Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-216/2025 04.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi , Məmmədova Gülanə Elmdar qızının katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X7 və AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarından X7 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə X7 Qəbələ rayonu Nic qəsəbəsi ərazisində 1 ədəd köküstə yaş qoz ağacı kəsərək ətraf mühitə 1200,0 manat məbləğində zərər vurduğuna görə AR İXM-nin 253.2-ci maddəsi ilə 2000,0 manat cərimə edilmişdir. X3 şikayət edərək həmin qərarın ləğv edilməsini və barəsində AR İXM-nin 253.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə ixraata xitam verilməsini xahiş etmişdir. X7 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Nic qəsəbəsində yaşayır və heç yerdə işləmir. xx.xx.2025-ci il tarixdə həmkəndlisi Oleq Şükəsov ona zəng edərək qoz ağacı alanların gəlməsi barədə məlumat vermiş, o da bildirilən yerə gedib Oğuz rayonundan ağac almaqdan ötrü gəlmiş Keyti Həsənovla görüşərək mülkiyyətində olan həyətyanı sahədəki iki ədəd qoz ağacını ona 220 satmışdır. Ağacların kəsilməsi Keyti Həsənovun tapşırığı ilə Ravil Mosesov və Oleq Şükəsov tərəfindən icra edilmişdir. Həmin vaxt Keyti Həsənov ona mülkiyyətində olan 0,24 ha fındıq bağı sahəsinin yaxınlığında bitmiş 1 ədəd qoz ağacını da almaq istədiyini bildirmiş, o isə ağacın bələdiyyə mülkiyyətində olan torpaq sahəsində olduğunu bildirərək təklifi qəbul etməmiş və oradan aralanaraq aptekə tərəf getmişdir. Təxminən 1 saatdan sonra həmin yerdən keçərkən mülkiyyətində olan fındıq bağı sahəsinin yaxınlığında bitmiş 1 ədəd qoz ağacının kəsildiyini aşkar etmiş və zəng edərək bu barədə bələdiyyəyə məlumat vermişdir. Ona görə də, AR İXM-nin 253.2-ci maddəsi ilə 2000,0 manat cərimə edilməsi haqqında AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı qanunsuz hesab edilərək ləğv edilməlidir. AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 1 ədəd köküstə yaş qoz ağacının X7 tərəfindən kəsilərək təbiətə 1200,0 manat ziyan vurulması barədə Qəbələ RPŞ-dən məlumat daxil olmuşdur. Aparılmış araşdırma zamanı ağacın həqiqətən də bələdiyyə mülkiyyətində olan torpaq sahəsində kəsildiyi və ətraf mühitə 1200,0 manat məbləğində zərər vurulduğu müəyyən edilmiş, X7 barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ilə 2000,0 manat məbləğində cərimə edilmişdir. İş üzrə Şahid2 izahatında göstərmişdir ki, o, “Təbiətin mühafizəsi” İB-nin Qəbələ rayonu üzrə sədri vəzifəsində işləyir və Qəbələ rayonu Nic qəsəbəsi ərazisində özünə məxsus evi vardır. xx.xx.2025-ci il tarixdə Keyti Həsənovu ərazidə görmüş və ona xüsusi mülkiyyətdən kənarda ağacları kəsməməsi barədə xəbərdarlıq etmişdir. xx.xx.2025-ci il tarixdə birki yığmaqdan ötrü dağa tərəf gedərkən X8 Mosesov və Oleq Şükəsovla birlikdə xüsusi mülkiyyətdə olan baş sahəsinin kənarındakı qoz ağacını kəsmələrini görmüş və dərhal bu barədə AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat vermişdir. İş üzrə Şahid1 izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Mıxlıqovaq kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Dızaxlı kəndindən Mıxlıqovaq kəndinə gələrkən Nic qəsəbəsinin Dərəbağ məhləsində Keyti Həsənovun iki nəfərlə birlikdə xüsusi mülkiyyətdə olan baş sahəsinin kənarındakı qoz ağacını kəsmələrini görmüşdür. X5 tanıyır və onu həmin vaxt orda görməmişdir. İş üzrə şahidlər, Ravil Mosesov və X9 RPŞ-də izahat verərək göstərmişlər ki, X7 mülkiyyətində olan həyətyanı sahəsindən kənarda olan 1 ədəd qoz ağacının ona aid olmadığını bildirərək kəsilməsinə razılıq verməmişdir. Keyti Həsənov məsuliyyəti öz üzərinə götürmüş və ağacın kəsilməsi Keyti Həsənovun tapşırığı ilə onlar tərəfindən icra edilmişdir. İşdə olan Qəbələ rayonu Nic bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 08 saylı Arayışda göstərilmişdir ki, kəsilmiş 3 ədəd qoz cinsli ağaca baxış zamanı müəyyən edilmişdir ki, həmin ağacların ədədii X4 mülkiyyətində olan həyətyanı sahəsindən, 1 ədədi isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindən kəsilmişdir. İşdə olan Qəbələ RPŞ-nin xx.xx.2025-ci il tarixli 31/3-13-89/2-7371 saylı Aktına əsasən Yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanmsı Cədvəlinə əsasən 56 sm diametri olan 1 ədəd köküstə yaş qoz ağacının kəsilməsi nəticəsində ərtaf mühitə dəymiş zərər 1200,0 manat məbləğində müəyyən edilir. “Yaşıllıqların mühafizəsi haqqında” AR Qanunun 6.1.2-ci maddəsinə əsasən (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar məhdud istifadəli yaşıllıqlardır. Həmin Qanunun 6.3-cü maddəsinə əsasən bu Qanunun 6.1-ci maddəsində göstərilən yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydasını, təyinatını və onlardan istifadə qaydasını (rejimini) müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Yaşıllıqların müfəssəl siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən (12.1.1.) yaşıllıqların kəmiyyət və keyfiyyət göstəriciləri, növü, ərazisi və onlar barədə digər məlumatların toplanması; (12.1.2.) yaşıllıqların sanitariya-gigiyena və fitosanitar normalarına uyğunluğunun təmin edilməsi; (12.1.3.) yaşıllıqların səmərəli idarə edilməsinə və mühafizəsinə nail olunması; (12.1.4.) yaşıllıqların mövcud vəziyyəti haqqında ətraflı məlumat əldə etmək imkanının yaradılması məqsədilə qaşıllıqların uçotu və kadastrı aparılır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən yaşıllıqların götürülməsinə aşağıdakı hallarda yol verilir: 13.1.1. dövlət ehtiyacları üçün yaşıllıq altına düşən torpaqlar geri alındıqda; 13.1.2. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, strateji ekoloji qiymətləndirilmə (SEQ) və ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədləri və həmin sənədlərin dövlət ekoloji ekspertizasının müsbət rəyi olan ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulan, habelə strateji ekoloji və ətraf mühitə təsirin qiymətləndirilməsinin aparılması tələb olunmayan, lakin dövlət ekoloji ekspertizasının obyekti olan və dövlət ekoloji ekspertizasının müsbət rəyi olan layihə həyata keçirildikdə;13.1.3. şəhərsalma və tikinti qaydalarına zidd olaraq əkilmiş ağaclar yaşayış və qeyri-yaşayış binalarında işıqlanma (inşaat fizikası) rejimini pozduqda;13.1.4. ağac və kol bitkiləri olan sahədə sanitar qırma işləri (qurumuş, müalicəsi mümkün olmayan xəstə ağac və kol bitkilərinin kəsilməsi və sair) aparıldıqda;13.1.5. texnogen və ya təbii xarakterli fövqəladə hallar (ekoloji fəlakət) baş verdikdə və onların nəticələri aradan qaldırıldıqda;13.1.6. ağac və kol bitkiləri yerüstü və yeraltı mühəndis-kommunikasiya təminatı sistemlərinə mane olduqda. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən Bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, yaşıllıqların götürülməsi qadağandır. Həmin Qanunun 13.8-cü madəsinə əsasən yaşıllıqların götürülməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəki məhdud istifadəli yaşıllıqlara aid 1 ədəd köküstə yaş qoz ağacı “Yaşıllıqların mühafizəsi haqqında”AR Qanunun 13.1-ci maddəsində sadalanan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmədən kəsməklə ətraf mühitə 1200,0 manat məbləğində maddi zərər vurulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75.0. 2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə inzibati xəta törətmiş şəxs müəyyən edilməlidir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəki məhdud istifadəli yaşıllıqlara aid 1 ədəd köküstə yaş qoz ağacının kəsilməsi fakt üzrə səlahiyyəti orqan heç bir araşdırma aparmamış və həmin inzibati xətanı törətmiş şəxsi müəyyən etməyərək X3 barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilmişdir. Ona görə də, AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı qanuni hesab edilə bilməz. AR İXM-ni 135.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə hesab edir ki, AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli qərarı ləğv edilməli və xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəki məhdud istifadəli yaşıllıqlara aid 1 ədəd köküstə yaş qoz ağacının kəsilməsi fakt üzrə ararşdırma materialları səlahiyyətli orqan tərəfindən yenidən baxılması üçün göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: AR ETSN 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilsin. xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Nic qəsəbəsi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəki məhdud istifadəli yaşıllıqlara aid 1 ədəd köküstə yaş qoz ağacının kəsilməsi fakt üzrə Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materialları yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılsın. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilmə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-216/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-216/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver