Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-199/2023 01.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati qaydada icraat aparılan şəxs Rəhı̇ mov Araz Osman oğlunun və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1963-cü ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Rəhı̇ mov Araz Osman oğlu barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 01 may 2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişi alsa da, icra sənədi üzrə borcu icra etməmiş, icra sənədinin icrasından qərəzli yayınmış, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu Şəxs tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafıq orqan və təşkilatlara sorğular edilmiş, həmçinin borclunun yaşadığı ünvana baxış keçirilmiş, lakin borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı daşınar və yaxud daşınmaz əmlak, habelə bank hesabları aşkar edilməmişdir. Bununla da borclu Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Qeyd edilənlərlə borclu Şəxs Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib etmişdir. İnzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə təqsirli bilərək, izahatında icra sənədi üzrə tələbi işləmədiyindən və maddi vəziyyəti ağır olduğundan yerinə yetirə bilmədiyini göstərdi. Bildirdi ki, hazırda heç bir yedə işləmir. Maddi durumunun düzələcəyi təqdirdə icra sənədi üzrə borcunu ödəyəcəkdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə prosesində borclu Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işi, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara müəyyən olundu: - Qəbələ Rayon Məhkəməsinin 3(025)-550/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs barəsində 500 manat miqdarında cərimə növlü tənbeh tətbiq edilmişdir. - Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ramin İbadovun xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 3(025)-550/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra üzrə icraata başlanılmışdır. - xx.xx.2023-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. -xx.xx.2023-ci il tarixli aktın surətindən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 3(025)-550/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədin icrası ilə əlaqədar olaraq borclu Şəxs yaşadığı Qəbələ rayonu, Mıxlıqovaq kəndində yerləşən fərdi yaşayış evində olan zaman borclunun əmlak vəziyyətinı baxış keçirilərkən tələb yönəldilməsi üçün borcluya məxsus əmlak aşkar edilməmişdir. Bu səbəbdən borclu icra şöbəsinə izahat verməsi üçün gətirilmişdir. İzahatının surətindən görünür ki, borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin 3(025)- 550/2022-005 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə ondan 500 manat məbləğində cəriməni maddi imkanı olmadığı və heç bir yerdə işləmədiyi üçün ödəyə bilmir. Göründüyü kimi Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Rəhı̇ mov Araz Osman oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 01 may 2023-cü il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-199/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-199/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver