Məhkəmə qərarları › İş №3(025)-231/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-231/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-231/2025 13.05.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin X1, xx.xx.1969-cu Şəki şəhərində anadan olmuş, AR vətəndaşı, evli, Şəki şəhəri, Şəhriyar küçəsi ev 1-də yaşayan Şəxs barəsində AR İXM-nin 327.1 və 333.3-cü maddələri ilə olan inzibati xəta inzibati xəta haqqında protokola baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 327.1 və 333.3-cü maddələri ilə olan inzibati xəta haqqında protokol (xx.xx.2025; İXP № 7115569) baxılması üçün Qəbələ rayon məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində AR İXM-nin 327.1 və 333.3-cü maddələri ilə ondan ötrü inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. AR İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt, yer və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsaən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İşdə olan materiallardan görünür ki, səlahiyyətli orqan tərəfindən AR İXM-nin 327.1 və 333.3-cü maddələri ilə tövsif edilən inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu ərazisində baş vermiş, inzibati protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqları və vəzifələri izah edilməmiş və barəsində AR İXM-nin 327.1 və 333.3-cü maddələri ilə olan inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılması barədə vəsatəti olub olmadığı öyrənilməmişdir; Şəxs barəsində olan inzibati xəta haqqında protokolda (xx.xx.2025; İXP № 7115569) aşkar edilən inzibati xətanın mahiyyəti (nədə ifadə olunması), o cümlədən baş vermə halları (nə vaxt, harda, hansı hərəkətlərlə edilməsi) barədə göstərilməmiş, iş üzrə toplanmış sübutlar barədə qeyd olunmamış və aid olan sübutlar materiala əlavə edilməmişdir. AR İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda aşkar edilmiş inzibati xətanın mahiyyəti qanunvericilikdə nəzərdə tutulmuş qaydada əks olunmadığından, inzibati xətanın baş vermə halları barədə qeyd olunmayaraq törədilmiş inzibati xətaya dair sübutlar əlavə edilmədiyindən və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxə hüquqları və vəzifələri izah edilərək işə yaşadığı yer üzrə baxılması haqqında fikri öyrənilmədiyindən işin baxılması mümkün deyil. Ona görə də, protokol və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində AR İXM-nin 327.1 və 333.3-cü maddələri ilə olan inzibati xəta haqqında protokol (xx.xx.2025; İXP № 7115569) Qəbələ RPŞ-ə qaytarılsın. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar