Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-224/2023 24.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Tahı̇ rov Şı̇ rı̇ n Elimdar oğlunun iştirakları ilə, xx.xx.1965-ci ildə Qəbələ rayonu, Çuxur Qəbələ kəndində anadan olmuş, Qəbələ rayonu, Çuxur Qəbələ kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 yanvar 2023-cü il tarixdə “X3” törəmə şirkəti olan “X4 Managemant” MMC Gilan MMC-nin mülkiyyətində olan Qəbələ rayonunun Zarağan kəndi ərazisində yerləşən Gilan Hoteli (Qəbələ Futbol akademiyasının yataqxanası) ərazisində yerləşən restoranında oğurluq edən zaman kondisionerlərin sökülməsi və zədələməsi nəticəsində Gilan Hotelə ümumilikdə 1170 manat maddi ziyan dəymişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 27 aprel 2023-cü il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarov Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarov izahatında bildirmişdir ki, Şəxs 06 yanvar 2023-cü il tarixdə “X3” törəmə şirkəti olan “X4 Managemant” MMC Gilan MMC-nin mülkiyyətində olan Qəbələ rayonunun Zarağan kəndi ərazisində yerləşən Gilan Hoteli (Qəbələ Futbol akademiyasının yataqxanası) ərazisində yerləşən restorandan oğurluq etmiş, kondisionerlərin sökülməsi və zədələməsi nəticəsində Gilan Hotelə ümumilikdə 1170 manat maddi ziyan dəymişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 27 aprel 2023-c il tarixli qərarına əsasən Əhmədov X1 barəsində inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilmişdir. Bununla da onun tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, rəsmi iş yeri olmadığından və spirtli içkiyə meyli olduğu üçün pula ehtiyacı olurmuş, buna görə də qərara gəlmiş ki, haradansa oğurluq etsin. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə saat təxminən 15:30 radələrində yaşadığı evdən özünə aid vintaçan və boş kisə götürüb yaşadığı Qaradok keçmiş hərbi şəhərciyindən tək çıxaraq piyada oradan təxminən 400-500 metr aralıda Zarağan-2 qaçqın şəhərciyinə gedəndə yolun sol tərəfində yerləşən X3 futbolçularının qaldığı Zarağan kəndi ərazisində yerləşən Gilan adlı Hotelin ərazisində olan resoranının qarşısına gəlmişdir. Həmin vaxt qeyd olunan restoran işləmirmiş və restoran əvəllər işlədiyi vaxtı orada bir neçə dəfə çay içərkən kodisioner və digər avadanlıqlar görmüşdür.Restoranın qarşısına gəldikdən sonra restoranın giriş qapısı bağlı olduğu üçün oradan içəriyə daxil ola bilməyəcəyini görüb ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra Hotelin həyətinə gizlin daxil olaraq oradan keçməklə restoranın həyətinə daxil olmuşdur. Bundan sonra restoranın giriş qapısından içəriyə daxil olduqda sol tərəfdə taxtadan hazırlanmış müştərilər üçün nəzərdə tutulmuş üzbə-üz olan kabinetlərin bayır tərəfinə quraşdırılmış 02 ədəd markasını bilmədiyi kondisioneri söküb içərisinin mis hissələrini oğurladıqdan sonra özü ilə gətirdiyi kisəyə yığıb gizlin oradan çıxıb magistral yolun kənarına çıxmış ki, yoldan keçən avtomobillərin birinə minib oğurladığı kondisionerlərin mis hissələrini Qəbələ şəhərinə gətirərək oradakı metal qəbulu məntəqələrinin birinə satsın. Həmin vaxtı sürücüsünü və dövlət nömrə nişanını bilmədiyi ağ rəngli Vaz 21011 markalı avtomobilin köhnə əlvan və qara metal ilə yüklənmiş vəziyyətdə hərəkət etdiyini görmüşdür. Bilmiş ki, həmin şəxs metal alandır, buna görə əl ilə işarə edib həmin avtomoilin sürücüsünü saxlatmışdır. Oğurladığı misi həmin şəxsə özününki kimi təqdim etmişdir. Oğurladığı misin çəkisi 2 kq 400 qram eləmiş ki, kisə qarışıq ümumilikdə 22 manata satıb pulunu öz şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə təkrar həmin yerdən oğurluq etmək qərarına gələrək saat təxminən 10 radələrində yaşadığı evdən özünə aid vitaçanı götürərək piyada tək yenə də həmin yerə gəlmişdir. Restoranın giriş qapısı bağlı olduğu üçün oradan restoranın içərsinə daxil ola bilməyəcəyini görərək ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra Gilan adlı Hotelin giriş qapısından həyətinə daxil olub həyətdən keçməklə restoranın ərazisinə daxil olmuşdur. Əvvəlcə həyət ilə üzbə-üz yerləşən restoranın mətbəxinə plastik materialdan olan ağ rəngli giriş qapısını əli ilə fiziki güc tətbiq etməklə qapının arxasına qoyulmuş ağacdan olan maneəni yıxıb qapını açaraq restoranın mətbəxinə daxil olmuşdur. Mətbəxə daxil olduqdan sonra orada olan 02 ədəd biri böyük, digəri kiçik olan ətçəkən maşınları, 01 ədəd su nasosunu götürərək oğurlamaq məqsədi ilə kənara qoymuş, ardınca mətbəxdə olan soyuducunun arxa tərəfindən alt hissəsindən mühərrikini sökmək istəsədə çətin vəziyyətdə olduğu üçün sökə bilməmişdir. Bundan sonra mətbəxtdən çıxıb restoranın giriş qapısından içəri daxil olarkən sağ tərəfdəki müştərilər üçün nəzərdə tutulmuş dəhlizin bayır tərəfində olan 01 ədəd markasını bilmədiyi kondisionerin olduğu yerə gedib onu sökərkən həmin vaxtı bir nəfər kişi cinsli Hotelin mühafizəçisinin ona yaxınlaşaraq restorandan oğurluq etmək istədiyini gördüyü üçün həmin gün oradan oğurluq edə bilməmişdir. Restorandan oğurluq etmək istədiyi üçün Hotelin işçiləri hadisə barəsində polisə məlumat verdikləri üçün az keçmiş hadisə yerinə polis əməkdaşları gəlib barəsində araşdırma aparılması üçün onu polis şöbəsinə aparmışlar. Əlavə olaraq onu da qeyd etmişdir ki, əvvəllər Gilan Hotelin restoronından heç bir oğurluq hadisəsi törətməmiş, oğurluğu ancaq xx.xx.2023-cü il tarixdə törətmiş, xx.xx.2023-cü il tarixdə isə oğurluq etmək istəyərkən mühafizəçi tərəfindən yaxalandığı üçün oğurluq edə bilməmiş, restoranının ərazisindən oğurluq hadisəsi törədərkən və törətməyə cəhd edərkən bu məsələdən heç kimin xəbəri və məlumatı olmamış, oraya oğurluq üçün daxil olmağına kimsə icazə verməmiş, oğurluğu və oğurluğa cəhdi özü tək etmiş, bu işdə onunla heç kim iştirak etməmiş, restoranının ərazisindən kondisionerləri söküb oğurlayaraq mis hissələrini satdığı şəxsi tanımamış, həmin şəxsin təxminən 45-50 yaşlarında, orta boylu, arıq bədən quruluşlu, qarabuğdayı kişi cinsli şəxs olduğunu və həmin şəxs mis metalını ondan alarkən misin oğurluq olduğunu bilməmiş, oğurluq və oğurluğa cəht zamanı istifadə etdiyi vitaçanı xatırlamdığı yerə tullamışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Tahı̇ rov Şı̇ rı̇ n Elimdar oğlu izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır və orada pasport qeydiyyatındadır. “X5” MMC-nin nəqliyyat və mühafizə departamentlərinin rəhbəri vəzifəsində işləyir. “X3” törəmə şirkəti olan “X4 Managemant” MMC Gilan MMC-nin mülkiyyətində olan Qəbələ rayonunun Zarağan kəndi ərazisində yerləşən Gilan Hoteli (Qəbələ Futbol akademiyasının yataqxanası) icarəyə götürmüşdür. xx.xx.2023-cü il tarixdə axşam saat təxminən 21:30 radələrində Gilan Hotelin (Qəbələ Futbol akademiyasının yataqxanasının) mühafizəçisi Nahid Allahverdiyev ona zəng vuraraq Qəbələ rayonunun Zarağan kəndi ərazisində yerləşən Gilan Hotelin (Qəbələ Futbol akademiyasının yataqxanası) restoranından naməlum şəxs və ya şəxslərin 02 ədəd kondisionerinin sökülərək hissələrini oğurlanması barədə məlumat vermişdir. Məlumatın ertəsi gün günü, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 09 radələrində restorana gəlib baxarkən naməlum şəxsin(lərin) restorana giriş qapısından restoranın həyətinə daxil olduqda sol tərəfdə müştərilər üçün nəzərdə tutulmuş kabinetin bayır tərəfində olan 01 ədəd işlək vəziyyətdə 40 kv həcmində 2015-ci il istehsalı olan Orvica markalı kondisioneri və həmin kabinet ilə üzbə-üz yerləşən digər kabinetin bayır tərəfində olan 01 ədəd işlək vəziyyətdə 40 kv həcmində 2017-ci il istehsalı olan York markalı kondisioneri söküb içərsinin mis hissəsini oğurlandığını görmüşdür. Restorandan oğurluq hadisəsini kimin törətməsi mövzusunda işçiləri yığıb söhbət etdikdən sonra saat təxminən 10:30 radələrində mühafizəçi Yaşar Məmmədov ona restoranın içərsindən bir nəfər şəxsin oğurluq etmək istəyərkən tərəfindən yaxalandığını bildirmişdir. Məlumat əsasında restorana getdikdə həmin şəxsin sonradan tanıdığı Elman adlı şəxs olduğunu görmüşdür. Belə ki, Elman adlı şəxs giriş qapısından restorana daxil olduqda sağ tərəfdən müştərilər üçün nəzərdə tutulmuş zalın bayır tərəfinə quraşdırılmış 01 ədəd işlək vəziyyətdə 100 kv həcmində 2017-ci il istehsalı olan 1000 manat dəyərində Panasonic markalı kondisioneri söküb içərsinin mis hissəsini, bundan başqa restoranın mətbəxinin giriş qapısını açıb oradan mətbəxə daxil olaraq mətbəxdə olan 01 ədəd işlək vəziyyətdə böyük həcmli qiyməti 350 manat dəyərində olan ət çəkən maşını, 01 ədəd işlək vəziyyətdə kiçik həcmli qiyməti 150 manat dəyərində olan ət çəkən maşını, 01 ədəd işlək vəziyyətdə olan 65 manat dəyərində su nasosunu və işlək vəziyyətdə Samsung markalı soyuducunun 200 manat dəyərində matorunu kəsərək oğurlamaq istəyərkən Yaşar Məmmədov tərəfindən saxlanıldığı üçün Elman adlı şəxs həmin yuxarıda adları qeyd olunan əşyaları oğurlaya bilməmişdir. Elman hadisə yerində saxlanılarkən etiraf etmiş ki, restorana məxsus yuxarıda adları qeyd olunan 02 ədəd York və Orvica markalı kondisionerlərin içərsinin hissələrini xx.xx.2022-ci il tarixdə söküb oğurlayaraq satdığını bildirmişdir. Bundan sonra hadisə barəsində zəng vuraraq Qəbələ RPŞ-nə məlumat vermiş, az keçmiş Qəbələ RPŞ-nin bir neçə əməkdaşı hadisə yerinə gəlib Şəxs özləri ilə polis şöbəsinə aparmışlar. Bundan sonra hadisə barəsində rayon polis şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Müraciəti ilə bağlı hadisə yerinin baxışı keçirilərək baxışda iştirak etmişdir Əlavə olaraq onu da qeyd etmişdir ki, Gilan Hotelin restoranından baş vermiş oğurluq hadisəsində qeyd edilən oğurluğu törədən Şəxs Hotelin mühafizəsini təşkil edən şəxslərdən kiminsə köməklik etməsi, buna şərait yaratması və əlbir olmaları barədə heç bir məlumatı yoxdur. Şəxs restorana giriş-çıxışına daxil olmaq üçün icazəsi olmamış, oraya qanunsuz daxil olmuş, Elman tərəfindən restorandan oğurluq edilməsi və eləcə də oğurluq etmək istəməsi nəticəsində ümumilikdə təxminən 3000 manata yaxın maddi ziyan vurulmuş, Elman tərəfindən restorandan əvəllər oğurluq hadisəsi, eləcə də oğurluq istəməsi halları baş verməmişdir. İş üzrə təqdim olunmuş 27 aprel 2023-cü il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərarı ilə müəyyən edilmişdir ki, “X4 Managemant” MMC-nin icarəyə götürdüyü Gilan MMC-nin mülkiyyətində olan Qəbələ rayonunun Zarağan kəndi ərazisində yerləşən Gilan Hoteli restoranından kondisionerlərin söklməsi və zədələnməsi nəticəsində ümumilikdə 1170 manat maddi ziyan dəymişdir Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis leytenantı Səxavət Qafarov tərəfindən tərtib edilmiş 15 may 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan əməli zərərçəkmiş şəxin izahatları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 1170 manat məbləğində cərimə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-224/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-224/2023
24.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver