Məhkəmə qərarları › İş №3(025)-19/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-19/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-19/2023 11.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanıX2nun, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - xx xxxx 1987-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Ağdaş rayonu Qaradağlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2 və 327.8-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X1 26 noyabr 2022ci il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X2 tərəfindən 20 dekabr 2022-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs tərəfindən İXM-nin 327.2 və 327.8-ci maddələrinin tələbinin pozulması nəticəsində idarə etdiyi “Vaz 21214” minik markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobili aşırması nəticəsində həmin avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X2 göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X7 tərəfindən araşdırılma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 328.2 və 327.8-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPB-nə verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 328.2 və 327.8-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində etibarnamə ilə idarə etdiyi “Vaz 21214” minik markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş-Zarağan yolunun Qəbələ rayon Hacallı kəndindən keçən hissəsində üzü Qəbələ şəhəri istiqamətində saatda təxminən 100 km surətlə hərəkətdə imiş. Həmin vaxt üzü Qəbələ şəhəri istiqamətində olan yolun sağ hərəkət zolağında anidən qarşısına at çıxmış, nəticədə məsafə çox az olduğundan həmin at heyvanı ilə avtomobilinin ön hissəsi toqquşmuş, nəticədə avtomobili aşmış və huşunu itirdiyi üçün toqquşmadan sonrakı hadisələri xatırlamır. Hadisə zamanı avtomobilində ondan başqa sadəcə ön sərnişin oturacağında dostu Elçin Əlkəbərov var imiş. Hadisə zamanı içkili olmamış, avtomobilində hadisənin qarşını almağı məhdudlaşdıran texniki nasazlıq olmamışdır. Elçin Əlkəbərovun da ondan şikayəti yoxdur. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə dostu Şəxs ilə sonuncuya məxsus Vaz 21214 minik markalı, ** TF *** nömrəli avtomobillə Ağdaş-Qəbələ magistral yolunun Hacallı kəndindən keçən hissəsi ilə üzü Qəbələ şəhəri istiqamətində saatda təxminən 100 km sürətlə hərəkətdə imişlər. Həmin vaxt avtomobili Şəhriyar idarə edirmiş. O isə qabaq sərnişin oturacağında olmuşdur. Bu zaman avtomobilin qabaq hissəsi ilə vurmuşdur. Nəticədə avtomobil aşmış və müəyyən qədər məsafə qət etdikdən sonra yolun sağ ehtiyat hissəsində aşmış vəziyyətdə dayanmışdır. Nəticədə həm özü, həm də Şəhriyar müxtəlif dərəcəli xəsarətlər almışlar. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qəbələ RPŞ-nin İstintaq bölməsində Şəxs barəsində toplanmış HK-1/1506 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4-Təcrübi və X3 rayon şöbəsinin 27 sentyabr 2022-ci il tarixli, № 573 saylı MTE-nin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın yumşaq toxumasının əzilmiş-cırılmış yarası, üzün sağ və sol tərəfinin, sağ çiyinin ön səthinin, sağ mil-bilək oynağının bayır tərəfinin sıyrığı kimi xəsarətləri vardır ki, qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 26 sentyabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bildiyi, həmin xəsarətlərin dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan olan sağlamlığa Yüngül zərər vurmanın əlamətlərinə aid olduğu bildirilmişdir. - Materiala əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 3626/K rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs qan nümunəsinin tərkibində etil spirti aşkar edilməmişdir. - Materiala əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs məxsus BD203137 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşiman olmasını, Zərərçəkmiş şəxs heç bir şikayət və tələbinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılanŞəxs ayıq vəziyyətdə etibarnamə əsasında idarə etdiyi “Vaz21214” minik markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmaqla, yəni yolda müəyyən edilmiş hərəkət sürətini 40 km/saat həddində aşmaqla AR İXM-nin 328.2-ci maddəsinin tələblərini, həmçinin əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarını pozması nəticəsində Elçin Əkbərova sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aid bədən xəsarəti yetirdiyinə görə AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 34-cü maddəsinə əsasənbir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar