiyi Lada Kalina markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobil Vaz 21074 markalı avtomobili arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi və X8 məxsus 21074 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 600 manat ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis serjantı X7 göstərdi ki, 03 mart 2022-ci il tarixdə saat 13:00 radələrində X1 hüququ olmaqla idarə etdiyi özünə məxsus Opel Astra minik markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olan zaman manevr etmə qaydalarını pozaraq avtomobilini qəflətən Zərərçəkmiş şəxs idarəetmə hüququ olmaqla idarə etdiyi Vaz 21074 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxarmış, nəticədə sonuncu avtomobilini qəflətən əyləci basmaqla saxlamış, onun arxası ilə eyni istiqamətdə hərəkətdə olan Şəxs sonuncu avtomobillə araməsafəsi gözləmədən etibarnamə və nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan idarəetdiyi Lada Kalina markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobil Vaz 21074 markalı avtomobili arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi və X8 məxsus 21074 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 600 manat ziyan vurmuşdur. Belə olub, həmin tarixdə Şəxs barəsində tərəfindən protokol tərtib edilmişdir. Daha sonra Şəxs xəsarət almasa da, xəstəxanaya müraciət etmişdir. Belə olub yenidən araşdırılma başlanılmış, Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Loğman Abdulxalıqovun 02 aprel 2022-ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, tərəfindən 03 mart 2022ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında AP ******* nömrəli protokolun nəzərə alınması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə özünü təqsirli bilib göstərdi ki, 03 mart 2022-ci il tarixdə günorta saatlarında Qəbələ şəhəri H.Əliev prospektində atasına məxsus Lada Kalina markalı, ** VF *** dövlət qeydiyyat nişanlı avtomobillə Zarağan kəndi istiqamətdə hərəkətdə olan zaman qarşısında eyni istiqamətdə hərəkətdə olan Vaz 21074 minik markalı, ** BF *** dövlət qeydiyyat markalı avtomobil çıxdığı üçün sola çıxmış və bu zaman həmin avtomobili arxadan vurmuşdur. Sonradan özünü qismən narahat hiss etdiyi üçün xəstəxanaya müraciət etmiş və ciddi bir xəsarəti olmadığı üçün evə buraxılmışdır. Yol nəqliyyat hadisəsi zamanı sürücülük vəsiqəsi olmamışdır. Halhazırda zərərçəkmişlə barışmış və zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Eyni zamanda müharibə iştirakçısıdır və qazidir. İİİ qrup əlildir və başqa dolanışıq yeri yoxdur. Məhkəmədən bu halların nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, müharibədə iştirak edərək qazi və İİİ qrup əlil olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Şəxs heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirmişdir. İşdə olan Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X2 02 aprel 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına və HK-1/265 saylı materiala baxış keçirilərkən müəyyən olundu: - toplanmış HK-1/265 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Qəbələ RPŞ-nin DYPB-nin inspektoru İbrahim Seyidov tərəfindən 03 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 332.1 və 332.4-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında AP ******* nömrəli protokolun nəzərə alınması qərara alınmışdır. - 30 mart 2022-ci il tarixli, 122 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. İşdə olan Qəbələ rayon Polis şöbəsinin X17 Bölməsinin rəisi, polis mayoru Aydın Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası DİNBDYPİnin X10 Şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. İşdə olan 04.03.2022-ci il tarixli ziyan aktına əsasən “VAZ 2107” minik marklı, **-BF- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə toqquşma nəticəsində dəymiş ziyanının 600 manat təşkil etdiyi müəyyən olunmuşdur. İşdə olan Xüsusi texniki vasitə ilə çıxarılmış qəbzdən görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılarkən onun spirtli içki qəbul etməsi müəyyən edilməmişdir. İşdə olan AB 016730 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 11183” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur. İşdə olan ƏN-Vİİİ 078966 nömrəli etibarnamənin surətindən görünür ki, X9 tərəfindən X3 13.11.2022-ci il tarixədək etibarnamə verilmişdir. İnzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs dinləyərək məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasını nəzərdə tutur. Göründüyü kimi, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 11183” minik markalı, **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində Vaz 21074 markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirdiyindən, onun Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsi və zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 332.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.2-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar