Məhkəmə qərarları › İş №3(025)-197/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-197/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-197/2023 26.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mahmudov Elvı̇ n İlham oğlunun və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan Mahmudov Elvı̇ n İlham oğlunun barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qəbələ Rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs 2023-cü ilin mart ayında Qəbələ şəhərində Zərərçəkmiş şəxs aldadadraq 250 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bu barədə Qəbələ Rayon Polis Şöbəsi tərəfindən 26 aprel 2023-cü tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X4 izahatında göstərdi ki, Qəbələ rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı Cavidan Əhmədli tərəfindən aparılmış təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs qarşı törədilmiş dələduzluq əməlində inzibati xətanın tərkibi müəyyən edilmişdir. Təhqiqat zamanı həmin dələduzluq əməlinin Şəxs tərəfindən törədildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, təxminən bir ay əvvəl tanışı taksi sürücüsü Elvin adlı şəxsə zəng edərək “Şok” marketdə 250 manat ona çatacaq pul var onu götür ona ver, o özü Bunud kəndindədir demişdir. Bir qədər sonra Elvin marketdən ona zəng etdi, o Elvinə “telefonu satıcı işləyən Şəbnəm adlı qadına ver onunla danışım” demişdir. Şəbnəmə sənin yanında olan oğlana 250 manat pul ver, onun ona verəcəyivar, o özü taladadır, pul üzərimdədir, bir saata gətirib pulunu verəcəyini bildirmişdir. Şəbnəm ona pulu yoxdur deyəndə ona kassadan ver qaytaraq demişdir. O da 250 manat pulu Elvinə verdi. Təxminən 1 saat sonra Eıvindən pulu Vəndam qəsəbəsində 2 saylı məktəbin yanında götürmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Vəndam qəsəbəsindəki Şok marketdə satıcı-kassir işləyir. Şəxs tanıyır, o Vəndam qəsəbə sakinidir. Elvin o işlədiyi marketdən mütəmadi olaraq alış-veriş edir. Təxminən 1 ay bundan əvvəl səhər saatlarında işlədiyi mağazaya bir nəfər adını bilmədiyi Vəndam qəsəbə sakini gələrək mobil telefonunu ona uzatmış və al telefonla danış demişdir. Ondan telefonu götürərək kim olduğunu soruşmuş, ona Elvin olduğunu, sənin yanında olan oğlana 250 manat pul ver, onun ona verəcəyi var, o özü taladadır, pul üzərindədir, bir saata gətirib pulunu verircək demişdir. Elvinə pulu yoxdur demiş, Elvin isə ona “kassadan ver qaytaracam deyə” cavab vermişdir. Elvinin işlədiyi marketdən mütəmadi olaraq alış veriş etdiyinə, əlində həmişə 100 manatlıq pullar olduğuna görə inanıb yanına gələn şəxsə 250 manat pulu kassadan vermişdir. Nahar fasiləsi evdə olan zaman Elvin 051 *** ** ** saylı mobil nömrəsindən ona zəng edərək üzərində olan pulu itirdiyini bildirmiş və sabaha kimi ona vaxt verməsini xahiş etmişdir. Ona növbəti günə kimi vaxt vermiş, evdən özünün pulundan 250 manat götürərək işə qayıdan zaman kassaya qoymuşdur. Növbəti gün ona zəng edərək pulu verməsini bildirmiş, o da sabah verəcəm demişdir. O bu cür bəhanələri dəfələrlə etmiş və pulunu qaytarmamışdır. Belə olub onun evinə getmiş, atasına bu barədə bildirmiş, o da polisə şikayət etmişdir. Məhkəmə iclasında müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibаti Хətаlаr Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 3 saat müddətində müdafiə etmişdir. Odur ki, Şəxs göstərilmiş 3 saat hüquqi xidmətə görə Vəkil 18 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mahmudov Elvı̇ n İlham oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 02(iki) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 26 aprel 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Mahmudov Elvı̇ n İlham oğluna göstərilmiş 3 saat hüquqi xidmətə görə Vəkil 18 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: imza var Elman İsayev Əli ilə düzdür Hakim : Elman İsayev Azərbaycan Respublikası Qəbələ Rayon Məhkəməsi AZ-3600 Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi 58 Tel : ***-***-**-** Cavab verərkən bizim N:-yə istinad edin İş № 3(025)-197/2023 26 aprel 2023-cü il Qəbələ rayon Polis Şöbəsinin rəisi, polis polkovniki cənab Nadir Məmmədova Hörmətli Nadir müəllim! Qəbələ Rayon Məhkəməsinin Mahmudov Elvı̇ n İlham oğlunun barəsində olan 26 aprel 2023-cü il tarixli, 3(025)-197/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarın surəti icra olunması üçün Sizə gönərilir. Qoşma: qərarın surəti. Hörmətlə, Hakim Elman İsayev İş № 3(025)-365/2022 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ 19 avqust 2022-ci il Qəbələ şəhəri Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X10, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 və müdafiəçisi X3 iştirakları ilə, X6 barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxılır İclas saat 14:40-da açıldı. Sədrlik edən məhkəmə iclasını açaraq, baxılacaq işi elan edir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs, inzibati protokolu tərtib edən şəxs və zərərçəkmiş şəxs məhkəmə iclasına gəlmişlər. Sədrlik edən gəlmiş şəxslərin şəxsiyyətini və səlahiyyətlərini müəyyən edir. İnzibati protokolu tərtib edən şəxs: X16 – xx.xx.1987-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı, İsmayıllı rayonu, Soltankənd kəndində qeydiyyatda olan və yaşayan. Barəsində inzibati qaydada icraat aparılan şəxs: X11 – xx.xx.2001-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsili, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan. Zərərçəkmiş şəxs: X12 -xx.xx.1990-cı ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, işləməyən, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan. Sədrlik edən hakimi və katibi elan edir. Hakim - İsayev Elman Bəhruz oğlu, X23 Kamran qızı Sədrlik edən hakimə və katibə etirazın olub-olmamasını soruşur. Etiraz daxil olmadı. Sədrlik edən C.G.Aslanova onun Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdi. S/C- C.G.Aslanov: izah olunmuş hüquq və vəzifələrim mənə aydındır, vəsatətim və etirazlarım yoxdur. S/C- C.G.Aslanov: bəli, hüquqlarımın müdafiə etmək üçün vəkillə təmin olunmağımı istəyirəm. S/C- C.G.Aslanov: maddi vəziyyətim imkan vermir ki, özümə vəkil tutum. Ona görə də məhkəmədən xahiş edirəm ki, məni dövlət hesabına vəkillə təmin edəsiniz. Sədrlik edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X8 hüquqlarını Qəbələ rayon Vəkil Bürosunun vəkili X3 müdafiə edəcəyini bildirdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X14 müdafiəçi X9 tərəfindən onun hüquqlarının müdafiə olunmasına etiraz etmir. Vəkil X9, xx.xx.2022-ci il tarixli 60 saylı orderini məhkəməyə təqdim etdi. Məhkəmə yerində müşavirə edərək qərara aldı: Qəbələ rayon Vəkil Bürosunun vəkili X9 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 müdafiəçisi qismində hazırki işə buraxılsın. Sədrlik edən müdafiəçidən iş materialları ilə tanış olub-olmamasını soruşur. Müdafiəçi F.A.Osmanov: iş materialları ilə tanış olmuşam. Sədrlik edən işə baxan hakimi və məhkəmə iclasının katibini elan etdi. Sədrlik edən-hakim: Hakim İsayev Elman Bəhruz oğlu. Məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızı. Sədrlik edən müdafiəçidən işə baxan hakimə, məhkəmə iclasının katibinə etiraz etmək hüququnun olduğunu elan etdi. Vəkil F.A.Osmanov: etirazım yoxdur. S/C Sədrlik edən-vəkil F.A.Osmanov: sübutlarım, vəsatətim və etirazlarım yoxdur. Sədrlik edən protokolu tərtib edən şəxsə və zərərçəkmiş şəxsə hüquq və vəzifələrini izah edir. Sədrlik edənin s/c olaraq protokolu tərtib edən şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edənin s/c olaraq zərərçəkmiş şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Sədrlik edənin s/c olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən etiraz və vəsatətlərinin olub – olmamasını soruşur. Etiraz və vəsatət daxil olmadı. Sədrlik edən izahat vermək üçün inzibati protokolu tərtib edən şəxsə söz verir. İnzibati protokolu tərtib edən şəxs X17 izahatı: Möhtərəm Hakim! Bildirirəm ki, Qəbələ rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı polis leytenantl Toğrul Aslanlı tərəfindən aparılmış təhqiqat araşdırması zamanı X8 qarşı törədilmiş oğurluq əməlində inzibati xətanın tərkibi müəyyən edilmişdir. Təhqiqat zamanı həmin oğurluq əməlinin X11 tərəfindən törədildiyi müəyyən olunmuşdur. Əlavə suallar daxil olmadı. Sədrlik edən izahat vermək üçün barəsində inzibati qaydada icraat aparılan şəxsə söz verir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X6 izahatı: Möhtərəm hakim, mən törətdiyim inzibati xətada özümü təqsirli bilirəm. X12 mənim yeznəmdir, həmin şəxsin vaz 2107 markalı nəqliyyat vasitəsi var. Təxminən 1 ay bundan qabaq X5 qardaşı X7 yaşadığı ünvana işləməyə, onlara kömək etməyə getmişdim. Orada yeznəmin nəqliyyat vasitəsinin motorxana hissəsindən bir ədəd tramblyor adlanan nəqliyyat vasitəsinin ehtiyyat hissəsini götürmüşəm. Tramblyoru götürüb özümə məxsus olan vaz 2106 markalı nəqliyyat vasitəsinə yerləşdirmişəm. xx.xx.2022-ci il tarixdə Qadir Alxasov qardaşı Alxasov Əggahın maşınını onun maşınının təmir etdirdiyi yerə gətirəndə nəqliyyat vasitəsinin motorxana hissəsində oğurladığı tramblyoru görmüş, daha sonra mənim barəmdə Qəbələ Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Əməlimdən peşimanam, oğurladığım tramblyoru qaytarılmasına və ya təzəsilə əvəz edilməsinə və ya dəymiş maddi ziyanın ödənilməsinə hazıram. Əlavə suallar daxil olmadı. Sədrlik edən izahat vermək üçün zərərçəkmiş şəxsə söz verir: Zərərçəkmiş şəxs X5 izahatı: Bildirirəm ki, X11 mənim qaynımdır. Mənim özümə məxsus olan vaz 2107 markalı **- RP-*** dövlət qeydiyyat nişanlı, göy rəngli nəqliyyat vasitəm var. Avtomobili həyətim balaca olduğu üçün qardaşım X7 Qəbələ rayon Nic qəsəbəsində yerləşən ünvanında saxlayıram. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində qardaşım mənə zəng edərək mənə məxsus olan nəqliyyat vasitəsinin tramblyor adlanan ehtiyyat hissəsinin yerində olmadığını bildirdi, həmin vaxtda dərhal oraya getmişəm. Qardaşımdan qohumların girib-girməyəcəyi və şübhələndiyim şəxslərin olub-olmaması barədə məlumat almışam, lakin, qardaşım ilə tramblyoru oğurlayan şəxsin kimliyini müəyyənləşdirə bilməmişəm. xx.xx.2022-ci il tarixdə qardaşım mənə məlumat verərək öz nəqliyyat vasitəsini Qəbələ rayonu, Nic qəsəbəsində yerləşən nəqliyyat vasitəsinə baxan bir nəfər şəxsin yanına gedib yoxlatdığını, orada qaynım Nic qəsəbə sakini X6 da olduğunu, həmin şəxsin özünə məxsus olan vaz 2106 markalı nəqliyyat vasitəsi yoxlatdırmağa gətirmiş, əvvəlcə qardaşının öz nəqliyyat vasitəsini yoxlatdığını, daha sonra Cahangirin nəqliyyat vasitəsi yoxlanıldıqda isə onun maşının motorxanasında ona məxsus tramblyorun eynisinin olduğunu bildirmişdir. Həmin gün qeyd olunan usta Nic qəsəbə sakini Dəmirov Xəqaninin ünvanına getdiyini, ona tramblyor lazım olduğunu bildirmiş, Xaqani Dəmirovun ona “məndə var ancaq köhnə tramblyordu”, demişdir. Qaynım Cahangirdə tramblyor olduğunu, haradansa atlb gətirdiyini, öz maşınına yerləşdirmək istəmiş, lakin, düz gəlmədiyindən tramblyorun üst qisminin maşına yerləşdirsə də, alt qismini yerləşdirə bilməmişdir. Buna görə də tam əmin oldu ki, mənə məxsus olan tramblyoru qaynım X11 oğurlamışdır. xx.xx.2022-ci il tarxdə ərizə yazmaq üçün Qəbələ RPŞ-yə gəldikdə Cahangir Aslanovun həmin oğurluq əməlini etdiyini etiraf etmiş, mənə 35 (otuz beş) manat miqdarında maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın tələb etmirəm, X11 barəsində daha ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş edirəm. Əlavə suallar daxil olmadı. Sədrlik edən iş üzrə sənədləri elan edir və elan olunmuş sənədlərə qarşı etirazların olub – olmamasını soruşur. Elan olunmuş sənədlərə qarşı etirazlar olmadı. Çıxış üçün tərəflərə söz verilir. - İnzibati xəta törədən şəxs X6 çıxışı: Barəmdə ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edirəm. - X1 çıxışı: inzibati xəta haqqında iş üzrə icraat aparılan X11 barəsində daha yüngül inazibati tənbeh növünün təyin edilməsini xahiş edirəm. - Zərərçəkmiş şəxs X5 çıxışı: İnzibati xəta törədən şəxsin inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş edirəm. Çıxışlar başa çatdı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir və izah edir. Qərardan şikayət vermə müddəti və qaydası, habelə protokolla tanış olmaq və ona dair qeydlər vermək hüququ izah olunur. Məhkəmə iclası bağlı elan olunur. Məhkəmə iclas protokolu 19 avqust 2022-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: Məhkəmə iclas katibi:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar