Məhkəmə qərarları › İş №3(025)-189/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-189/2022

18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-189/2022 18.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Zamiq Nadirovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1959-cu ildə Qəbələ rayon, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayon, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10.05.2022-ci il tarixdə saat 16:00 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsində Seydiqışlaq yolunun kənarında Zərərçəkmiş şəxs ünvanına ictimai yerdə uca səslə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, Şəxs 10.05.2022-ci il tarixdə saat 16:00 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsində Seydiqışlaq yolunun kənarında Zərərçəkmiş şəxs ünvanına ictimai yerdə uca səslə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 10 may 2022-ci il tarixdə Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən bazar ərazisində avtobus dayanacağının qarşısında həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında sözlü mübahisə baş verdi. O, bazar yerində olarkən Rac ona yaxınlaşaraq “sən mənim oğlumu və qardaşım oğlumu işlətmisən və pulunu verməmisən” dedi. O isə belə bir şeyin olmadığını bildirirək qeyd etdi ki, uşaqlar həyətdə işi tam yekunlaşdırmamışlar. Gördükləri işə görə isə pulu artıqlaması ilə ödəmişdir. Bundan sonra Rac onun ünvanına nalayiq ifadələr işlətməyə başladı. Rac onun üzərinə gələrkən onu ətrafdakı şəxslər uzaqlaşdırdılar. O, Raca qarşı hər hansı nalayiq ifadə işlətməmişdir. Həmin vaxt bazar yerində olan bütün vətəndaşlar bu hadisənin şahidi olmuşlar. Həmin hadisənin video görüntüsünü çıxartmışdır. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 10.05.2022-ci il tarixdə sərxoş vəziyyətdə olmamışdır, Şəxs ilə aralarında Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən bazar ərazisində mübahisə olmuşdur. Onlar mübahisə edərkən ətrafda vətəndaşlar olmuşdur və mübahisəyə şahidlik etmişdirlər. Onlar orada mübahisə edərkən o, Şəxs qarşı nalayıq ifadə, söyüş söymüşdür. Bu zaman əsəbi olmuş və dediklərinə və hərəkətlərinə nəzarət edə bilməmişdir. O, Şəxs qarşı hər hansı fiziki ağrı yetirməmişdir. Halhazırda törətdiyi əməldən peşmandır. Söz verir ki, bir daha belə hallara yol verməyəcək. Ona qarşı nalayiq ifadə işlədərək, söyüş söyməyinə səbəb oğlu X2 və qardaşı oğlu X1 özünə məxsus bağ sahəsində iş gördürməsi, lakin sonradan onlara gördükləri işə görə məvacibin verilməməsi olmuşdur. Həmin şəxsdə ona qarşı nalayiq ifadələr işlətmiş və təhqir etmişdir. Ona qarşı har hansı fiziki ağrı yetirməmişdir. Aralarındakı mübahisə təxminən 10-15 dəqiqə davam etmişdir. Bu zaman ətrafda onların mübahisəsinə kənar şəxslərdə toplanmışdır. Mübahisə zamanı onları Vüqar adiı şəxs sakitləşdirərək oradan uzaqlaşdırmışdır. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar