Məhkəmə qərarları › İş №3(025)-195/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-195/2023

25.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-195/2023 25.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Oğuz rayonunda anadan olmuş, Oğuz rayonu, Qumlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Hacıalılı kəndində ictimai yerdə ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X1 Sevinc Xanlar qızının Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis baş leytenantı X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Hacıalılı kəndində ictimai yerdə ictimai qaydanı pozmuş, xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Zirink kənində bacısı Məlahətin yanına getmişdir. Bacısı ilə birlikdə Zirink kəndində həmin kənd sakini Qafar adlı şəxslə rastlaşmışdır. Qafar taksi tutmuşdur. Onunla birlikdə Qəbələ rayon Hacallı kəndində Ulduz marketin yanında avtomobildən düşmüşdülər. Hacallı kəndində çayxanada oturub çay sonra isə bacısı Məlahət və Qafarla piyvə içmişdilər. Sonra yola çıxıblar. Məlahət və Qafardan ayrılıb üzü Zarağan tərəfə yoldan yuxan gedirdi. Yolda səs küy eşidildi və Qafarla bacısının yanına qayıdıb. Qafar ona telefonunun itdiyini, buna görə onun telefonunu istəyib ki 102 xidmətinə zəng eləsin. Qafar onun telefonu ilə “102” xidmətinə zəng etib. Sərxoş olduğundan yolun hərəkət hissəsi ilə hərəkət edirdi. Hərəkətdə olan avtomobilləri saxladıb. Səs-küy salıb digər şəxslərin narahatçılığına səbəb olub. Orada nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində iş yerində olarkən yolda səs-küy gəldiyini eşitmişdir. İnzibati binadan çıxaraq səs-küy olan tərəfə yaxınlaşmışdır. Orada çoxlu sayda vətəndaşlar toplaşdığını görmüşdir. Bu zaman yolun hərəkət hissəsində üç nəfər şəxsin olduğunu və magistiral yolun hərəkət hissəsində dayanaraq yolu kəsdiklərini, yol hərəkətində iştirak edən avtomobillərin sürücülərini səbəbsiz dayandıraraq təhqir etdiklərini, özlərini avtomobillərin qarşısına atdıqlarını, həm özləri, həm də yol hərəkətində iştirak edən digər şəxslərin həyat və sağlamlığına təhlükə yaratdıqlarını, ətrafda olan şəxsəri təhqir etdiklərini və nalayiq hərəkətlər etdiklərini müşahidə etmişdir. Onlara yaxınlaşaraq onları oradan uzaqlaşdırmaq istəmiş, lakin onlar ona məhəl qoymayaraq, onu və oraya toplaşanları uca səslə nalayiq ifadələrlə təhqir etdilər. Daha sonra baş vermiş hadisə barədə polisə məlumat vermiş, polis əməkdaşları oraya yaxınlaşdıqdada onlar hərəkətlərini davam etdirirdilər. Daha sonra onlar oradan uzaqlaşdılar. Məhkəmə iclasında şahid X7 şahid X4 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən tərtib edilmiş 25 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnu məhkəmə baxışı dövründə hüquqlarını 2 saat 30 qəqiqə müddətində müdafiə etmişdir. Odur ki, Şəxs göstərilmiş 2 saat 30 dəqiqə hüquqi xidmətə görə Vəkil 15 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (yüz) manat məbləğində cərimə edilsin. Şəxs göstərilmiş 2 saat 30 dəqiqə hüquqi xidmətə görə Vəkil 15 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar