Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-198/2023 28.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1960-ci il aprelin 11-də Qəbələ rayonu Həmzəlli kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Həmzəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Emil Niyazovun 08 aprel 2023-cü il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü materialın aidiyyəti üzrə Qəbələ RPŞ-nin DYPBnə verilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ rayon Polis şöbəsinin DYPB İTÜBİ-nin polis kapitanı X7 tərəfindən 26 aprel 2023-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Həmzəlli kəndində “VAZ 2106” minik markalı, **- BL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən X1 tələblərini pozaraq “Ford Transit” yük marklı, **-VY-*** nömrəli avtomobillə toqquşmuşdur. Beləliklə, “Ford Transit” yük marklı, **-VY-*** qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X7 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Həmzəlli kəndində “Lada 21214 2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərkən X1 tələblərini pozaraq “Ford Transit” yük marklı, **- VY-*** nömrəli avtomobillə toqquşmuşdur. Beləliklə, “Ford Transit” yük marklı, **-VY-*** qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-ci maddəsi ilə özünü təqsirli bilib göstərdi ki, özünə məxsus “VAZ 2106” minik markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobili var. xx.xx.2023-cü il tarixdə saat təxminən 12 radələrində nəvəsi Tehranı oxuduğu Həmzəlli kənd tam orta məktəbindən dərsdən çıxdığı üçün onu yaşadığı evə aparmaq məqsədi ilə məktəbin qarşısına gəlmişdir. Özünə məxsus idarə etdiyi avtomobillə Qəbələ şəhəri istiqamətindən yolun sağ hərəkət hissəsi ilə Həmzəlli kəndinin mərkəzi istiqamətində hərəkət edib avtomobilini məktəbin qarşısında saxlamaq niyyətində imiş. Bu məqsədlə idarə etdiyi avtomobil ilə 5-10 km saat sürətlə hərəkət edib sola dönmə işığını yandırmış və avtomobilin sol yan güzgüsündən arxaya tərəf baxdıqda görmüş ki, təxminən 30-40 metr məsafədən onunla eyni istiqamətdə Qəbələ şəhəri istiqamətindən sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs idarə etdiyi Ford Transit yük markalı dövlət nömrə nişanı yadında qalmayan avtomobili gəlir. Fikirləşmiş ki, İkram idarə etdiyi avtomobili o yolu dönənə kimi gəlib sağ tərəfindən ötüb keçəcəkdir. Bu məqsədlə o, idarə etdiyi avtomobil ilə yolu ayıran düz qoşa xətti dönüb əks istiqamətli yola çıxmaq istəyərkən İkram idarə etdiyi avtomobil ilə yolu ayıran düz qoşa xətti dönüb əks istiqamətli yola çıxmaq istəyərkən İkram idarə etdiyi avtomobil ilə yüksək sürətlə gəldiyi üçün idarə etdiyi avtomobilin sağından ötüb keçə bilməmiş və yolun soluna tərəf istiqamətlənib əks istiqamətli yolda idarə etdiyi avtomobilin ön tərəfi ilə onun idarə etdiyi avtomobilin ön sol tərəfindən toqquşmaqla yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı bədən xəsarəti almış, eləcə də avtomobili zədələnərək maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs ondan şikayət və tələbi yoxdur. Törətdiyi əməldən peşmandır. Göstərilənlərin nəzərə alınmasını və yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsinin və zərər çəkmiş şəxsin şikayətinin olmamasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İşə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbər verilməsinə baxmayaraq, Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, Qəbələ rayon Polis şöbəsinə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını, Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İşdə olan Qəbələ RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru X2 08 aprel 2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarına və HK-1/295 saylı materiala baxış keçirilərkən müəyyən olundu: - HK-1/295 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 332.4-ci maddəsi ilə inzibati protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞnin DYPB-nə verilməsi qərara alınmışdır. - 10 aprel 2023-cü il tarixli, 116 saylı məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Şəxs bədəni üzərində sol körpücük sümüyünün sınığı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə, yəni 07 mart 2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər. Həmin xəsarət dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmanın əlamətlərinə aiddir. - AD 554477 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs məxsusdur. - AE 015118 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Ford Transit” yük marklı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur. - ƏN-Vİ 151718 nömrəli etibarnamənin surətindən görünür ki, X4 tərəfindən Zərərçəkmiş şəxs verilmiş etibarnamənin müddəti xx.xx.2030-cü il tarixdə bitmşdir. İşdə olan Qəbələ rayon Polis şöbəsinin X13 Bölməsinin rəisi, polis mayoru Aydın Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası DİNBDYPİ-nin X6 Şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. İşdə olan ziyan aktına əsasən “Ford Transit” yük marklı, **-VY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə toqquşma nəticəsində dəymiş ziyanının 1420 manat təşkil etdiyi müəyyən olunmuşdur. İnzibati xəta haqqında materialları araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs dinləyərək məhkəmə hesab edir ki, onun əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinib, tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasını nəzərdə tutur. Göründüyü kimi, Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2106” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə «X9» Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” yük marklı, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər yetirdiyindən, onun Azərbaycan Respublikası İXM-in 332.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni vəəsaslı olmalıdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 3 saat müddətində müdafiə etmişdir. Lakin məhkəmə hesab edir ki, Vəkil inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə 3 saat müdafiəsi etməsi ağlabatan və real deyildir. Belə ki, vəkil tərəfindən Sadiq Osmanovun müdafiəsinə 2,5 saat vaxt sərf edilmişdir. Odur ki, Şəxs göstərilmiş 2,5 saat hüquqi xidmətə görə Vəkil 15 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs göstərilmiş 2,5 saat hüquqi xidmətə görə Vəkil 15 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-198/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-198/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver