Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-2/2023 06.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi “Qəbələ” gömrük postunun inspektoru gömrük xidməti kapitanı X1 iştirakı ilə, Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-in 491.3 və 492.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 491.3 və 492.1-ci maddələri ilə 11000-04825/22 nömrəli 20 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü materialı baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Türkiyə Respublikasında 08AAN886/08AAN887 nömrəli yük nəqliyyat vasitəsilə “Məktəblərdə istifadə olunan məktəb partalarının ağacdan və metaldan hissələri” yükü idxal edilmiş və **********4202 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə Qəbələ gömrük postuna bəyan edilmişdir. Şəxs QSC-nin nümayəndəsinin tələbi ilə gömrük nəzarəti altında olan 08AAN886/08AAN887 nömrəli yük nəqliyyat vasitəsi Qəbələ rayon Yemişənli kəndinə sürdürülmüş nəqliyyat vasitəsinin gömrük təminatı qırılmış və yükün bir hissəsi boşaldılmışdır. Nəticədə Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 491.3 və 492.1-ci maddələri ilə 11000-04825/22 nömrəli 20 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsi “Qəbələ” gömrük postunun inspektoru gömrük xidməti kapitanı X3 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə Qəbələ gömrük postundan daxil olmuş raport əsasında Qərb Ərazi Baş Gömrük İdarəsi tərəfindən araşdırılma aparılmış və məlum olmuşdur ki, ünvan 2 ünvanında qeydiyyatda olan Şəxs QSC-nin ünvanına Türkiyə Respublikasında 08AAN886/08AAN887 nömrəli yük nəqliyyat vasitəsilə “Məktəblərdə istifadə olunan məktəb partalarının ağacdan və metaldan hissələri” yükü idxal edilmiş və **********4202 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə Qəbələ gömrük postuna bəyan edilmişdir. Şəxs QSC-nin nümayəndəsinin tələbi ilə gömrük nəzarəti altında olan 08AAN886/08AAN887 nömrəli yük nəqliyyat vasitəsil Qəbələ rayon Yemişənli kəndinə sürdürülmüş nəqliyyat vasitəsinin gömrük təminatı qırılmış və yükün bir hissəsi boşaldılmışdır. Nəticədə Şəxs QSC barəsində Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və təhqiqat idarəsi, Təhqiqat şöbəsinin təhqiqatçısı X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 491.3 və 492.1-ci maddələri ilə 11000- 04825/22 nömrəli 20 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. “X7” MMC-nin Azərbaycan Respublikası İXM-in 491.3 və 492.1-ci maddələri ilə məsuliyyətə cəlb olunmasından ötrü Qəbələ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs QSC -nin nümayəndəsi X4 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə prosesində işi ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, məhkəmənin verdiyi qərarla razı olduğunu, şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3-cü maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan gömrük nəzarəti altında olan malların yerlərinin dəyişdirilməsinə, daşınmasına, yüklənməsinə, boşaldılmasına, bir yerdən başqa yerə yüklənməsinə, qablaşdırılmasına, qablaşdırma zədələrinin düzəldilməsinə, yenidən qablaşdırılmasına və ya daşınma üçün qəbul edilməsinə, həmin mallardan prob və nümunələr götürülməsinə, göstərilən malların və nəqliyyat vasitələrinin saxlandığı binaların və yerlərin açılmasına görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinə əsasən Gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-in 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən Şəxs QSC həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələ gömrük postunun rəisi Sərxan Səfərli tərəfindən Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisinin müavini Gömrük xidməti polkovniki Məhəmməd Qasımovaya ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şəxs QSC-nin ünvanına Türkiyə Respublikasından “X9 Dağıtım Paz. San. Ve Tic A.Ş” şirkətindən 08AAN886/08AAN887 nömrəli yük nəqliyyat vasitəsilə “Məktəblərdə istifadə olunan məktəb partalarının ağacdan və metaldan hissələri” yükü idxal edilmiş və **********4202 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə Qəbələ gömrük postuna bəyan edilmişdir. Şəxs QSC-nin nümayəndəsinin tələbi ilə gömrük nəzarəti altında olan 08AAN886/08AAN887 nömrəli yük nəqliyyat vasitəsil Qəbələ rayon Yemişənli kəndinə sürdürülmüş nəqliyyat vasitəsinin gömrük təminatı qırılmış və yükün bir hissəsi boşaldılmışdır. - 11000-04825/22 nömrəli 20 dekabr 2022-ci tarixli protokoldan görünür ki, Şəxs QSC-nin direktoru X4 verilən suala cavab olaraq göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs QSC-nin ünvanına Türkiyə Respublikasından 08AAN886/08AAN887 nömrə nişanlı nəqliyyat vasitəsilə “Məktəblərdə istifadə olunan məktəb partalarının ağacdan və metaldan hissələri" yükü idxal edilmiş və xx.xx.2022-ci il tarixli, **********4202 saylı gömrük bəyannaməsilə Qəbələ gömrük postunda bəyan edilmişdir. Qeyd edilən yükün gömrük ödənişləri ödənildikdən sonra gömrük əməkdaşının icazəsi olmadan Şəxs QSC-nin nümayəndəsi gömrük nəzarəti altında olan 08AAN886/08AAN887 nömrə nişanlı nəqliyyat vasitəsini Qəbələ rayonu Yemişənli kəndinə sürdürülmüş və gömrük təminatını qırılaraq yükün bir hissəsini Yemişənli kənd orta məktəbinin inzibati binasına boşaldılaraq gömrük qaydaları əleyhinə inzibati xəta törədilmişdir. Qeyd olunan hüquqpozmanın zərərli nəticələrini aradan qaldırmağa hazırdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Şəxs QSC ünvanına gələn nəqliyyat vasitəsinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi gömrük təminatı qəsdən qırılmış və gömrük nəzarəti altında olan malların bir hissəsi boşaldılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə barəsində İnzibati Xətalar Məcəlləsinin 492.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 1000 (bir min) manat cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.3 və 492.1-ci maddələri ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə 1000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-2/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-2/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver