Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-21/2022 13.01.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyevin 19.10.2021-ci il tarixli, EQ ******* saylı elektron qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyevin 19.10.2021-ci il tarixli, EQ ******* saylı elektron qərarının ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, X2 tərəfindən Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnikleytenantı Elçin Xasıyevin 19.10.2021-ci il tarixli, EQ ******* saylı elektron qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Lakin iş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyevin 19.10.2021-ci il tarixli, EQ ******* saylı elektron qərarı 19 oktyabr 2021-ci il tarixdə qəbul edilmiş, X2 qeyd edilən qərardan şikayət ərizəsi ilə 13 yanvar 2022-ci il tarixdə 10 (on) gündən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etmiş, inzibati qərardan şikayət vermə müddətini buraxmış və buraxılmış müddətin üzürlü hesab edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyevin 19.10.2021-ci il tarixli, EQ ******* saylı elektron qərarından verdiyi şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Ərizəçiyə izah olunsun ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428 və 432-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elçin Xasıyevin 19.10.2021-ci il tarixli, EQ ******* saylı elektron qərarından vermiş olduğu şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilmir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-21/2022
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-21/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver