Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-217/2023 15.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1966-ci ildə Qəbələ rayonu, Qəmərvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Qəmərvan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 04 may 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 119 №-li şəhadətnamə ilə ona verilmiş bir ədəd tək lülə, 16 kalibirli, 15298 №-li yivsiz lüləli ov silahın yaşadığı evdə mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən ələ keçirilməsinə şərait yaradan vəziyyətdə kilidlənən seyf və ya dəmir şkafdan kənarda saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 25 iyul 2020-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X3 göstərdi ki, Şəxs 119 №-li şəhadətnamə ilə ona verilmiş bir ədəd tək lülə, 16 kalibirli, 15298 №-li yivsiz lüləli ov silahın yaşadığı evdə mühafizəsini, təhlükəsizliyini təmin edən və kənar şəxslər tərəfindən ələ keçirilməsinə şərait yaradan vəziyyətdə kilidlənən seyf və ya dəmir şkafdan kənarda saxlamışdır. Həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, tək lülə, 16 kalibirli, 15298 №-li yivsiz lüləli ov silahı ona məxsusdur. Həmin silaha baxmaq üçün polis şöbəsinin əməkdaşları evə qanuni şəkildə daxil olmamışdır. Silahı hissələrə bölərək saxlamaqlarının səbəbi isə uşaqlarının silaha meyilli olmasıdır. Bu səbəbdən silahı hissələrə bölüşdürmüş vəziyyətdə saxlayır. Məhkəmədən barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı X4 izahatında göstərmişdir ki, qaydalara əsasən ildə bir dəfə xüsusi icazə ilə silah saxlayan şəxslərin evində silahlara baxış keçirirlər. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Mirzəbəyli kənd sakini Şəxs məxsus 119 nömrəli şəhadətnamə ilə ona verilmiş, 15298 nömrəli yivsiz lüləli ov silahını daşıması, saxlanılması və istifadəsi qaydalarını yoxlamaq məqsədilə Qəbələ rayon Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini X2 iştirakı ilə Şəxs yaşadığı ünvanda olmuşlar. Bu zaman Şəxs özünə məxsus silahı yaşadığı evdə sökülmüş vəziyyətdə olsa da, qundağı yataq dəstinin altında, lüləni dolabın arxasında, kilidlənən seyf və ya dəmir şkaf olmadığından özü və ailə üzvlərinə real təhlükə yaradacaq vəziyyətdə saxladığı müəyyən edilmişdir. Həmçinin Şəxs təqdim etdiyi silahın bala qundağı üzərində olmamış və sonuncu bala qundağı evdə harasa qoyduğunu, yerini unutduğunu qeyd etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 28 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulan əməli işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Azər Əzəmmədov tərəfindən Qəbələ RPŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnikleytenantıCeyhun Qurbanova ünvanlanmış xx.xx.2023-cü il tarixli Raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Mirzəbəyli kənd sakini Şəxs məxsus 119 nömrəli şəhadətnamə ilə ona verilmiş, 15298 nömrəli yivsiz lüləli ov silahını daşıması, saxlanılması və istifadəsi qaydalarını yoxlamaq məqsədilə Qəbələ rayon Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə müavini X2 iştirakı ilə Şəxs yaşadığı ünvanda olmuş, bu zaman Şəxs özünə məxsus silahı yaşadığı evdə sökülmüş vəziyyətdə olsa da, qundağı yataq dəstinin altında, lüləni dolabın arxasında, kilidlənən seyf və ya dəmir şkaf olmadığından özü və ailə üzvlərinə real təhlükə yaradacaq vəziyyətdə saxladığı müəyyən edilmişdir. Həmçinin Şəxs təqdim etdiyi silahın bala qundağı üzərində olmamış və sonuncu bala qundağı evdə harasa qoyduğunu, yerini unutduğunu qeyd etmişdir. İş materiallarında olan 28aprel 2023-cü il tarixli aktdan görünür ki, Qəbələ rayonu Mirzəbəyli kənd sakini Şəxs istifadəsində olan bir ədəd tək lülə, 16 kalibirli, 15298 nömrəli yivsiz lüləli ov silahı götürülmüşdür. İş materiallarında olan Qəbələ rayon Polis şöbəsi tərəfindən verilmiş 119 nömrəli şəhadətnamənin surətindən görünür ki, bir ədəd tək lülə, 16 kaliblirli, 15298 nömrəli ov silahı Şəxs verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə və ya edilməməklə əlli manatdan yetmiş manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində ov tüfəngi müsadirə edilməməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd tək lülə, 16 kalibirli, 15298 №-li yivsiz lüləli ov silahımüsadirə edilməməklə barəsində 70 (yetmiş) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-217/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-217/2023
15.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver