Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-23/2021 18.03.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, şikayətçi X4 və Azərbaycan Respublikası X1 nümayəndəsi Nümayəndə iştirakları ilə, X4 Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN 08849099 saylı protokolun və xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən “Coffemaniya” adlı restoranı ********** saylı VÖEN əsasında işlədir. Fəaliyyət göstərdiyi “Coffemaniya” adlı restoran NK-nin müəyyən etdiyi qaydalara uyğun fəaliyyət göstərir. xx xxxxxx 2020-ci il tarixdə axşam saat təxminən 19 radələrində bir qrup şəxs restorana daxil olaraq özlərini təqdim edərək X1 işçilərini olduqlarını bildirmişlər. Həmin vaxt restoranda stol-stulların düzülüşü vaxtı ara məsafə gözlənilmiş, sanitar-gigiyena qaydalarına riayət edilmiş, spirt və maskadan istifadə edilmiş, daxil olan şəxslərin tempraturu yoxlanılmış, restoranda stollarda oturan şəxslərin sayı NK-nın qərarında nəzərdə tutulmuş adam sayından artıq olmamışdır. Lakin restoranda adambaşına müəyyən edilən sıxlıq normasının pozulmasını əsas gətirərək, işçilərlə mübahisə etmiş, işçilər isə qaydalarını pozmadıqlarını bildirmişlər. Bundan sonra X1 işçiləri protokol tərtib edəcəklərini bildirərək həmin yerdən getmişlər. O, həmin vaxt ölkə xaricində olduğundan ona bu barədə telefon vasitəsi ilə məlumat verilmiş, geri döndükdən sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən ünvanlarına daxil olmuş bildiriş əsasında xx xxxxxx 2020-ci il tarixdə, saat 16:30-da Nizami rayonu, H.Əliyev prospekti 185 b ünvanına yaxınlaşmış və ona MN № ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar təqdim edilmişdir. O, həmin qərara əsasən 3000 (üç min) manat cərimə edilmişdir. Fəaliyyət göstərdiyi obyektdə hər hansı bir karantin rejimi qaydasının pozuntusu baş verməmişdir. Belə ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən, onun məlumatı olmamış, protokol tərtib edilərkən ona İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamış, ona həmin inzibati xəta haqqında protokolun surəti verilməmiş, həmçinin həmin protokol tərəfindən imzalanmamışdır. Bundan əlavə, əgər o həmin protokolu imzalamaqdan imtina etmişdisə, bu barədə protokolda müvafiq qeyd aparılmalı idi. Əgər o protokolu imzalamaqdan imtina etmişdisə, imtinanın səbəblərini göstərməli imiş. Lakin onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokoldan məlumatı olmadığı üçün orada onun adından qeyd edilənlər də tamamilə yanlışdır. Bundan əlavə, əgər fəaliyyət göstərdiyi obyektdə hər hansı bir karantin rejimi qaydasının pozuntusu baş vermişdirsə, o zaman həmin faktı təsdiq edən fotoşəkillər onlara təqdim olunmalı idi. O, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə dəvət olunduğu zaman qeyd edilən halı sübut edən şəkillərin və ya video görüntünün təqdim olunmasını tələb etsə də, onlar bu halla bağlı fotoşəkillər və ya videogörüntü olmadığını bildirmişlər. Ona görə də hesab edir ki, bu qanunsuzluğa son qoyulmalı, onun barəsində tərtib edilmiş MN № 08849099 saylı, xx.xx.2020-ci il tarixli protokol və MN № ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. O, tərtib olunmuş MN № ******* saylı, xx.xx.2020-ci il taixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün yuxarı səlahiyyətli orqana müraciət etmiş və ona bildirmişlər ki, qərarın ləğv edilməsi məhkəməyə aiddir. Qeyd olunanlara əsasən şikayətin təmin edilməsi haqqında qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında şikayətçi X7 şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası X1 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, hər bir ictimai iaşə müəsisəsinin qida qəbulu zalında sıxlıq normalarının iki dəfə artırılması ön görülmüşdür. Belə ki, restoranlarda əvvəllər bir adam başına düşən sahə 2,04 kv.m olmuşsa, pandemiya dövründə 5,08 kv.m götürülmüşdür. Bu tikinti normalarının ictimai iaşə müəssisələrində nəzərdə tutulmuş adam başına sıxlıq normalarıdır. Agentlik olaraq hər bir ictimai müəssisəyə cədvəl vermişlər. Cədvəldə subyektin adı, obyektin adı, qida qəbulu zallarının, otaqlarının sayı və sahəsi göstərilmişdir. İctiami iaşə müəssisəsinin sahibi bunları cədvəldə qeyd etməlidir. Adi vaxtda adam başına düşən sıxlıq 30 nəfər idisə, bu pandemiya dövründə iki dəfə aşağı düşməlidir. Onların əməkdaşları bütün iaşə müəssisələrinə həmin o cədvəli təqdim etmişdir. 237 saylı qərara əsasən cədvəl doldurulub müəssisələrin girişindən asılmalıdır. Sözügedən müəssisəsinin sahəsi 220 kv.m göstərilmişdir. 220 kv.m-i 5,08 kv.m-ə böldükdə restorana təxminən 43 nəfərə yaxın adam düşür. Həmin müəsssisə 80 nəfər adam qəbul edə bilər deyə qeyd edibdir. Həmin müəssisədə cədvəl düzgün tərtib edilməmiş və aktda qeyd olunmuşdur ki, X1 baxışı zamanı həmin müəssisədə 61 nəfər müştəri olmuşdur. Sonda isə X2 əməkdaşları sözügedən müəssisəyə protokol tərtib etmişlər. Beləliklə, X4 şikayətinin əsassız olduğunu, qanunsuz olaraq karantin rejimini pozduğunu və onun Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin inzibati xəta haqqında iş üzrə MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşdə olan xx xxxxxx 2020-ci il tarixli Aktdan görünür ki, “Koronavirus” (Covid-19) pandemiyası dövründə ictiami iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və onların vəzifəli şəxslərinin epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərin tələblərinin əməl edilməsi ilə bağlı Nərimanov rayonu A.Neymətulla ünvanında fəaliyyət göstərən fiziki şəxs “Coffemaniya” restoranına baxış keçirilmişdir. Baxış zamanı restoranın girişində asılmış sıxlıq normaları ilə bağlı lövhədə koronavirus pandemiyası dövründə 220 k.m əraziyə 80 nəfər müştəri qəbulu göstərilmişdir. Bu da NK-nin 237 saylı qərarına uyğun deyil. Həmçinin monitorinq zamanı sıxlıq müşahidə olunduğundan qida qəbulu zalında müştərilərin sayına nəzarət aparılmış və 61 nəfər müştəri olduğu müəyyən edilmişdir. Qeyd olunan pozuntular və onun mahiyyəti barədə fiziki şəxs X6 mobil telefon vasitəsi ilə məlumat verilmiş, hüquq və vəzifələri izah edilmişdir. Həmçinin barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Əlaqə zamanı barəsində tərtib olunmuş protokolu imzalamağı təklif edilsə də, qeyd olunan pozuntu ilə razı olduğunu, lakin uzaqda olduğundan gələ bilmədiyini əsas gətirərək protokolu imzalamaqdan imtina etmişdir. İşdə olan AQTH-nin BRB-nin baş məsləhətçisi X8 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, vəzifəli şəxs X7 xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, A.Neymətulla 51 ünvanında yerləşən “Coffemaniya” adlı restoranında epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarının pozulması halına yol vermişdir. İşdə olan Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin rəis müavini X5 tərəfindən qəbul olunmuş inzibati xəta haqqında iş üzrə MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, vəzifəli şəxs X7 epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 3000 (üç min) manat miqdarında cərimə edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası X1 əməkdaşları tərəfindən Bakı şəhəri Nərimanov rayonu, A.Neymətulla küçəsində fəaliyyət göstərən “Coffemaniya” restoranına baxış keçirilən zaman restoranın girişində asılmış sıxlıq normaları ilə bağlı lövhədə koronavirus pandemiyası dövründə 220 kv.m əraziyə 80 nəfər müştəri qəbulu barədə lövhənin asılması, bunun isə NK-nin 237 saylı qərarına uyğun olmaması, həmçinin monitorinq zamanı sıxlıq müşahidə olunduğundan qida qəbulu zalında müştərilərin sayına nəzarət aparılaraq 61 nəfər müştəri olmasının aşkar edilmiş, bu barədə restoranının sahibinə Elmin Səlimova telefon vasitəsilə məlumat verilmiş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Əlaqə zamanı barəsində tərtib olunmuş protokolu imzalamağı təklif edilsə də, qeyd olunan pozuntu ilə razı olduğunu, lakin uzaqda olduğundan gələ bilmədiyini əsas gətirərək protokolu imzalamaqdan imtina etmişdir. Nəticədə Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsi tərəfindən inzibati xəta haqqında protokol və xx xxxxxx 2020-ci il tarixli Akt əsas götürülərək, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinib, inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, E.Ş.Səlimovun epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması faktı hər-hansı bir digər mötəbər sübutlarla inzibati araşdırmanı aparan orqan tərəfindən möhkəmləndirilməmiş və təsdiq edilməmişdir. Yəni inzibati xəta aşkar edildiyi zaman restoranda 61 nəfər müştərinin olmasını təsdiq edən hər hansı videogörüntü və ya fotoşəkil əldə edilməmiş, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrindən istifadə olunmamış, olduğu halda şahidlərin ifadələri alınmamış, restorana baxış keçirilən zaman hal şahidləri cəlb edilməmişdir. Məhkəmə hesab edir ki, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, inzibati xətanın X7 tərəfindən törədilib-törətməməsi hər hansı bir əsasın olub-olmamasını müəyyən etmədən, E.Ş.Səlimov barəsində formal olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, sonda isə həmin protokol əsasında qərar qəbul edilmişdir. Bundan başqa, X7 barəsində aparılmış inzibati xəta haqqında iş üzrə icraat zamanı onun təqsirsizliyini şübhə altına almayacaq təkzibedilməz sübutlar əldə edilməmiş, lazımi qaydada araşdırma aparılmamış, habelə işə baxılarkən barəsində icraat aparılan şəxsə məlumat verilməmişdir ki, bu hallar da inzibati xətalar qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasına və inzibati xəta haqqında işə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırma aparılmadan baxılmasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək, işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək, ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək, inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq, yol hərəkəti qaydaları əleyhinə törədilən inzibati xəta, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq hüquqları vardır. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması qanunla müəyyən olunmuş qaydada yetərincə sübut olunmur və əlavə araşdırmanın aparılması inzibati xətanın törədilməsini tam müəyyən etmək üçün zəruridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasına, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına törədəcək dərəcədə pozulmasına görə X4 şikayəti qismən təmin olunmalı, Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin rəis müavini X3 xx xxxxxx 2020ci il tarixli, MN ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinə göndərilməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokoldan şikayət verilməsi və daha sonra onun ləğv edilməsi nəzərdə tutulmadığından, Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN 08849099 saylı protokolun ləğv edilməsi hissəsində X4 şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinin rəis müavini X3 inzibati tənbeh vermə haqqında xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası X1 Bakı Regional Bölməsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəkil Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-23/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-23/2021
18.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver