Məhkəmə qərarları › İş №3(025)-230/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-230/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-230/2025 13.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X3 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis baş leytenanatı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.2001-ci ildə Qəbələ şəhərində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ şəhəri, Fazil Rəhimov küçəsi, ev 6-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2291926) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 23:10 radələrində Qəbələ rayonu, Zarağan kəndinin mərkəzində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ şəhəri, Fazil Rəhimov küçəsi, ev 6-da yaşayır və avtoyuma məntəqəsində yuyucu işləyir. xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində Qəbələ rayon Zarağan kəndində yerləşən “Həyat” restoranında dostu Əlinin əsgər getməsi münasibətilə təşkil edilən qonaqlığında iştirak etmiş və onunla masada əyləşən dostları Canan və Nofəl ilə birlikdə yemək yeyib spirtli içki qəbul etmişlər. Saat 22:00 radələrində məclis sona çatmış və onlar evə getmək üçün çölə çıxıb taksi gözləmişlər. Həmin vaxt Nofəl magistral yolun üstünə çıxaraq özünə və avtomobillərə təhlükə yaratmış və həmin vaxt orda xidmət edən polis əməkdaşları tərəfindən Qəbələ RPŞ-nə aparmışdır. O da Cananla birlikdə taksi ilə Qəbələ RPŞ-nin qarşısına gəlmiş, Nofələ su və siqaret verdikdən sonra taksi sürücüsü Asimə zəng edib taksi çağırmışlar. Təxminən 10-15 dəqiqədən sonra Asim oraya gəlmiş və onlar maşına minib evlərinə tərəf getmişlər. Zarağan kəndinə çatmaqlarına az qalmış o, Asimdən onu şöbəyə aparmasını istəmiş, Asim avtomobili saxlayaraq onun avtomobildən düşüb başqa avtomobillə geri qayıtmağını bildirdikdə isə əsəbləşərək yerə düşüb Asimin avtomobilinin arxa hissəsinə təpiklə vurmuşdur. Asim ondan nə etdiyini soruşduqda o, təkrar avtomobilinin arxa hissəsinə təpiklə vurmuş və Asimin üzərinə gedərək, onu vurmaq istəmişdir. Həmin vaxt Canan avtomobildən düşərək onu kənarlaşdırmış, Asim münaqişədən yayınmaq üçün yolun əks tərəfinə keçmiş, o, isə Asimin ünvanına nalayiq ifadələr işlətmişdir. Sonra avtomobilə əyləşmək istərkən qapının dəstəyini güclə dartaraq qırmış və dəstəyin qırığı ilə əinin arxa hissəsini kəsmişdir. Bundan sonra polis əməkdaşları yaxınlaşaraq onlardan nə baş verdiyini soruşmuş, o Asimi axtarmaq üçün yolun əks istiqamətinə keçsə də, spirtli içkinin təsiri altında olduğu üçün taksiyə minib evə getmişdir. Səhəri gün ayıldıqdan sonra əməlindən peşman olmuş, Asimlə dəymiş maddi zərərin ödənilməsi barədə razılaşmış və Qəbələ RPŞ-ə gələrək izahat vermişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 022605 nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:30-da AR İXM-nin 510-cu maddəsi ilə tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs “Vətən müharibəsi iştirakçısıdır” və 80 manat pensiya alır. Şəxs “Vətən müharibəsi iştirakçısı” olması məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuiyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini və məsuliyyətini yüngülləşdirən halı nəzərə alaraq barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 50 (əlli) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar