Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-225/2023 16.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Zirik kəndinə anadan olmuş, Qəbələ rayonu, Zirik kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qəbələ Rayon Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair material baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs 2023-cü ilin yanvar ayının sonlarında həmkəndlisi Zərərçəkmiş şəxs Qəbələ rayonu Zirik kəndində yerləşən yaşayış evindən 1 (bir) ədəd aliminium qazan, 2 (iki) ədəd döşək oğurlayaraq ümumilikdə 40 (qırx) manat maddi ziyan vurmuşdur. Bu barədə Qəbələ Rayon Polis Şöbəsi tərəfindən 16 may 2023-cü tarixdə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X3 izahatında göstərdi ki, Qəbələ rayon Polis Şöbəsi tərəfindən aparılmış təhqiqat araşdırması zamanı Zərərçəkmiş şəxs qarşı törədilmiş oğurluq əməlində inzibati xətanın tərkibi müəyyən edilmişdir. Təhqiqat zamanı həmin oğurluq əməlinin Şəxs tərəfindən törədildiyi müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək, izahatında göstərmişdir ki, Qəbələ rayonu Ziring kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs evindən oğurluq etməmişdir. Polis şöbəsində izahat verdikdə özünü pis hiss elədiyinə, huşsuz olduğuna görə izahatında oğurluq etdiyini etiraf etmişdir. Polis əməkdaşları tərəfindən ona hər hansı bir təzyiq göstərilməmişdir. Hadisə zamanı harda olduğunu hatırlamır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, təxminən 2 ay əvvəl, yəni xx.xx.2023-cü il tarixdə qardaşı xəstə olduğu üçün Bakı şəhərinə onun yaşadığı ünvana getmişdir. Yaşadığı həyətin və evin qapılarını kilidləyərək açarları özü ilə götürmüşdir. xx.xx.2023-cü il tarixdə isə yaşadığı ünvana qayıtmışdır. Həyətin giriş qapısını açaraq içəri girən zaman evin otaqlarından birinin qapısının, digər otağın isə pəncərəsinin açıq vəziyyətdə olduğunu görərək içəri girib baxmış, otaqların birindən dəyəri 20 manat olan aliminium qazanın, digərindən isə hər birinin ayrı-ayrılıqda qiyməti 10 manat olan 2 ədəd döşəyin oğurlandığını müəyyən etmişdir. Bu barədə Qəbələ RPŞ-yə ərizə ilə müraciət etmişdir. Bundan başqa, evindən mis çayniklər, alüminium qablar, boşqablar, 3 ədəd xalça və anbarından oğurluq olduğunu bildirsədə, əfsuslar olsun ki, həmin hallar təhqiqat araşdırması zamanı öz təsdiqini tapmamışdır. Hazırda ona dəymiş ziyan ödənilməmiş, bu səbəbdən Şəxs şikayətçidir. Məhkəmə iclasında müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 16 may 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla, zərərçəkmiş şəxsin izahatı və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 16 may 2023-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-225/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-225/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver