Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-19/2025 15.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X9 Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1977-ci ildə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Çuxur Qəbələ kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2291540) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində ictimai yerdə uca səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Çuxur Qəbələ kəndində yaşayır və böyrək çatışmazlığından əziyyət çəkir. Himayəsində bir nəfər azyaşlı uşağı vardır və heç bir qazanc yeri yoxdur. Uzun müddət Ukrainada yaşamış, iki ay bundan qabaq Azərbaycana qayıtmış və ailənin gündəlik təlabatını ödəməkdən ötrü həyətində olan dörd ədəd qoz ağacını kəsərək satmışdır. xx.xx.2025-ci il tarixdə ağac kəsilməsi faktı ilə avtopatrulda xidmət edən polis əməkdaşları tərəfindən saxlanılaraq Qəbələ RPŞ-nə gətirilmişdir. Ağır həyat şəratində yaşadığından barəsində hər hansı tədbirin görülməsinə etiraz edərək şöbəyə daxil olarkən özünün və ağacı əkənin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmin vaxt sahə rəisi və NBM-də olan əməkdaşlar onunla profilaktiki söhbətlər aparsalar da o, əsəbi olduğu üçün özünü idarə edə bilməmişdir. Etdiyi əməldan peşmandır. İş üzrə şahid X2 göstərmişdir ki, o, Qəbələ RPŞ İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə İTB-nin polis sahə nəfəri, polis baş serjantı Rəcəb Babaşovla xidməti ərazisi olan Qəbələ rayonu, Çuxur Qəbələ kəndində xidmətdə olan zaman Çuxur Qəbələ kənd sakini Şəxs bələdiyyə ərazisində olan torpaq sahəsindən 4 ədəd yaş kök üzərində olan irigövdəli qoz ağaclarını kəsməsi barədə məlumat almış və həmin şəxsin yaşadığı ünvana gedib ondan ağac kəsilən əraziyə aid rəsmi sənədlərinin olub-olmamasını soruşmuşdur. Teymur onlara hər hansı rəsmi sənəd təqdim etməmişdir. Söhbət zamanı nəfəsindən kəskin spirt qoxusu gəldiyi üçün Teymurdan sərxoş olub-olmadığı soruşulmuş, o, spirtli içki qəbul etdiyini, lakin sərxoş olmadığını bildirmişdir. Bundan sonra Şəxs aşkar edilən ağac kəsmə faktı üzrə izahat verməkdən ötrü Qəbələ RPŞ-nə gətirilmişdir. Qəbələ RPŞ-nin n Nəzarət-Buraxılış Məntəqəsinin qarşısında avtomobildən düşərkən Teymur “mən Ukraynada olduğum müddətdə avtoritet həyatı yaşamışam, sözüm hər yerdə keçib, siz kimsiz ki məni şöbəyə aparıb izahatımı alırsız, mənə heç kim heçnə deyə bilməz” deyərək uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. O, NBM-də xidmətdə olan PPXB-nin polis nəfərləri polis serjantı Niyaz Bayramov və Nail Qəribovla birlikdə ona NBM-nin yolun hərəkət hissəsinə yaxın məsafədə yerləşdiyini bildirmiş və ondan uca səslə söyüş söyüb ətrafda olan insanların diqqətini özünə cəlb etməməyi tələb etsələr də, Şəxs hərəkətlərinə davam edib ictimai qaydanı kobud şəkildə pozmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli 022615 nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30-da AR İXM-nin 510-cu maddəsi ilə tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli 5 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs sərxoşluq aşkar edilməmişdir.( 0,01pr.m) AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2000-ci il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüddlü X3 adında uşaqları vardır. Şəxs himayəsində bir nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuiyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-19/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-19/2025
15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver