Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-193/2024 03.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon prokurorluğunun müstəntiqi X1, barəsində inzibati icraat aparılan şəxs Şəxsiştirakları ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materialaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ rayon prokurorluğu tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə olan inzibati material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Qəbələ rayon Prokurorluğundan daxil olmuş materialda göstərilir ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx) xx.xx.2023-cü il tarixdə vəziyyətdə VAZ saat 16 radələrində mülkiyyətində olan, idarəetmə hüququ olmaqla sərxoş 2107 minik markalı ** LZ *** dövlət nömrə nişanlı avtomobili idarə etmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Bununla da 22aprel 2024-cü il tarixdə “inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə” qərar qəbul olunmuşdur. Məhkəmə iclasında Qəbələ rayon prokurorluğunun müstəntiqi X2 göstərdi ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx) xx.xx.2023-cü il tarixdə vəziyyətdə VAZ saat 16 radələrində mülkiyyətində olan, idarəetmə hüququ olmaqla sərxoş 2107 minik markalı ** LZ *** dövlət nömrə nişanlı avtomobili idarə etmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Belə ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına səbəb 29 mart 2024-cü il tarixli ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş sübtuların qiymətləndirilməsi haqqında qəra olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas Azərbaycan Respublikas İXM-nin 333.1 -ci məddəsi ilə nəzərdə tutulmuş xətanın əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır.xx.xx.2024-cü il tarixli, 03ixm/24 nömrəli İzahat (İX materialı) protokoldan görünür ki, Şəxs avtomobili içkili vəziyyətdə idarə etməsini etiraf etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixində özünə məxsus “VAZ 2107” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etmişdir. Etdiyi əməldən çox peşmandır. Nəqliyyat vasitəsini idarə etməklə ailəsini dolandırmaq onun yeganə dolanışıq mənbəyidir. Məhkəmədən cərimə olunmasını xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olanQəbələ rayon prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşunas X1 29 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki: - Cinayət işinin istintaq materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 414 və 415 nömrəli protokollardan görünür ki, təqsirləndiirlən şəxs Şəxs hadisə baş verən zaman orta dərəcəli alkoqol sərxoşluğu, təqsirləndirilən şəxs X3 isə yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşlar. - Şəxs izahatında özünə məxsus olan “VAZ 2107” minik markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş halda idarə etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.4-cü bəndinə əsasən “xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir”. Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsinə əsasən, Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin maddənin qeyd hissəsinə əsasənxüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənövündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 27, 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 400 (dörd yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-193/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-193/2024
03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver