Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-219/2023 10.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Məmmədov Emı̇ n Etı̇ bar oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ Rayon Polis Şöbəsi tərəfindən Məmmədov Emı̇ n Etı̇ bar oğlunun Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs 09 may 2023-cü il tarixdə saat 02:40 radələrində Qəbələ rayonu, Nohurqışlaq kəndində idarəetmə hüququ olmadan etibarnamə ilə idarə etdiyi “Khazar LX” markalı **- UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq Zərərçəkmiş şəxs məxsus “Vaz 21013” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən yayınmışdır. Bundan başqa, Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən, Məmmədov Emı̇ n Etı̇ bar oğlu 20 iyul 2022-ci il tarixdə saat 20:42 radələrində Qəbələ rayonu, Nohurqışlaq kəndində sərxoş vəziyyətdə idarəetmə hüququ olmadan etibarnamə ilə idarə etdiyi “Khazar LX” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozaraq “Daewoo Nexia” markalı **-TE- *** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşaraq hadisə yerindən yayınmışdır. Bu barədə Qəbələ Rayon Polis Şöbəsi tərəfindən 20 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 327.1, 327.6 və 334.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə AP seriyalı ******* saylı və Azərbaycan Respublikası İXM-nin 327.6 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə AP seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(025)-218/2023 və 3(025)-219/2023 saylı inzibati işlər bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş işə 3(025)-218/2023 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: 3(025)-218/2023 və 3(025)-219/2023 saylı inzibati işlər bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş işə 3(025)-218/2023 saylı nömrə verilsin. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-219/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-219/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver