Məhkəmə qərarları › İş №3(025)-200/2022

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-200/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-200/2022 25.05.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Zamiq Nadirovun, zərərçəkmiş şəxslər X1 və Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs, 10 aprel 2022-ci il tarixdə saat təxminən 10:00 radələrində Qəbələ rayonu Hacallı kəndində yerləşən “Yeni Market”dən 1 ədəd “Ancor” və 1 ədəd “Westgold” markalı yağ oğurlamışdır. Bundan başqa, Şəxs, təkrarən, 21 aprel 2022-ci il tarixdə Qəbələ rayonu Zarağan kəndində yerləşən “Yeni Market”dən 1 ədəd dəyəri 18 manat 60 qəpik olan “Westgold” və 2 ədəd dəyəri 18 manat 60 qəpik olan “Ancor” markalı yağ oğurlamışdır. Bu barədə Qəbələ Rayon Polis Şöbəsinin tərəfindən 25 may 2022-ci tarixdə MN seriyalı ******* və ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Zamiq Nadirov izahatında göstərdi ki, Qəbələ rayon Polis Şöbəsinin təhqiqat qrupunun təhqiqatçısı polis kapitanı Elşən Qasımov tərəfindən aparılmış təhqiqat araşdırması zamanı X2 və Zərərçəkmiş şəxs qarşı törədilmiş oğurluq əməlində inzibati xətanın tərkibi müəyyən edilmişdir. Təhqiqat zamanı həmin oğurluq əməlinin Şəxs tərəfindən törədildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək, izahatında göstərmişdir ki, o, ünvan 3 ünvanında yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. 21 aprel 2022-ci il tarixdə o, Qəbələ rayon Zarağan kəndində yerləşən “Yeni Market” adı ilə tanınan mağazadan gizli formada bir ədəd Westgold markalı və iki ədəd isə Anchor markalı yağ məhsulu oğurlayıb. O, həmin oğurluğu etdiyi zaman onunla birgə oğurluqda başqa şəxs və ya şəxslər iştirak etməmişdir, belə ki o, əvvəlki gün nahardan sonra saat təqribən 15-17 radələri aralığında “Yeni Market” adı ilə tanınan mağazaya daxil olaraq mağazadakı məhsulların yığılması üçün qoyulmuş səbətlərdən birini götürərək süd və süd məhsullarının satıldığı vitrinə doğru gedərək oradan miqdarını və sayını qeyd etdiyi yağ məhsullarını götürərək kənara diqqət etdikdən sonra üst gödəkçəsinin içəri ciblərinə qoyub yekunda isə qiyməti daha aşağı olan məhsullardan alaraq əməlini gizlətmək məqsədi ilə kassada həmin ödənişi edib yağ məhsullarının oğurluğunu icra etmiş oldu. 22 aprel 2022-ci il tarixdə saat təqribən 16 radələrində o yenə də Zarağan kəndində yerləşən “Yeni Market” adlı mağazaya daxil olaraq yenə də eyni qaydada bir ədəd 1 kiloqramlıq Westgold markalı və iki ədəd isə hər biri 1 kiloqramlıq olan Anchor markalı yağ məhsullarını oğurlayaraq mağazadan çıxmaq istədiyi zaman mağaza rəhbərliyi onu saxladaraq oğurluq etdiyindən xəbərdar olduğunu bildirdi və barəsində rayon polis şöbəsinə şikayət ərizəsi yazdı. Belə ki, o sayını və markasını bildirdiyi yağ məhsullarını oğurlayaraq mağazadan çıxara bilmədi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 izahatında göstərmişdir ki, Qəbələ rayon Zarağan kənd sakini X3 ilə birgə ortaqlı şəkildə Qəbələ rayonu ərazisində fəaliyyət göstərən “Yeni Market” adlanan mağazalar şəbəkəsini icarə əsasında işlədir. 22 aprel 2022-ci il tarixdə marketin nəzarət kameralarına baxdığı zaman bir nəfər şəxsin şübhəli davrandığını aşkar edərək kamera görüntülərinə əsasən həmin şəxsin olduğu yerə yaxınlaşdığı zaman həmin şəxsin mağazadan bir ədəd 1 kiloqramlıq Vestgold markalı, 2 ədəd isə hər biri bir kiloqramlıq Anchor markalı yağı sellofon torbaya qoyaraq mağazadan çıxardıb oğurlamağa cəhd etdiyini müəyyən etdi. Belə ki, sonradan ad və soyadının Şəxs olduğunu bildiyi şəxs sellofon torbaya yığdığı yağ məhsullarının qiymətini kassada hesablatmadan çıxmaq istədiyi zaman aşkarlandı və qarşısı alındı. Nəticədə həmin şəxs oğurluq niyyətinə çatmadı. Şəxs rahatlıqla mağazadan yağ məhsullarını çıxarmaq addımını görüb ondan əvvəllər də oğurluq edib-etməməsini soruşduğu zaman sonuncu cavab olaraq əməlini etiraf edərək bir gün əvvəl yəni 21.04.2022-ci il tarixdə də eyni sayda və markada (bir ədəd 1 kiloqramlıq Vestgold və iki ədəd 1 Kiloqramlıq Anchor markalı) yağ məhsullarını oğurladığını dedi. İcarə əsasında işlətdiyi mağazadan digər oğurluq faktlarını aşkar etməmişdir. Sonda isə Şəxs barəsində daha ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, 2020-ci ildən Qəbələ rayon Hacallı kəndində yerləşən Yeni Market mağazasında nəzarətçi olaraq işləyir. Onun işi mağazada gedən işlərə nəzarət etməkdir. 10.04.2022-ci il tarixdə bir nəfər naməlum şəxs mağazaya daxil olub kassa bölməsindən iki ədəd hər birinin dəyəri 20 qəpik olan salofan torba alıb sonra mağazasının içərisinə doğru getdi. Oradan bir ədəd bir kq həcmində olan Ankor yağı və bir ədəd bir kq həcmində olan Westgold kərə yağını almışdır. Həmin yağları üzərində olan ködəkcədə gizlətdi. Sonra isə kassa bölməsinə yaxınlaşıb bir ədəd salfetka, bir ədəd isə 0.5 həcimdə olan qazsız su aldı. Kassaya salfetka və suyun pulunu verdikdən sonra mağazadan çıxıb qara rəngli VAZ 21015 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobilə minərək Ağdaş rayonu istiqamətində getdi. Onlar həmin şəxsin qanunuz hərəkətlərini sonradan mağazada olan müşahidə kamerası vasitəsi ilə aşkar etdi. Buna görədə 11.04.2022-ci il tarixdə Qəbələ RPŞ-nə gələrək ərizə ilə müraciət etdi. Həmin şəxsi mağazda ilk dəfə müştəri qismində gördü. Oğurluq zamanı 37 manat 29 qəpik maddi ziyan dəymişdir. Sonda isə Şəxs barəsində daha ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibаti Хətаlаr Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 24 may 2022-ci il tarixdən saat 19:05-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar