Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-231/2023 23.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlu, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, m ü ə y y ə n e t d i m: Qəbələ RPŞ-nin sahə rəisi, polis leytenantı X1 xx.xx.2023-cü il tarixdə Şəxs Azərbaycan Rspublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. İnzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İş materiallarından görünür ki, Şəxs narkomaniya xəstəliyinin aşkar olunubolunmaması barədə, eyni zamanda narkomaniyadan müalicəyə ehtiyacı olub-olmaması barədə tibbi yoxlama nəticəsinə dair rəy alınmamış və iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbinə görə, protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və ya digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. Təqdim olunmuş sənədlərdən görünür ki, inzibati materialla bağlı qanunun tələblərinə riayət edilmədiyi üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin hüquqi tövsifi dəqiq müəyyən etmək mümkün deyildir. Həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Hesab edirəm ki, məhkəməyə təqdim olunmuş inzibati xəta haqqında protokol yuxarıda göstərilən qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığına görə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 115-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-dən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Hakim Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-231/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-231/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver