Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-207/2021 15.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Qəbələ rayonu, Mirzəbəyli kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 xx.xx.2021-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1092/2020 saylı xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiası qismən təmin edilmiş, cavabdehlər Şəxs və X3 iddiaçıya məxsus nişan üzüyü – bir ədəd, boyunbağı – bir ədəd, kulon – bir ədəd, sırğa - bir cüt, qolbağı – bir ədəd, bəzək üzüyü – iki ədəd, kostyum (yupka, kofta) – bir dəst, qırmızı kofta (adi) – bir ədəd, ağ kofta – bir ədəd, don – bir ədəd, süd rəngində ayaqqabı – bir cüt , qara ayaqqabı – bir cüt, qara çəkmə - bir ədəd və qara çanta – bir ədəd alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qətnaməsini nişan üzüyü, boyunbağı, kulon, sırğa, qolbağı və bəzək üzüyünün verilməsi hissəsində icra etməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınır. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs verdiyi izahatında göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin sözügedən qətnaməsini icra etməməyinin səbəbi iddiaçı tərəfindən tələb olunan qızıl-zinyət əşyalarının onda olmamasıdır. Zərərçəkmiş şəxs evdən gedərkən həmin qızıl-zinyət əşyalarını özü ilə aparmışdır. Qətnamənin həmin hissəsindən narazı olmuşdur, lakin apelyasiya şikayət verməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1092/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən borcludan ona məxsus bir sıra geyim əşyaları və həmçinin nişan üzüyü, boyunbağı, kulon, sırğa, qolbağı və bəzək üzüyü alınaraq ona qaytarılmalıdır. Şəxs qətnamədə qeyd olunan qızıl-zinyət əşyalarını bu günə kimi qaytarmamışdır. Həmin qızıl-zinyət əşyalarını o gedərkən özü ilə aparmayıb, həmin əşyalar iddiaçıya məxsus evdədir. Borclu qərəzli şəkildə qızıl-zinyət əşyalarını qaytarmaqdan yayınır. Sonda isə borclu Şəxs barəsində daha ağır cəza tədbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında borclunun müdafiəçisi Vəkil izahatında göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs qeyd edilən qətnamənin icrasından heç vaxt qəsdən yayınmamışdır. Borclu həmin qətnamə əsasında tələb olunan qızıl-zinyət əşyalarının onda olmadığından qaytara bilmir. Sonda isə məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır və o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli xx xxxxx 2021-ci il tarixdən saat 13:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-207/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-207/2021
15.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver