Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-200/2021 07.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və müdafiəçi X1 iştirakları ilə, xx.xx.1993-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-276/2020 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı Zərərçəkmiş şəxs valideynlik hüquqlarını həyata keçirməkdən ötrü xx xxxx 2015-ci il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X8 ilə hər həftənin çərşənbə və cümə günləri saat 10:00-dan 18:00-dək cavabdehin yaşadığı ünvandan kənarda cavabehin iştirakı olmadan ünsiyyətdə olmaq üçün görüş verilməsi qərara alınmışdır. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının icrasını təmin etməmiş, xx xxxx 2015-ci il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X5 tələbkar ilə görüşməsinə şərait yaratmamışdır. Bu əsasla Zərərçəkmiş şəxs qızı ərizə ilə müraciət etmişdir. Sonda isə məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən icra vərəqəsinin icrasından qəsdən yayınmamışdır. Uşaqlar özləri anaları ilə görüşmək istəmir. İcra məmuru ondan uşaqları məhkəməyə gətirdiyini tələb etmiş, lakin, onlar məhkəmədən qorxduğunu bildirmiş və qeyd etdiyi kimi anaları ilə görüşmək istəmədiyini göstərmişlər. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, borclu qərəzli şəkildə uşaqlarının onunla görüşməsinə mane olur. Uşaqların 4-5 yaşları var. Onlar atalarının təzyiqi altındadırlar. Sonda isə borclu Şəxs barəsində həbs növündə cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53-cü və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)- 276/2020 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadına əsasən hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddiaçı Zərərçəkmiş şəxs valideynlik hüquqlarını həyata keçirməkdən ötrü xx xxxx 2015-ci il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X8 ilə hər həftənin çərşənbə və cümə günləri saat 10:00-dan 18:00-dək cavabdehin yaşadığı ünvandan kənarda cavabehin iştirakı olmadan ünsiyyətdə olmaq üçün görüş verilməsi qərara alınmışdır. İşdə olan Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, icra məmurları Qəbələ Rayon Məhkəməsinin 2(025)-276/2020 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs xx xxxx 2015-ci il təvəllüdlü X7 və xx xxxx 2017ci il təvəllüdlü X8 ilə birlikdə yaşadığı ünvan 3 ünvanda olan zaman uşaqlarla müvafiq qaydada söhbət aparılarkən onlar anaları ilə ünsiyyətdə olmaq istəmədiklərini bildirmişlər. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs qeyd olunan icra vərəqəsinin icrasından qəsdən yayınmamış, tərəflərin birgə nikahdan anadan olan uşaqları - xx xxxx 2015-ci il təvəllüdlü X7 və xx xxxx 2017-ci il təvəllüdlü X5 anaları Zərərçəkmiş şəxs ilə ünsiyyətdə olmasına maneə törətməmişdir. Bununla da borclu Şəxsnın icra sənədinin icrasını üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında təsdiqini tapmadı. Bütün bunlar göstərir ki, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı yoxdur. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq halda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata müvafiq maddələrə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 53, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-200/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-200/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver