Məhkəmə qərarları › İş №3(025)-196/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-196/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-196/2021 01.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Ayşən Əfqan qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonunda anadan olmuş, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 xx.xx.2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 protokolu müdafiə edərək ilkin olaraq bildirmişdir ki, tərəfindən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunarkən, mexaniki (texniki) səhvə yol vermiş, “Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3595/2015 saylı, xx xxxx 2015-ci il tarixli icra vərəqəsi” əvəzinə “Qəbələ Rayon Məhkəməsinin 2(010)-1272/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi” protokolda qeyd olunmuşdur. Məhkəməyə bunun mexaniki (texniki) səhv olduğunu bildirərək, inzibati icraat qaydasında işə baxılarkən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3595/2015 saylı, xx xxxx 2015ci il tarixli icra vərəqəsinin nəzərə alınmasını xahiş etmişdir. Daha sonra, göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3595/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin və əlavə xərcin miqdarı artırılmış, cavabdeh Şəxs xx.xx.2006-cı il tarixdə anadan olmuş X2 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X1 üçün iddiaçı Zərərçəkmiş şəxs xeyrinə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq uşaqlar yetkinlik yaşına çatanadək hər ay hər uşağa 108 (yüz səkkiz) manat, cəmi 216 (iki yüz on altı) manat sabit pul məbləğində aliment və hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində əlavə xərc olmaqla, cəmi 416 (dörd yüz on altı) manat məbləğində pul tutulması qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarında göstərilən aliment məbləğini tam şəkildə ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Şəxs əvvəllər yığılmış aliment borcu səbəbindən daha əvvəl cinayət məsuliyyətinə cəlb edilmiş, bir müddət sonra şərti azadlığa buraxılmışdır. Borclunun qərəzli şəkildə aliment borcunu ödəməməsi səbəbindən barəsində xx.xx.2018-ci il tarixdə CM-nin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə təqdimat verilmişdir. Cinayət məsuliyyətinə cəlb olunması barədə təqdimat verildiyi tarixdən bu günə kimi Şəxs 13490 manat borcu vardır. Borclu qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınır. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən məhkəmə aktını tam icra etməməyinin səbəbi hal-hazırda maddi vəziyyətinin olduqca ağır olmasıdır. Halhazırda mənzil-komunnal istismar sahəsində təmizlik işçisi olaraq işləyir. Qazandığı əmək haqqının 70 faizi aliment borcu üçün tutulur. İmkanı olduğu təqdirdə, az miqdarda olsa da, uşaqları üçün aliment ödəyir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Şəxs ilə 2005-ci ildə faktiki nikaha daxil olmuşdur. Bu nikahdan 2006-ci il təvəllüdlü oğlu X5 və 2007-ci il təvəllüdlü oğlu X6 doğulub. Nurlanın ailəyə baxımsızlığı, evindən ona məxsus zinət əşyalarını oğurlanması, bir çoxlarını aldadıb pul alıb qaytarmaması, məcbur qalıb özü qaytarmış və onun kişiyə məxsus olmayan hərəkətlərini görüb ondan ayrılmışdır. Aliment tələbi ilə bağlı onun xeyrinə Suraxanı rayon məhkəməsinin qərarına əsasən 2 uşağın saxlanılması ilə bağlı alimemt təyin edulib. Alimentin məbləği onun tələbinə əsasən bir neçə dəfə artırılıb. Aliment təyin ediləndən bu günə kimi K.Nurlan alimentin icrasından yayınmaq məqsədi ilə ona qarşı qanunsuz və cinayət əməllərinə əl atıb. K.Nurlan heç bir təhsili olmadan özünə şəxsi psixologiya mərkəzi tədris kursları yaradaraq həmin şirkətin təsisçisi direktoru, psixoloq və psixoteropevti kimi fəaliyyət göstərib. Nurlan eləcə də, falçı müğənni və xalq artisti Faiq Ağayevin və bir çox tanınmış müğənnilərin produseri kimi fəaliyyət göstərdiyi halda Nurlan respublikanın bütün bölgələrindən az əmək haqqı olan iş yerlərindən hətta mövcud olmayan şirkətlərdən saxta arayışları icra şöbəsinə təqdim edərək alimentin icrasından yayınmağa nail olub. Nurlan dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb edilib. Balalarına aliment ödəməmək məqsədi ilə atalığ qeydlərinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət edərək guya uşaqların ondan olmadiğını iddia etsədə məhkəmə tərəfindən 6 dəfə təyin edilmiş DNT analizindən əsassız bəhanələrlə yayınıb. Buna əsasən də məhkəmə iddiasını təmin etməyib. Buna baxmayaraq təkrarən KİV-ilə barəmdə həqiqəti əks etdirməyən əxlaqsız ifadələr işlədərək şərəf və ləyaqətimi alçaldıb. DNT analizinə gəlmədiyi halda guya ekspertiza üçün 2000 manat pul köçürüb lakin mənim ekspertizaya gəlmədiyim üçün polis axtarışında olduğumu və mənim şizofrenik olduğumu bildirib .(İnternetdən çıxarışları əlavə edirəm) Halbu ki dəlixanalarda yatanda özü olub. Hətta Nurlan və anası Şəfəq alimentdən imtina etməyi məqsədi ilə onu şərləmiş və həbsinə nail olmağa çalışmışlar. Şəxs Bakıda doğulub və daimi Bakı qeydiyyatında olaraq Bakıda yaşayıb, lakin onun barəsində açılan cinayət işinə əsasən o cinayət məsuliyyətindən və alimentin icrasından yayınmaq məqsədi ilə Qəbələyə qeydiyyata düşüb. Nurlan hal-hazırda da bakıda yaşayır. Şəxs Bakı Apellyasiya məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərarına əsasən onun xeyrinə sabit pul qismində təyin edilmiş 416 manat alimenti ödəməmiş və həmin qərar bu günə kimi icra edilməmiş saxlanılmaqdadır. Buna əsasən də onun faktiki borcu 30000 manat təşkil edir. K.Nurlan zibil daşıyan işləmədiyi halda yenidən saxta arayışı əldə etməyə nail olub. Bu günə kimi ona göndərilən qəpik-quruş pul Nurlanın adından və anasının adından göndərilib və onu əmək haqqından tutulmayıb. Nurlan avqust ayından zibil boşaldan guya içlədiyi bildirilsə də, alimentin icrası fevral ayında guya onun əmək haqqına yönəldilib, lakin onun əmək haqqindan pul tutulmayıb. Maddi imkanları olduqca ağırdir, 3-cü qrup əlildir, ağır eşitməyi səbəbindən ixtisasca müəllimə olsa da heç yerdə işləyə bilmir. Nurlanın maddi imkanları yaxşı olduğu halda balalarına qəsdən aliment ödəmir. Uşaqlarını çox çətin və ağır şəraitdə saxlayır. Bu gün onları nəzarətsiz qoyub maddi problemlərlə bura gəlmişdir. Ədalətli qərar edərək uşaqlarının hüquq və maraqlarını daha üstün tutaraq Nurlanı laiq olduğu məsuliyyətə cəlb ediləcəyinə ümüd edir və bu səsəbdən də yuxarıda göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində inzibati qaydada məsuliyyətə cəlb edilməsini və bir ay müddətinə həbs seçilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır və o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar