Məhkəmə qərarları › İş №3(025)-198/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-198/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-198/2022 10.08.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki regional ərazi şöbəsinin daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli, 18 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsinin 3(025)-198/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilmiş, Şəxs MMC barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki regional ərazi şöbəsi apellyasiya şikayəti ilə məhkəməyə müraciə edərək Qəbələ Rayon Məhkəməsinin 3(025)-198/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. X2 3(107)-210/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 3(025)-198/2022 saylı xx.xx.2022-ci nömrəli qərarı ləğv edilərək, inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılmışdır. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC AR-nın Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bəxbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə ******* nömrəli 18 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir.. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə1 izahatında göstərdi ki, Şəxs MMC-nin AR-nın Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bəxbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməməsi müəyyən edilmişdir. Şəxs MMC barəsində ******* nömrəli 18 may 2022-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunmasından ötrü Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X7 izahatında göstərmişdir ki, o, Şəxs MMC-nin direktorudur. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki regional ərazi şöbəsinin İnzibati tənbeh vermə haqqında ******* nömrəli, 25 may 2022-ci il tarixli qərarına əsasən İXM-nin 469.2-ci maddəsinə əsasən 1500 manat cərimə edilmişdir. Həmin cərimə məbləğini isə ödəmişdir. Cərimə olunmasına səbəb isə işəgötürən olaraq onun qanunvericiliyi bilməməsi olmuşdur. Qanunvericiliyin tələbləri ona izah edildikdən sonra, yəni barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edikdən sonra həmin pozuntunu dərhal aradan qaldırmışdır. Belə ki, AR-nın Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bəxbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmiş, bununla bağlı 416,4 manat sığorta ödənişi etmişdir və bu barədə qəbzi məhkəməyə təqdim etmişdir. Eyni pozuntuya görə həm Şəxs MMC-nin direktoru kimi onun, həm də Şəxs MMC barəsində protokol tərtib edilmişdir. Hesab edir ki, bu düzgün olmamaqla yanaşı, eyni zamanda ədalətsizlikdir. Çünki o, Şəxs MMC-nin tək təsisçisidir. Şəxs MMC-nin nizamnamə kapitalındakı pay yalnız ona məxsusdur. Yəni dolaylı olaraq cərimə olunduğu təqdirdə hər iki cərimə məbləği ondan ödəniləcəkdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə olan sənədləri tədqiq edib, qanunun aşağıda qeyd olunan tələblərinə əsaslanaraq hesab edir ki, inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Şəxs MMC-nə ünvanlanmış 12 may 2022-ci il tarixli, **********5 nömrəli bildirişdən görünür ki, müvafiq dövlət orqanlarının elektron informasiya sistemləri ilə “Əmək müqaviləsi bildirişi” altsisteminin müqayisəli təhlilləri nəticəsində Şəxs MMC-nin bir neçə işçi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmadığı və əməllərində inzibati xəta əlamətlərinin olmasının müəyyən edildiyi, bu səbəbdən həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 18 may 2022-ci il tarixdə saat 12:00-da X9 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə dəvət olunmuşdur - Şəxs MMC-nin direktoru X7 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki regional ərazi şöbəsinə verilmiş 18 may 2022-ci il tarixli izahatdan görünür ki, Rövşən Ramazanov Şəxs MMC-də çalışan işçilərin hal-hazıradək, yəni 18 may 2022-ci il tarixədək istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətin itirilməsi hallarından icbari sığorta edilmədiyini, bunun səbəbi isə işəgötürən olaraq onun qanunvericiliyi bilməməsi səbəbi olduğunu göstərmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki regional ərazi şöbəsinin İnzibati tənbeh vermə haqqında ******* nömrəli, 25 may 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi vəzifəsini icra edən B.X1 barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. - xx.xx.2022-ci il tarixli 149OPX********** nömrəli rekvizitinsurətindən görünür ki, Şəxs MMCnin hesabından 1500 (bir min beş yüz) manat cərimə X6 hesabına ödənilmişdir. - Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmış «Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarış»ın surətindən görünür ki, Şəxs MMC dövlət qeydiyyatı VÖEN ********** olmaqla, hüquqi ünvanı Qəbələ şəhəri, Heydər Əliyev pr, ev 6B ünvanı təşkil etməklə, təsisçisi X4r. Çıxarış xx.xx.2021-ci il tarixdə **********234500 nömrə ilə verilmişdir. - “Əmək müqaviləsi bildirişi” altsisteminin çıxarışından görünür ki, Şəxs MMC-nin VÖEN-nin sonuncu yoxlama və bildirişin sistemə daxil edilmə vaxtı xx.xx.2020 və xx.xx.2022-ci il tarixləri əhatə edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda Bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən istehsalat dedikdə fiziki şəxsin işləri, xidmətləri haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi işin materialları ilə tam sübuta yetirilir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırda inzibati xətanın törədildiyi gündən artıq 3 ay müddət keçmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş əməl törədilsə də, müddətin keçməsi ilə bağlı, inzibati məsuliyyətdən azad edilməli və hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu diqqətəlayiq bir məqamı da göstərməyi lazım bilir. Qanunverici inzibati tənbehin tətbiqinin müddətini müəyyən edərkən ilk növbədə inzibati xətanın aşkar edilməsi və müvafiq icraatın aparılması meyarlarından çıxış edir. Digər tərəfdən, inzibati tənbeh vermə müddətinin üç ay müəyyən edilməsi onunla izah olunur ki, qanunverici “prosessual qənaət” prinsipinə əsaslanaraq məhkəmə prosesinin əsassız olaraq uzadılmasının qarşısını almış olur. Belə yanaşma işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Həmçinin, X5 111.1-ci maddəsinə uyğun olaraq, inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar üzrə işlərin məhkəmələr tərəfindən baxılmasına dair özünün əvvəlki hüquqi mövqeyinə əsaslanaraq qeyd edir ki, inzibati xətalara dair işlərə sadələşdirilmiş qaydada baxılmasını, inzibati xəta törətmiş şəxs barəsində qanunvericiliyin tələbinə görə yalnız üç ay müddətində inzibati tənbehin verilməsinin mümkünlüyünü və tərtib edilmiş materialların tamamlanmasının bilavasitə onların da vəzifəsinə aid edildiyini nəzərə alaraq, məhkəmələr daxil olmuş materiallara qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən olunmuş müddətlər çərçivəsində obyektiv və qərəzsiz baxmalıdırlar. İş materiallarından görünür ki, Şəxs MMC xx.xx.2019-cu ildə təsis edilmiş, cəmiyyət təsis edildiyi gündən işə götürülən şəxslərin icbari sığortası həyata keçirilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki-Zaatala regional ərazi şöbəsi tərəfindən verilmiş sistem məlumatlarından çıxarışdan görünür ki, Şəxs MMC-nin VÖEN-nin sonuncu yoxlama və bildirişin sistemə daxil edilmə vaxtı xx.xx.2020 və xx.xx.2022-ci il tarixləri əhatə edir. Buna baxmayaraq, inzibati orqan tərəfindən yalnız xx.xx.2022-ci il tarixdə “Əmək müqaviləsi bildirişi” altsistemində sorğu edilən məlumatları yeniləyir, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə Şəxs MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 40, 43, 48-51, 53, 61, 106-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və Şəxs MMC inzibati məsuliyyətdən azad edilməklə barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən tərtib olunmuş MN seriyalı, ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh vermə müddəti keçdiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar