Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-22/2025 16.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X20 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Orxan İsmayılov, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1978-ci ildə Qəbələ rayonu, Dızaxlı kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Yeni Dızaxlı kəndində qeydiyyatda olan X13 barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X13 barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2291517) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Qəbələ şəhərində qızı X9 və həyat yoldaşı X4 ünvanına ictimai yerdə nalayiq ifadələr işlədərək onları təhqir edib ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs X13 izahatında göstərmişdir ki, Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış evində kirayədə qalır və günəmuzd fəhlə işləyir. X2 ilə aralarında tez-tez münaqişə olduğu üçün bir neçə dəfə polisdə işləri olmuşdur. xx.xx.2025-ci il tarixdə Gülnarə və Elyanənin başqa ünvana köçmək məqsədilə əşyalarını yığdıqlarını görmüş və onların getməsinə mane olmaq istədiyi üçün aralarında münaqişə yaranmışdır. Gülnarə Qəbələ RPŞ-nə gedərək şikayət etdiyi üçün polis sahə rəisi Orxan İsmayılov onun yaşadıqları ünvana gəlmiş və onunla profilaktiki söhbətlər aparmaq istəyərkən o, hərəkətlərinə nəzarət edə bilməyərək həyat yoldaşı və qızına qarşı nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs X6 izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış evində kirayədə qalır və “ObaMarket”də satıcı-kassir vəzifəsində işləyir. Həyat yoldaşı X3 içkilərə aludə olduğu üçün çox vaxt sərxoş halda olur və onunla tez-tez səbəbsiz yerə münaqişə edir. Ona görə də, ondan boşanmağa qərar vermiş və xx.xx.2025-ci il tarixdə qızı Elyanə ilə birlikdə başqa ünvana köçmək məqsədilə əşyalarını yığmışdır. Canalı onların getməsinə mane olmaq istəmiş və Elyanəyə “sən və anan buradan çıxıb başqa bir evə getsəz sizi öldürəcəm” deyərək hədələmişdir. Onun xoşagəlməz hərəkətlərə yol verməsinin qarşısını almaq məqsədilə o, Qəbələ RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. X13 polis əməkdaşlarının gəlməsinə etiraz etmiş, ona və qızına qarşı nalayiq ifadələr işlətmişdir. İş üzrə zərərçəkmiş X9 göstərmişdir ki, o, valideynləri ilə birlikdə Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış evində kirayədə qalır. Atası X3 içkilərə aludə olduğu üçün çox vaxt sərxoş halda olur və anası X6 ilə ez-tez səbəbsiz yerə münaqişə edir. Ona görə də, X6 ondan boşanmağa qərar vermişdir. xx.xx.2025-ci il tarixdə o, anası Gülnarə ilə ilə birlikdə başqa ünvana köçmək məqsədilə əşyalarını yığmışdır. Canalı onların getməsinə mane olmaq istəmiş və ona “sən və anan buradan çıxıb başqa bir evə getsəz sizi öldürəcəm” deyərək hədələmişdir. X1 RPŞ-nə gedərək şikayət etmişdir. X13 polis əməkdaşlarının gəlməsinə etiraz etmiş, ona və anasına qarşı nalayiq ifadələr işlətmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, X13 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən X8 himayəsində xx.xx.2006-cı il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X10 adında uşağı vardır. X8 himayəsində bir nəfər azyaşlı uşağı olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, X13 barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: X13 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 16 yanvar 2025-ci il tarixdən saat 16:15-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-22/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-22/2025
16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver