Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-210/2021 20.04.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1991-ci il yanvarın 18-də Qəbələ rayonunda doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxx 2021-ci il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis mayoru X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ şəhərində Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd 80 manat dəyərində samovarı oğurlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx xxxxx 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis mayoru X4 göstərdi ki, Qəbələ rayon Topbağ kənd sakini X1 rayonu Məlikli kənd sakini Şəxs xx.xx.2021-ci il tarixdə Qəbələ şəhərində Zərərçəkmiş şəxs məxsus 1 (bir) ədəd 80 manat dəyərində samovarı oğurlamışdır. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXMnin 227-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bildi və izahatında göstərdi ki, əvvəllər də oğlurluğa görə cinayət məsuliyyətinə cəlb edilmiş və məhkum olmuşdur. Halhazırda Qəbələ şəhərində tək yaşayır və heç bir yerdə işləmir. xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində əvvəldən tanıdığı şəxs onu görərək Qəbələ şəhərində yerləşən “X11”in yaxınlığında olan bağ sahəsinin kolunun təmizlənməli olduğunu bildirmişdir. Nicat adlı şəxslə razılaşmış, piyada yenidən Qəbələ şəhərinin mərkəzinə qayıdan zaman yolun kənarında bir ədəd taxta masa, iki ədəd oturacaq və masanın altında bir ədəd samovar olduğunu görmüş, lakin samovar oğurlamaq barədə fikirləşməyərək yoluna davam etmişdir. Saat təxminən17 radələrində yaşadığı evdən iş paltarını götürmüş və Nicat adlı şəxsin bağ sahəsinə getmişdir. Bir neçə saat işlədikdən sonra hava qaraldığı üçün bağ sahəsindən çıxaraq yaşadığı ünvana gələn zaman istirahət etmək məqsədilə əvvəldən gördüyü masanın yanına çataraq masada əyləşmişdir. Təxminən 5 dəqiqə əyləşdikdən sonra masanın altındakı samovar gözünə sataşmış, samovar götürərək masanın üzərinə qoymuş, sata biləcəyini düşünərək oğurlamaq qərarına gəlmişdir. Ətrafa baxan zaman ətrafda heç kimin olmadığını müəyyən etdikdən sonra samovar əlinə götürmüş və Qəbələ şəhərinin mərkəzinə doğru piyada gəlmişdir. Qəbələ şəhərində “Bum yolu” adlanan əraziyə çatdıqdan sonra əvvəldən tanıdığı, metal qəbulu ilə məşğul olan Pərviz adlı şəxisn mobil nömrəsinə zəng edərək onu satmaq üçün samovar gətirdiyini bildirmişdir. Pərvizlə samovarın qiymətini 25 manata razılaşmışlar. Hadisədən sonra utandığından zərərçəkmiş şəxsdən üzr istəməmiş, ona dəymiş ziyanı ödəməyə cəhd göstərməmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməmişdir. Əgər vaxt verilərsə ziyanı ödəyər. Həmçinin özü də İİ Qarabağ müharibəsində iştirak etmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2020-ci ildə Qarabağ uğrunda gedən döyüşlərdə oğlu şəhid olmuşdur. Oğlunun xatirəsini əbədiləşdirmək üçün yaşadığı küçədə icra hakimiyyətinin və camaatın köməkliyi ilə bulaq inşa edilmiş, həmin bulağın yaxınlığında bir ədəd masa, iki ədəd oturacaq düzəldərək oraya çay içmək üçün samovar gətirmişdir. Təxminən 3 ay müddətdir ki, yaşadığı evdən təxminən 80 manat dəyərində olan samovar gətirərək masanın üzərinə qoymuşdur. xx.xx.2021-ci il tarixdə də axşam saat təxminən 18 radələrinədək küçədə olmuş, samovarda çay qaynadaraq küçədə yaşayan sakinlərlə birlikdə içmişdir. Saat təxminən 18 radələrində isə samovar masanın altına qoyaraq yaşadığı evdən küçəyə çıxmışdır. Masanın yaxınlığına gələrək baxan zaman samovarın axşam qoyduğu yerdə, yəni masanın altında olmadığını müəyyən etmiş və bu barədə Qəbələ RPŞ-yə ərizə ilə müraciət edərək məlumat vermişdir. Samovarın oğurlanması nəticəsində ona 80 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Hesab edir ki, Şəhid adının əbədiləşdirilməsi üçün olan bulaqdan oğurluq edilməsi bütün şəhidlərin ruhuna hörmətsizlikdir. Buna görə də, Şəxs ilə barışmır və onun barəsində ən sərt inzibati tənbeh tədbiri görülməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, İİ Qarabağ müharibəsinin iştirakçı olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Qəbələn RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis baş leytnantı X6 xx xxxxx 2021ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Qəbələ RPŞ-nin TB-də toplanmış HK-1/306 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞnin İTB-nə verilmişdir. İş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” sistemindən çıxarışdan görünür ki, Şəxs 2019-cu il tarixdə Şamaxı Rayon Məhkəməsi tərəfindən CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində ittiham hökmü çıxarılmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, X3 oğurluq yolu ilə özgəsinin əmlakını ələ kəçirərək Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və tədqiq olunmuş digər materiallarla tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşmançılıq çəkməsini, İİ Qarabağ müharibəsi iştirakçı olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Lakin məhkəmə qeyd edir ki, Şəxs əvvəllərdə oğurluq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına baxmayaraq, yenidən oğurluq əməlini törətməsi, onun islah olunmaması mənasına gəldiyini göstərir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Sözügedən maddənin qeyd hissəsinə əsasən həmin maddədə göstərilən əməllər Azərbaycan Respulikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 117-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən, həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bundan başqa həmin Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. İş materiallarından göründüyü kimi Şəxs tərəfindən talanmış əmlakın dəyəri beş yüz manatdan yuxarı olmadığından, bu, xırda talama hesab edilir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 ay (otuz gün) müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx xxxxx 2021-ci il saat 15:15-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-210/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-210/2021
20.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver