Məhkəmə qərarları › İş №3(025)-201/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-201/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-201/2021 19.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1942-ci ildə Qəbələ şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, təqaüdcü, Qəbələ şəhəri, H.Əliyev prospektində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxx 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs bir ədəd Tula markalı, 28 kalibr, tək lülə, lülə nömrəsi, bala qundaq və qundaq nömrəsi E 42752 olan ov tüfəngini müvafiq icra hakimiyyəti orqanından icazə almadan saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, xx xxxxx 2021-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis mayoru X3 göstərdi ki, xx.xx.2021-ci il tarixdə Qəbələ şəhəri H.Əliyev küçəsində yaşayan X4 AR DİN-nin 102 xidmətinə zəng edərək, babası Qiyas adlı şəxsin odlu silahla onu və ailə üzvlərini hədələməsini bildirmişdir. Bununla bağlı müvafiq araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından cinayətin işinin başlanması rədd edilərək, onun barəsində AR İXM-nin 590.2-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. Beləliklə, həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Qəbələ şəhərində oğlu Rasim və onun ikinci həyat yoldaşı və nəvəsi Ceyhunla birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə nəvəsi Ceyhunla ona məxsus torpaq sahəsinə satmaq istəməsi ilə bağlı mübahisə olmuşdur. Bu zaman nəvəsi Ceyhuna tüfənglə onu öldürəcəyini bildirmişdir və Ceyhun bu barədə “102” xidmətinə şikayət etmişdir. Polis əməkdaşları yaşadıqları evə gələrək onu tüfənglə birlikdə şöbəyə gətirmişlər. O, ov tüfəngini 1962-ci ildə Qəbələ rayonunda yerləşən Ovcular mağazasından almış, həmin vaxtı ona ovcu bileti verilmişdir. Lakin o tüfəngini Qəbələ RPŞ-nə gətirib qeydiyyatdan keçirməmişdir. 1970-ci illərdə dağa gedən zaman tüfəng atın belində sürüşüb çıxaraq dərəyə düşmüş, həmin vaxt silahın lülə hissəsi deformasiyaya uğramışdır. Silahı yararlı vəziyyətə gətirmək məqsədi ilə lülənin əyri hissəsini kəsmişdir. Sonda isə bir daha özündə qanunsuz silah saxlamayacağına söz vermişdir. Həmçinin inzibati məsuliyyətə cəlb edilməsi üçün müddət başa çatmışdır. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx xxxxx 2021ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs götürülmüş bir ədəd Tula markalı, 28 kalibr, tək lülə, lülə nömrəsi, bala qundaq və qundaq nömrəsi E 42752 olan ov tüfəngi saxlanılması üçün Qəbələ rayon Polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan xx xxxx 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından vətəndaş X2 şikayət ərizəsi əsasında toplanmış HK-1/210 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Qəbələ RPŞ-nin İTB-nə verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd Tula markalı, 28 kalibr, tək lülə, lülə nömrəsi, bala qundaq və qundaq nömrəsi E 42752 olan ov tüfəngi müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd Tula markalı, 28 kalibr, tək lülə, lülə nömrəsi, bala qundaq və qundaq nömrəsi E 42752 olan ov tüfəngi müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar