Məhkəmə qərarları › İş №3(025)-218/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-218/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-218/2023 10.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxslər Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X7 və Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis kiçik leytenantı X2, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Emı̇ n Etı̇ bar oğlunun və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 5-ci İnzibati binasında qeydiyyatda olan Məmmədov Emı̇ n Etı̇ bar oğlunun barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 10 may 2023-cü il tarixdə Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X10 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.6 və 334.3-cü maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan AP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 20 iyul 2022-ci il tarixdə saat 20:42 radələrində Qəbələ rayonu, Nohurqışlaq kəndində sərxoş vəziyyətdə idarəetmə hüququ olmadan etibarnamə ilə idarə etdiyi “Khazar LX” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq “Daewoo Nexia” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin nəqliyyat vasitəsinə zərər vurmuş və hadisə yerindən yayınmışdır. Bundan başqa, 10 may 2023-cü il tarixdə Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis kiçik leytenantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş, Azərbaycan Respublikasının İXM-nin 327.6 və 332.4-cü maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan AP seriyalı ******* saylı İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 09 may 2023-cü il tarixdə saat 02:40 radələrində Qəbələ rayonu, Nohurqışlaq kəndində idarəetmə hüququ olmadan etibarnamə ilə idarə etdiyi “Khazar LX” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq X3 məxsus “Vaz 21013” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, həmin nəqliyyat vasitəsinə zərər vurmuş və hadisə yerindən yayınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X10 göstərdi ki, Şəxs 20 iyul 2022-ci il tarixdə saat 20:42 radələrində Qəbələ rayonu, Nohurqışlaq kəndində sərxoş vəziyyətdə idarəetmə hüququ olmadan etibarnamə ilə idarə etdiyi “Khazar LX” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq “Daewoo Nexia” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən yayınmışdır. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.1, 327.6 və 334.3-cü maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan AP seriyalı ******* saylı İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis kiçik leytenantı X5 göstərdi ki, 09 may 2023-cü il tarixdə saat 02:40 radələrində Qəbələ rayonu, Nohurqışlaq kəndində idarəetmə hüququ olmadan etibarnamə ilə idarə etdiyi “Khazar LX” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq X3 məxsus “Vaz 21013” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq hadisə yerindən yayınmışdır. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.6 və 332.4-cü maddələri ilə inzibati xətanın törətməsini nəzərdə tutan AP seriyalı ******* saylı İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 20 iyul 2022-ci il tarixdə saat 20:42 radələrində Qəbələ rayonu, Nohurqışlaq kəndində sərxoş vəziyyətdə etibarnamə ilə idarə etdiyi “Khazar LX” markalı **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən küçə dar olduğundan ona yol vermədiyi üçün qarşıdan gələn “Daewoo Nexia” markalı **-TE-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən yayınmışdır. Bundan başqa, o, 09 may 2023-cü il tarixdə saat 02:40 radələrində Qəbələ rayonu, Nohurqışlaq kəndində etibarnamə ilə idarə etdiyi “Xəzər LX” markalı **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Vaz 21013” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil yol qırağında dayandığını görüb həmin avtomobilə yaxınlaşmışdır. Onun axtardığı adam olmadığını görüb sürücü ilə aralarında anlaşılmazlıq olmuşdur. Sonra idarə edib gedən zaman həmin avtomobili sol hissədən yüngül toqquşdurub oradan uzaqlaşmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, 09 may 2023-cü il tarixdə saat 02:40 radələrində Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisində etibarnamə ilə idarə etdiyi “Vaz 21013” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman “Xəzər LX” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı abtomobil ona arxadan uzaq vuran işıqlarla saxla işarəsi vurdu və o avtomobili saxladı ki, bəlkə köməyə ehtiyacı var. Ona yaxınlaşıb avtomobildə kimin olduğunu soruşmuş, ona tək olduğunu işdən çıxıb evə getdiyini demiş, lakin həmin şəxs ona “avtomobildə uşaq var?” demiş o da ona avtomobili tam göstərmişdir. Tək olduğunu görüb ona təzyiq etməyə başlamışdır. Avtomobilə əyləşib oradan uzaqlaşmağa başlamış, çünki şəxsin təhlükəli və özündə olmadığını hiss etmişdir. Bu zaman ona təqib etməyə başladı və özünün idarə etdiyi avtomobillə onun avtomobilin sol hissəsində vurararq saxlamağını söylədi, əgər saxlamasa vurub onu yoldan çıxaracağını demişdir. Saat gec olduğu və küçədə heç kimin olmadığı üçün DİNnin “102” xidmətinə zəng edərək avtomobilin vurulduğunu və onun köməyə ehtiyacı olduğunu demişdir. Təxminə 5 dəqiqə sonra ona Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin əməkdaşı tərəfindən ona zəng gəldi və inspektor özünü təqdim edib harada olmağını soruşmuş, o da olduğu yerini demişdir. Polis əməkdaşları ora gələndə həmin avtomobil oradan qaçmışdır. Şəxs şikayətçi deyil, avtomobilnə isə dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs haqqında daha yüngül inazibati tənbeh növünün təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və tərəflərin izahatları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Bundan başqa, məhkəmə RPŞ-nin DYPB-nin YPX-nin polis kiçik leytenantı X5 tərəfindən tərtib edilmiş 09 may 2023-cü il tarixli AP seriyalı ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan əməli, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə uyğun olaraq, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə barəsində İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXM-nin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 3 saat müddətində müdafiə etmişdir. Odur ki, Şəxs göstərilmiş 3 saat hüquqi xidmətə görə Vəkil 18 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Məmmədov Emı̇ n Etı̇ bar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi tədbiq edilməklə 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 10 may 2023-cü il tarixdən saat 16:10-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş 3 saat hüquqi xidmətə görə Vəkil 18 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar